Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə69/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   65   66   67   68   69   70   71   72   ...   131

 

217


(“Açıq konuşma”)  

Şair ona qəzəblənir ki, milli şüuru, məfkurəsi, idealı 

olmayanlar, xalq taleyinə acımayanlar məsul vəzifə icra edir. Şair 

belelərini təslimçilər (“Təslimçilər”) adlandırır. Elə  də olur ki

belələrini təkcə  tənqid, ifşa yox, həm də onları  nə  qədər ki, gec 

deyil (“Nə  qədər ki, gec deyil”), əqidə, məslək, milli mübarizə 

cəbhəsinə dəvət edir. Fəqət hamısınımı? Yoxsa... 

Damarında qalıbsa barı bir damla qanın, 

Yarım misqal vicdanın. 

Tamam yox olmayıbsa təmizliyin, imanın 

Gəl keç bizim cəbhəyə! 

(“Nə qədər ki, gec deyil...”)  

Xəlil Rza dildə yadlaşma siyasəti yeridənləri, yabançı 

düşünənləri, türklüyü-kökü inkar edənləri kəskin ifşa edir. 

Belələrinə “Sən alçaqsan” deməkdən belə özünü saxlaya bilmir 

(“Sən alçaqsan”, “Sağlıq dilərəm sənə”).  Şair bu qədər miqyaslı 

ictimai rəzalətləri, rəzillikləri gördükcə qəzəblənir (“Qəzəbliyəm”). 

Qəzəblənir ona görə ki, onlar “Vətəni döndəriblər dərdlər, qəmlər 

kələfinə”. 

X.R.Ulutürk milli-psixoloji məqamları, gündəlik vərdişləri, 

adətləri, reallıqları şeirə gətirir, belə olanda şair insanlarda “kişilik” 

görmək istəyir: 

Bəlkə çörəksiz də keçinərəm mən, 

Başqadır tələbi qanın, qeyrətin: 

Günəşdən, havadan, sudan da vacib 

Kişilər olmasa, yaşamaq çətin. 

(“Bəs niyə susdun?”)  

Şair siyasi mətləblər irəli sürür. 80-ci illər şeirlərində şair xalq

Vətən talebyini tez-tez sözə gətirir. İdeal uğrunda şəhid olmağı isə 

labüd hesab edir: 



Heç bir mətləbinə çatmayacaq yurd, 

Əgər biz olmasaq dada yet, Xızır, - 

Sən mənim uğrumda ölməyə hazır, 

  



 

218


Mən sənin uğrunda ölməyə hazır! 

(“Bəs niyə susdun?”)  

Şair yurdu, milləti həm də suçlu ona görə bilir ki, rütbələrə 

yalmanan bu “mənəvi cılızlar”, “milli dələduzlar”, “mənliyi 

axtalanmış növ-növ saxtakarlara” göz yumur, onları “dartıb dar 

ağacına” qaldırmır - etinasızlıq, biganəlik göstərib bağışlayır. 

Günümüzün,   ictimai-siyasi   şəraitimizin  reallıqlarını daha 

tutarlı əks etdirən “Silahlan” şeirində Xəlil Rza Ulutürk həm sovet 

imperiyasının ifşası, həm də milli-azadlıq qurtuluşunun pafosunu 

əks etdirir. “Azadlığı  həyatın mənası, insanlığın bahar çağı kimi 

götürən şair eyni zamanda həmin ideyanı mücərrəd bir istək, yaxud 

əlçatmaz arzu kimi deyil, real və aydın bir amal, səadət axtarışları 

yollarının uğurlu nəticəsi kimi təqdim edir” [3, s.69].  “Silahlan”  

lirik qəhrəmanın - şəxsiyyətin milli çağırış ruhunu, ictimai-sosial 

həyatın müxtəlifliyini poetik vüsətlə, ciddi münasibət və müdaxilə 

çərçivəsində obrazlı, təsirli  əks etdirir. Şeirdə  şəxsiyyətin - milli 

qəhrəmanın səviyyəsindən millətə  və  cəmiyyətə üz tutulduğunun, 

ifşaçı, bahadır mübarizliyin canlı  şahidi oluruq. Bu əsər  

X.R.Ulutürkün milli azadlıq hərəkatına fəal müdaxiləsinin bariz 

nümunəsidir. 1988-ci ildən etibarən o, tarixi şəxsiyyət, gerçəklikdə 

milli xarakter yetkinliyinə daxil olur. X.R.Ulutürk həyatında, 

şəxsiyyət və yaradıcılığında yeni parlaq səhifələrin açıldığını 

təcəssüm etdirir. “Silahlan” əsəri ermənilərin Azərbaycana 

hücumlara başladığı, Topxana meşəsinin qırılıb ermənilərin 

ehtiyaclarına sərf olunduğu, azərbaycanlıların  əllərindən ov 

tüfənglərinin alındığı günlərdə - aktual, patetik, publisistik, tribun 

mövzu kimi meydana çıxmışdı və millətin inam, əqidə, barışmazlıq 

və üsyan qələbəsini ifadə etmişdi. X.R.Ulutürk millətin inamını 

təkcə onun iç dünyasına, milli qürur və heysiyyətinə görə təcəssüm 

etdirməmişdi. 

O, Azərbaycanın azadlıq və mübarizə tarixini ilk öncə  




 

219


Gəncə, Bakı dəyənəklə, tüfənglə susmayanda, Sumqayıtın vitrinləri 

çilik-çilik çiliklənəndə, Şuşa bəndə düşəndə, Ağdam yalın əllərini 

yumruqlayıb döyüşəndə, Türkiyə kimi qardaş dövlətlə  təmasda, 

qüdrətdə gördü və təcəssüm etdirdi. Təcəssüm etdirdi ki, milli xilas 

və müstəqillik həm də turançılığın vəhdətində - “köksümüzün türk 

adlanan sengərindədir” (“Nə yaxşı ki...”, 1988). 

1988-ci ilin əvvəllərindən başlayan milli azadlıq hərəkatı 

X.R.Ulutürkü stol səngərindən çıxarıb Vətən səngərinə çəkmişdir. 

O, elində kitabı, dilində yanar sözü ilə Koroğlu, Dədə Qorqud kimi 

bütün yurdları, elləri dolaşmışdır. Azərbaycanın bütün 

bölgələrində, xalq arasında inqilabi iş aparmağa, ictimai xadim və 

milli  şəxsiyyət olmağa başlamışdır. O, imperializmə, rus 

imperiyasına, erməni separatizminə,  şovinizminə, antibəşəriliyinə 

qarşı ciddi etiraz mövqeyində dayanmışdır - sözün səngəri Vətən 

səngəri olmuşdur. Mücahid şair “Silahlan” deməklə  əslində 

düşmənlə  təkcə sözlə yox, həm də silahla döyüşmək, döyüşməyi 

bacarmaq əzmində, əzəmətində durmuşdur. 

X.R.Ulutürk 1988-1989-cu illərdə siyasi çağırışçı, təbliğatçı 

olmaqla bərabər,  şair kimi “Siz gedəndən sonra”, “Sevgilim”, 

“Azərbaycan - türk salamı”, “Azadlığım”, “Sən məndən ürəklisən” 

(1988), “Xudu müəllim” (1988), “Kişilərə arxalanaq”, “Şair 

qəhrəmanlığı” (1988), “Sarsılmazdır qüdrətim” (1988), “Sumqayıt 

dastanı” (1988), “Nə yaxşı ki”, “Silahlan”, “Tonqallar meydanı”, 

“Azərbaycan”, “Ağdam”, “Xoş  məqam”, “Qalx ayağa, 

Azərbaycan”, “Azadlıq meydanı”, “Tanklar Bakıya girən gecə”, 

“Şuşam”, (1989), “Telefonu kəsdilər” (1989), “Dinlə  məni balam 

Tomris” (1989), “Qəhrəman Süsən xanım” (1989), “Salam, mənim 

qardaşlarım” (1989), “Mehridən keçəndə” (1989), “Qara tabutlar 

gəlir” (1989), “Döyüşlərdə  gəncləşirəm” (1989), “Yaşasın od 

yurdu, qardaş Türkiyə” (1989), “Bu meydanda, bu meydanda”   




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə