Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə67/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   63   64   65   66   67   68   69   70   ...   131

 

211


publisistik çalarlar görünür. 

“Yaxın buraxmayaq” (1982) şeirində  şair böyük mətləbdən

məramdan söz açır. Xırdalar və cılızlar hakimiyyət başına keçəndə 

daha ziyanlı olur, belələri “hər yerdə xəyanət gürzələrini” bəsləyir. 

Şair vurğulayır ki, bəzi rəhbərlər Sasunlu Davidlərin yubileyinə, 

Yerevana dörd gözlü “keçəl həmzələr” göndərir - belələrində 

respublikanı təmsil etmək qüdrəti, Koroğlu nəfəsi yoxdur. 

Xəlil Rza ziyalılıq, elmilik, vətəndaşlıq mövqeyinə üstünlük 

verir, vətənpərvər  şair hər yerə soxulan ictimai yaramazları, 

eybəcərləri barı elm aləminə buraxmayaq, - deyir (“Yaxın 

buraxmayaq” /1982/; “Sənin ölümünü gözləyənlər var” /1986/): 

Ölsək də qoymayaq elm aləminə 

Xəstə adamları, sal adamları. 

Yanaq... buraxmayaq eşq aləminə 

Ruhu qısırları, qul adamları.  

Şairə görə elmi olmayanın insafı, ədaləti, imanı da olmaz, çünki 

onların öz içlərindən Haqqa - Həqiqətə -Allaha yol almaq imanları 

yoxdur. Əməlsiz alimə məxsus olan antibəşəri keyfiyyətləri şair öz 

oxucusuna sonetvari intonasiyada, Şekspir “qiyafəsində” təqdim 

edir; ümumi bədii baxışda ictimai-sosial mühitin təfsilatına varır: 



Girəvə taparsa, məcbur edər ki, 

Ədəb üzr istəsin ədəbsizlikdən! 

Qeyrət üzr istəsin qeyrətsizlikdən! 

Qəhrəman qul olsun cəsarətsizə 

Ləyaqət yalvarsın ləyaqətsizə. 

(“Lənət”)  

İctimai-sosial eybəcərliklər  şairi müdrik-fəlsəfi qənaətlərə 

gətirir: bir şüa güclüdür şər zülmətindən, bütöv qaranlıqlar 

səltənətindən... Baxma gecə-gündüz silahlanır  şər, haqdan güclü 

silah tanımır bəşər. 

X.R.Ulutürk cəmiyyətin ictimai yaramazlıqlarına toxunur, 

onların təfərrüatlarına varır; vəzifə kürsülə- 

 

  




 

212


rinə qalxmaq yollarının gizli məqamlarına işıq tutur. Bu işıqda 

vəzifəpərəstin obrazı belə canlanır:  



Sən qalxmısan oğru kimi: enə-enə, sinə-sinə, 

İşin bəzən tərs gələndə, 

daş qayaya rast gələndə 

Qurban olub özünkünə, özgəsinə.  

Zirvədəsən.  

Şöhrətsənin. Sərvətsənin 

Dünən millət balasıydın 

bu gün millət cibindədir. 

Sanırsan ki, sən zirvədə... hamı quyu dibindədir.  

(“Zirvəyə qalxmaq yolları”)  

Sosial cəmiyyətin ictimai yaramazlıqları içərisindən 

X.R.Ulutürk böhtan və yalanı xüsusi ayırıb, təhlil obyektinə çəkir. 

X.Rza informasiya xarakterli şeir yazmır, o, təfərrüatlara varır, 

yaraları, naqislikləri incəliklərinə  qədər göstərir - milli mənafe 

mövqeyinin seçilməsinə, milli idealın boy verməsinə imkan 

verməyən eybəcərlikləri pisləyir. Böhtanların, yalanların xislətini 

doğuran bəlanın rüşvət olduğunu göstərən şair həm də onu tülkülər

çaqqallar tərbiyə etdiyini də  mənəvi-psixoloji cəhətdən düzgün 

aşkarlayır. Şair həyat təcrübəsi, idraki düşüncəsi əsasında belə bir 

qənaətə  gəlir ki, “gözəl insanlara çamur atanlar ləkəni özünə 

vurur”. Məddahlar da X.R.Ulutürk poeziyasında tənqid hədəfi, 

ictimai antipoddur. “Məddah”  şeirinin qayəsi budur ki, şöhrətdə, 

sərvətdə, xəyanətdə olan məddahlıq müəllifinə heç də başucalığı 

gətirməz, “Hər gün başına dəyən dəmir qapazı, təriflərlə 

“qazandığı medalları  əvvəl-axır zaman çaxır başına”. Çünki 

“səndən daha miskindir səni tərifləyənlər”. Həmin üslubi 

keyfiyyət, təsvir, təqdimat üsulu “Dost söhbəti” (1984), 

“Başkəsən” (1987), “Haçan, hansı yerdə?”, “Süpürgəçilər türküsü” 

(1988) şeirləri üçün də səciyyəvidir. 

Xəlil Rza Ulutürkün ictimai-əxlaqi, didaktik əsərləri lirik 

intonasiyada, ölçü-biçidə deyil, bunların əksəriyyəti 

 



 

213


əlvan intonasiya-ahəngdə patetik-emfatik-publisistik şeir 

rəngarəngliyində görünür. Belə  şeirlərdəki fərdiliklərdən biri 

mənfiliklər içərisindən müsbət məramın, milli idealın 

görüntüsüdür: 



Qoy bütün gürzələr çıxsın yuvadan, 

Vətən gürzələri, milli gürzələr. 

Üzdə alimfason, əslində nadan, 

Möhürlü, stollu, qollu gürzələr, 

Vətən gürzələri, milli gürzələr! 

( “Minnətdarlıq” )  

“Çılğınlıqdan dözümə keçid” (1984), “Heç bir ehtiyat” (1986) 

şeirlərində “məsləkini əyninə kostyum kimi geyənlər” şairin tənqid 

hədəfləridir. X.R.Ulutürk böyük milli məsələlərdən: dil problemi, 

onu qorumaq və  təbliğ etmək, milli etinasızlıqlardan, “yad 

qatarlara təkər, öz nəfsinə nökər olanlardan” söz açır. Belə 

şeirlərdə lirik qəhrəmanın xarakteri, xüsusiyyətləri də fərdiləşir; bu 

qəhrəman həyatın ziddiyyətlərini, eybəcərliklərini gördükdə 

çılğınlıq halından səbrə yol alır. Lirik qəhrəmanın mövqeyi şairin 

poetik baxışında  əslində mühit və insan, zaman və  şəxsiyyət 

probleminin bədii həllidir. X.R.Ulutürk insan və zaman, zaman və 

şəxsiyyət problemlərini tez-tez qaldırır, onları zamanın, həyatın 

realist xüsusiyyətləri baxımından  əks etdirir, ictimai-sosial mühiti 

fərdi-psixoloji düşüncə prizmasından işıqlandırır. X.R.Ulutürkdə 

ictimai mühitə, sosial həyata baxış birbaşa deyil; o, psixoloji-

mənəvi obraz-xarakter münasibətlərindən görünür; əslində mühit 

və eybəcərliklər insan və  şəxsiyyət münasibətlərindən alınıb 

oxucuya çatdırılır (“Çılğınlıqdan dözümə keçid” (1984), “Verin 

mənim haqqımı” (1984), “Heç bir ehtiyat” (1986) və başqaları). 

80-ci illərin  şeirlərində lirik qəhrəman mühitə, eybəcərliyə 

münasibətində birbaşa tənqid yolu tutur, buna görə o, II şəxsə 

müraciət formasını əsas götürür. Xəlil Rza lirik qəhrəmanın nifrəti, 

kin-küdurəti güclü olduğuna gö- 

 

  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə