Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə66/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   62   63   64   65   66   67   68   69   ...   131

 

208


li-mənəvi cılızlıqdır. (“Qafiyəbaz”) 

80-ci illərin  şeirlərində  dəyərlər, humanist keyfiyyətlər sanbalı 

ilə seçilir. Humanizm müasir şəraitdə azad, müstəqil, demokratik 

keyfiyyətlər qazanır, mənəvi-tarixi, qan-idrak yaddaşı ifadə edir. 

Xəlil Rza ruhun əbədiyyətini, həyatını qəbul etməklə, əslində, milli 

şəxsiyyətlərin yaşarılığını, deməli, milli ənənəni təsdiq edir, lakin 

həm də milli ənənələri xalqın dərk etməsi və yaşatmasını arzulayır, 

tarixi  şəxsiyyətlər dərk olunmasa “bizimki” ola bilməz, ay-

ulduzlardan asılı qalar, milliliyin mənəvi ölümü başlayar: 

Çörək yeyən, su içən, şer oxuyan o adam 

Enib gəlmişdi yerə ulduzlar arasından. 

Onu dərk etmədiniz, gömülmədi məzara, 

Yenə qoşuldu getdi aylara, ulduzlara.  

Eyni düşüncə  tərzi “Ocaq” (1983) və “Kor” şeirlərində  də 

davam etdirilir. Bu nümunələrdə  şair yurda, ocağa,  dilə bağlılıq 

məqamından danışır: bu məqam milli başlanğıc olsa da, onun 

kökündə dünyəvilik, insanlıq, ululuq və ucalıq dayanır, 

ümumiyyətlə, X.R.Ulutürkdə milli mənsubiyyətin məna və 

əhəmiyyəti geniş ifadə olunur. İctimai haqsızlıqların, imperiyanın 

tənqidi və milli azadlıq hərəkatı ifadəsi bu iki xətt şairin humanizm 

və vətənpərvərlik ideyalarının təzahüründə aparıcı olmuşdur. 

Azərbaycan poeziyasında 80-ci illər  şeirinin səciyyəvi 

xüsusiyyətlərindən biri gözəllik kateqoriyasının humanizm və 

xəlqiliyin tərkib hissəsinə üzvi surətdə daxil olması, bədii-estetik 

və fəlsəfi keyfiyyət kəsb etmişdir. 

X.R.Ulutürk poeziyasında gözəllik H.Caviddə olduğu kimi 

şairin allahıdır, dini, imanıdır. Onun təlqin etdiyi gözəllik seyrçi 

yox, yaradıcı, qurucu gözəllikdir: 



Gözəllik təşnəsiyəm, - 

Gözəllik etiqadım, soyadımdır, adımdır. 

Bu yolda qurban getmək mənim mükafatımdır. 

(“Mənim mükafatım”) 

 



 

209


Xəlil Rza humanizmində insanlığı bir himn hesab edir. Bu 

himndə insanı, onun şərəf və  ləyaqətini yüksək qiymətləndirir. 

Şairə  görə saxta şöhrətpərəstlik  əslində “xalqın  şöhrətini çapıb-

talamaqdır”:  



Gülüm, ayırd elə tikanı güldən,  

Tarix əyriləri gec-tez tanıyır.  

Özünə yalandan şöhrət düzəldən,  

Xalqın şöhrətini çapıb talayır. 

(“Şöhrət”) 

Şair didaktik mühakimələr yürüdür. Gəncliyə öyüd-nəsihət 

verir, belə öyüdlər fəlsəfi-müdrik məzmunla dolur: “Gəl vuraq 

boynunu  şöhrətimizin, təki amalımız  şöhrətə çatsın. Bütün 

şöhrətlərdən üstün dayanır  şöhrətə biganə kişi dözümü”, “Tələs 

mərd yaşayıb gözəl ölməyə, Tələsmə şöhrətə dustaq olmağa”. 

Lirik qəhrəman hər cür şöhrət  əleyhinə deyil. Təbii, halal 

şöhrətdən məmnun qalır. Elə bir şöhrət ki, “kişi  şöhrəti xalqın 

şöhrətinə çevrilə bilsin”. 

X.R.Ulutürkün humanizm və  vətənpərvərliyi Vətən -Xalq - 

Azərbaycan bütövlüyündən - başlanğıc götürür. “Məndən başlanır 

Vətən” (1983), “Gözəl yaşamaqdan  əl çəkmək olmaz” (1984), 

“Dözümlü ol, dəli könlüm” (1984) əsərlərində başlıca humanist 

keyfiyyət insanın öz içinə baxışı, onu dərk edib qiymətləndirməsi, 

cəsurluq, cəsarət, dəyanət, ləyaqət, məslək, amal, səxavət və 

qətiyyəti özündə yaşatmasıdır. Bütün bunlar dərk ediləndə insanın 

mənəvi mübarizəsi doğulur. Mənəvi mübarizə kişilik və qeyrətdir; 

bütün bunlar şəxsiyyətlə, insanla, vətəndaşla Vətən arasında 

kəsilməz, qırılmaz bağlardır. Mənəvi mübarizə şairi milli azadlığa, 

hərəkata doğru aparan başlanğıcdır.  Şair bu yolda özünü bütöv 

Xalq, bütöv Vətən bilir. “Onun nəzərində  vətənpərvərlik - 

məfkurədir, məsləkdir. Vətənsizlik və ya məfkurəsizlik, 

məsləksizlik eyni şeydir. Vətənpərvərlik - şan,  şərəf, namus, 

qəhrəmanlıqdır. Bu ali hissə biganəlik isə miskinlik, nadanlıq, 

bədbəxtlikdir” [130, s.48]. 

  



 

210


danlıq, bədbəxtlikdir” [130, s.48]. 

Mübarizə  Vətəndir, gözəl yaşamağın rəhni, dözüm və 

dəyanətdir. Mübarizə naqislik və yaramızlıqlara,  şöhrət-pərəstlik 

və rüşvətxorluğa, vəzifəpərəstliyə etirazdır, üsyandır. “Ürəyi 

üsyankar bir müstəmləkə olan” lirik qəhrəman qürurlanır ki, 

“Çağdaş Azərbaycanda Xəlil Rza ömrü var”. Çağdaş Azərbaycan 

şair nəzərində lirik qəhrəmanı milli hərəkata, ideal və tale uğrunda 

mübarizə  məqamına yönəldən qüdrət mənbəyidir (“Heç olmasa 

bircə  nəfər” /1986/, “Haçan, hansı yerdə” /1987/), “Azərbaycan” 

/1988/ və s.). 

Sənətkarın 80-ci illər  şeirlərində  Məqam və  Məram -sosial 

cəmiyyətin ictimai-siyasi eybəcərlikləri və sovet imperiyasının 

ifşası xüsusi intonasiya və ahəng kəsb edir. Bu illərin  şeirlərində 

satirik ifşa daha kəskin və  dərindir.  İctimai ümumüəşdirmə 

keyfiyyəti poetik təsvir obyektində səciyyəvi xüsusiyyət kəsb edir. 

Təsadüfi deyil ki, X.R.Ulutürk belə  şeirləri “Ələkbər Sabir 

işığında” adı al-tında toplamışdır. Tənqidçi M.C.Cəfərov 20-30-cu 

illərin  ədəbi-tənqidi fikrindən yazanda Azərbaycan  şeirinə  təsir 

göstərən beş görkəmli senətkarın adını qeyd etmişdi: Füzuli, Vaqif, 

Puşkin, Sabir və Mayakovski. Tənqidçi qeyd edir ki, “Sabir şeiri, 

ümumiyyətlə, mütərəqqi ideyalarla zəngin bir şeir olmuşdu... Sabir 

şeirə böyük bir satirik kimi davamlı  təsir göstərmişdi. Satirik şeir 

yazanların hamısı üçün Sabir sənəti bir nümunə idi. Demək olar ki, 

Azərbaycan satirik irsi üçün indi də Sabir sənəti nümunədir və 

zənnimizcə, nə qədər ki hələ Azərbaycan şeiri Sabir qüvvəsində və 

vüsətində olan yeni bir satirik şairi yetişdirməmişdir, Sabir təsiri 

davam edəcəkdir” [34, s.85]. 

Bu illərin  şeirlərində sabiranə realizm, həyat hadisələrinin 

təfərrüatlarına varmaq, ictimai yaraları göstərmək cəsarəti, xəlqilik, 

humanizm və  vətənpərvərlik keyfiyyətləri çox güclüdür. Belə 

şeirlərin poetik strukturunda da yeni bədii   keyfiyyətlər: patetik-

romantik, romantik- 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə