Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə64/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   60   61   62   63   64   65   66   67   ...   131

 

202


xüsusiyyət idi kı, bu da xalqda milli-məfkurəvi  şüurun, azadlığa 

olan meyllərin güclənməsi ilə  əlaqədar olmuşdur. Xəlil Rza dərk 

edirdi ki, “hamıya “bərabərlik”, “xalqın rifahı naminə”, “hər 

kəsdən  əməyinə görə, hər kəsə  tələbatına görə”,  şüar və 

plakatlarıyla pərdələnən “sosializm” cəmiyyətində  əslində 

haqsızlıqlar,  ədalətsizliklər, zəifi istismar, mövqedən sui-istifadə, 

vəzifəpərəstlik,  şöhrətpərəstlik xəstəlikləri günbəgün artır, çayır 

kimi çoxalıb cəmiyyəti bürüyür. Buna görə  də  şairdə mövcud 

mühitə qarşı etiraz güclənirdi. “Çaylarımız”, “Dördlüklər”, 

“Ürəyindən istə mükafatını”, “Dincəliş”, “Qorxu”, “Məmməd 

Araza” və başqa  əsərlərində naqis cəmiyyətin yaramazlıqlarına 

qarşı mübariz şair “Mən”i dayanırdı. 

Xəlil Rza Ulutürkün milli intibahla ehtiva olunmuş  mənlik 

şüurunda mənəvi dəyərlərin mizan və meyarı kimi İnsanın 

tərənnümü mühüm yer tutur. Bu, Vətən  əxlaqının tərənnümüdür. 

Bu, elə bir ləyaqətdir ki, bütünlükdə  şairin “iç” dünyasına 

çevrilərək, onu əhatə edən ictimai dəyərsizliklərin inkarı  uğrunda 

mübarizəyə qaldırmışdır. Bu ləyaqət bir fərdin ləyaqəti deyil, bütöv 

bir millətin, Vətənin boyuna “biçilmiş”  şair idealıdır. Bu elə bir 

ləyaqətdir ki, şairin, mövcud “Mən”in timsalında xalqı istiqlal, 

müstəqillik məfkurəsinə doğru aparır. Bu ləyaqət istismar 

dünyasındakı bütün ləyaqətsizliklərin doğurduğu, boy verdiyi 

ləyaqətdir! Belə bir mənəvi müqəddəslik  şairin zəngin bədii 

yaradıcılığının mayasına, cövhərinə çevrilir. Bu baxımdan 

“Əyilmə”, “Rastlaşma”, “Qəhrəmanlıq”, “Qorxaqlar, cəsurlar”, 

“Qürur mənim, qəm mənim”, “Gözəl yaşamaq”, “Həqiqət”, “Geri 

qaldım”, “Kor”, “Təbrizim mənim”, “Qorx, qorxma”, “Sağlıq, 

yaxud vəsiyyət”, “Simasız”, “Kişilər”, “Şəlalə kibi”, “Min bir 

dərdin dərmanı”, “Məmməd Araza”, “Ləyaqət”, “Hər  şeyin 

yaxşısı”, “Mərdlər və  dərdlər”, “Düzlük”, “Məsləklə yaşayanda”,  

“Saçlara dən düşür”, “Nə qədər ki 

 

  



 


 

203


macal var” şeirləri səciyyəvidir. 

“Əyilmə”, “Rastlaşma”, “Qəhrəmanlıq”  əsərlərində insan 

ləyaqəti kimi mərd yaşamaq; “Qorxaqlar, cəsurlar”, “Min bir 

dərdin dərmanı”  şeirlərində  əxlaqi-mənəvi dəyər kimi cəsurluq; 

“Qürur mənim, qəm mənim”, “Gözəl yaşamaq”  şeirlərində qürur, 

mənlik, gözəl yaşamaq bacarığı, dəyanət; “Həqiqət”  şeirində 

həqiqətin  ən böyük yaradan olduğu, yalana nifrət, haqqa, ədalətə 

qiymət, ona çağırış, “Kor” şeirində Füzuliyə qiymət; “Qorx, 

qorxma”  şeirində millətin, insanların tərbiyəsinə xidmət edən 

qorxmazlıq, cəsurluq, ucalıq, Azərbaycan çörəyinin dadına, duzuna 

layiq olmaq amalı, “Sağlıq, yaxud vəsiyyət”  şeirində R.Rza, 

Ə.Kərim sayağı  qəbri üstünə  Vətənin Arazından götürülmüş bir 

ovuc su çiləmək vəsiyyəti, rəhmət diləmək isteyi, “Simasız”, 

“Kişilər”  şeirlərində  əxlaq və  tərbiyənin mənbəyi kimi kişilik, 

mərdlik, təfəkkür azadlığı, “Şəlalə kibi” şeirində kişilik istedadı 

olan cəsarət; “Məmməd Araza” şeirində vətənə, cəmiyyətə borcunu 

ödəmək; “Ləyaqət”  şeirində  əməyə istinad edərək, vətəndaşlıq, 

şəxsi-ictimai borc, insan ləyaqəti və qayğılarına, fədakar  əməyə, 

insan taleyinə, milli adət-ənənələrə,  əxlaq normalarına qayıdış, 

“Hər  şeyin yaxşısı”  şeirində gözəllik uğrunda mübarizə, öyüd-

nəsihət; “Mərdlər və  dərdlər”  şeirində sözübütövlük, alicənablıq; 

“Düzlük”  şeirində  həqiqət uğrunda gündəlik, güzəştsiz mübarizə

“Məsləklə yaşayanda” “Saçlara dən düşür” şeirlərində məslək; “Nə 

qədər ki, macal var” şeirində yaxşılıq kimi fikirlər qaynağı ifadə 

olunmuşdur. Belə  əsərlərdə “içdən” gələn “Mən” yanğısı çoxqatlı 

mətləbləri, sosial-mənəvi dəyər və naqislikləri özündə birləşdirirdi. 

Prof. Y.Qarayev demişkən, “bədii təfəkkürün axarı  İnsanı, 

Dünyanı, Zamanı  vəhdətdə  dəfk etməyə kömək göstərən sosial-

fəlsəfi axtarışların məcrasına doğru yönəlirdi” [118, s.43]. 

X.R.Ulutürkün 80-ci illər  əsərlərində  də  İnsan obrazı davam 

etdirilmişdir (“İnsanlığı düşünürəm”    (1980); 

 



 

204


“Borcluyam” (1981). Şair mücərrəd-fəlsəfi olaraq insan və insanlıq 

haqqında mühakimələr yürüdür. İnsan təzadların, mühitin özündən 

“doğulur”: 

Bir yanda Ovsensim - bəşər tabutu, 

Bir yanda Fərqanə - bahar qoxulu. 

İnsan - kainatdan min dəfə ulu, 

Timsahdan, əqrəbdən qat-qat qorxulu. 

(“İnsanlığı düşünürəm”)  

X.R.Ulutürkün İnsanı (bədii obrazı) o insandır ki, ictimai etiraz 

məqamlarından güc alır, yetişir, yetkinləşir: 

Çoxdan borcum var mənim hər gülə, hər gülzara, 

İllah ki, məğrur, cəsur, qəlbi nur insanlara! 

Şanlara, ad-sanlara heç bir məhəl qoymadan 

Qandallar qıranlara, ehkamlar qıranlara! 

(“Borcluyam”)  

Şairin  İnsan obrazı, mənəvi eybəcərliklər, dəyərsizliklər 

prosesində boy verir, buna görə  də o, ictimai haqsızlıqlara çəpər 

kimi görünür; X.R.Ulutürkün ictimai etirazları açıq-aşkar, birbaşa 

təzahürünü 80-ci illərin əsərlərində göstərir: 



Hazırın naziri var, hər şeyi də ovcunda

Onlar yaşar həyatla ölümün ayrıcında. 

Bu mərdlərə borcluyam. 

Özündən - qat-qat, yekə təpəgözlə döyüşən 

İgidlərə borcluyam. 

Mən onlara dəmirdən qanad olmaq istərəm. 

Şirindirsə uğrunda Fərhad olmaq istərəm 

Düşsələr dara, bəndə 

Dünyanın sinəsində fəryad olmaq istərəm. 

Tunc maneə görsələr, polad olmaq istərəm. 

(“Borcluyam”) 

X.R.Ulutürkün  İnsanı yalnız müsbət idealın, mərd insanın 

obrazı deyil: o, insana ümumiləşdirici, təfərrüatlı diqqət yetirir. 

Oxucu hiss edir ki, bu insan sanki folklordan,  xalq 

 

qəhrəmanlarından üzü bəri  mənəvi-əfsanəvi 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə