Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə58/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   54   55   56   57   58   59   60   61   ...   131

 

182


Gözlüklü ilanlara 

yaraşan çeşməyindən.  

Kim dayanıb dalında, 

xəbərdaram, xəbərdar:  

Səni düşünən başa 

toppuz kimi vuranlar.  

Kimdir səni yemləyən

xəbərdaram, xəbərdar:  

Səni düz yolumuzda 

tələ kimi quranlar. 

Kimlər fitləyir səni, 

xəbərdaram, xəbərdar:  

Səni tüpürcək kimi  

Təmiz, pak insanların 

arxasınca atanlar!  

Sən ey nifrətə belə 

layiq olmayan xilqət! 

Sahibinin əlində 

küt alətsən, küt alət! 

(“Minsifət”) 

X.R.Ulutürkün tənqid hədəfinin təfərrüatlı  təsvirinə, real və 

təfsilatlı baxım xüsusiyyətinə “Nökər” (1974), “Düşüncələr” 

(1978) əsərində daha konkret diqqət yetirilmişdir: 



Şöhrətə mübtəla, sərvətə əsir, 

Başı qan çanağı, əlləri bıçaq.  

Özündən kiçiyi həmişə əzir,  

Özündən böyüyə yalmanan alçaq. 

(“Nökər”)  

Şair tənqid obyekti ilə sadəcə üz-üzə durmur, o, həm də 

etirazlarını bildirə-bildirə ona yol göstərir, mühakimələr edir. Həm 

göstərmə - əks etdirmə, həm də müdaxilə  və münasibət  əsasında 

həyat, ömür, yaşayış haqqında daxili dialoqlara, düşüncələrə dalır 

(“Düşüncələr”, “Gözəl yaşamaq” əsərlərində olduğu kimi): 

  



 

183


Gözəl yaşamağın tapsan yolunu, 

 Birdən duyacaqsan: misilsiz, təksən.  

Ayağın altında qızıl külçəsi,  

Yanmda qəhrəman kəşf edəcəksən. 

 (“Gözəl yaşamaq”) 

 

Haqsızlığa göz yumanlar öz gözünü oğurlayır,  

Zaval görüb lal olanlar öz səsini oğurlayır.  

Mübarizə meydanından kim sivişib yayınırsa,  

Yavaş-yavaş bu dünyadan öz sözünü oğurlayır. 

(“Düşüncələr”)  

Şairin, lirik qəhrəmanın ictimai etirazları asan başa gəlmir

ictimai etirazlar gücləndikcə ona qarşı müqavimət də artır: 

Namərdlərin qarşısında 

dağlar kimi durmaq gərək!  

Bu dünyada ən çətin iş – saf yaşamaq, 

mərd yaşamaq!  

Bəzən şərəf bayrağım 

tək daşımaq!  

Qara bir əl evimizdən 

Ağ günləri almaq istər.  

Bu kainat komamıza 

qəm kölgəsi salmaq istər.  

Soruş kimdir? 

üzü bozlar,  

Yarımdüşmən, yarımdostlar.  

İnsanların gör nə qədər 

növləri var. 

 Ən iyrənci simasızlar... 

(“Mənim polad körpülərim”)  

Lirik qəhrəman öyrədir ki, həyat müqavimətləri nə  qədər 

çoxalırsa, insan öz etirazlarında bir o qədər səbrli, qətiyyətli və 

mübariz olur (“Sarsılma”, “Sənin qüdrətin” (1977) şeirlərində 

olduğu kimi): 



 

184


 Bəs sən nə bilmisən? Qaymaqmı həyat? 

Zahıya verilən quymaqmı həyat? 

Burda ildırım da, sıldırım da var, 

Həyata yaraşır sarsılmayanlar. 

Bəs sən nə bilirdin, elə bilirdin, 

Həyat şərbəl dolu qızıl kuzədir? 

Xeyr. Bambaşqadır onun düsturu 

Beşikdən qəbrəcən mübarizədir! 

(“Sarsılma”)  

X.R.Ulutürkün ictimai etirazları gah lirik təhkiyədə, gah da 

lirik-patetik, lirik-publisistik intonasiyada ifadə olunur. Belə 

müxtəliflik təbii olaraq, lirik qəhrəmanın gah narahat, çılğın, gah 

da müdrik, sakit təbiətindən irəli gəlir. O, etirazlarında həmcinsinə 

nifrətlə yanaşmır, ona etiraz etməklə,  əslində öz məmnunluğunu, 

rəğbət və  şəfqətini ifadə edir. O, insaniyyətliyi təbliğ  və  tərbiyə 

etməklə bəşəri ləyaqəti, məhəbbəti düşünür: 



Üz-üzə durmuşuq. Görək kim kimi? 

Hədəf bir. Məqsədlər başqadır lakin. 

 

Mənim silahımdır sənə məhəbbət, 

Sənin silahınsa yırtıcı bir kin. 

(“Üz-üzə durmuşuq”)  

Lirik qəhrəman haqsızlığa,  ədalətsizliyə, ləyaqətsizliyə etiraz 

edəndə də mənən yetkinləşir, kamala, səbata dolur: 

Nadanı, nakəsi başda görəndə 

Əsla sustalmasın əlin, ayağın. 

Bir az da ucalsın dumanda, çəndə 

Sənin qüdrət dağın, ləyaqət dağın! 

(“Sənin qüdrətin”)  

Şairin, lirik qəhrəmanın tənqid hədəfləri kimlərdir: “minsifətli 

insanlar”, “yüzünə yalmanan savadlı nökərlər”, “vəzifə başında 

dahiləşənlər”, “bircə üskük şöhrət üçün sinov gedən, yerikləyən, 

ayaq öpən, vəzifəni gözlərinə  təpənlər”, “qorxaqlığı,  əfəlüyi 

ürəyini basıb yeyən- 

  



 

185


lər”, “xəsislər, dargözlər”, “başda görünən nakəslər, nadanlar”, 

“kişiliyini itirib qadın hesabına yaşayanlar”, orda-burda girlənən 

“millət mücahidləri” və başqaları. Akad. B.Nəbiyev yazır: “Xalq 

səadətinə biganələr, simasızlar, böyük ideallardan uzaq düşənlər ... 

Xəlil Rza poeziyasının başlıca qəzəb və ifşa obyektidir: 

Ziyasız “ziyalı” necə yazıqdı, 

Sənətsiz “sənətkar” - yazda yağan qar. 

Axırına çıxdı, evini yıxdı. 

Aldı sağlığını saxta sağlıqlar. 

 

Ürəksiz, beyinsiz qafillər xumar, 

Hay salan, küy salan necə bifərdi 

Tərif kölgəsində daldalananlar 

Ön cəbhədən qaçan fərarilərdi. {146, s. 7} Lirik qəhrəman 

antipodları, obıvatelləri güclü kinayə və sarkazmla, tənqid və ifşa 

pafosu ilə damğalayır. O, tənqid hədəflərini təkcə öz mövqeyi ilə 

deyil, başqa subyektlərin vasitəsilə  də ifşa edir, ictimai 

yaramazlıqlar həm də onların öz dili ilə verilir: 



Orda-burda girlənir millət mücahidləri, 

Əslində sağalmayan illət mücahidləri. 

Biri deyir: - Daldayıq. Gör nə qədərdi nadan. 

Biri deyir; - Seçmir el hələ ağı qaradan, 

Biri deyir: - Çoxdur qurd, azdı quran, yaradan. 

(“Millət mücahidləri”)  

X.R.Ulutürk doğma ana dilinə, millətin  ərazi-mənəvi birliyinə 

xor baxanlara, İran, rus şovinizminin “ayır-buyur” siyasətlərinə 

qarşı  kəskin mövqedə dayanır, vətənpərvər  şair missiyasını güclü 

ifadə edir (“Laylam mənim, nərəm mənim (1961-79), “Xiyabani 

yurdunda” (1975), “Yaxşı ki bu yurdun balasıyam mən” (1978), 

“Mən -Azərbaycanam” (1979): 

  

 



  

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə