Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə65/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   61   62   63   64   65   66   67   68   ...   131

 

205


 dəyərlərdən güc alır, onların sehrini özündə təcəssüm etdirir: 

 

Borcluyam saniyənin cövhərini sıxana, 



Ölümün qucağına atılıb sağ çıxana, 

Yeddi ildırım ikən bir buludda çaxana

Yetmiş iki nəhr ikən bir məcrada axana. 

Mərd ikən... dara düşən... nə dinən, nə bağıran, 

Dadına heç kəsi yox, mənliyini çağıran 

Mətinlərə borcluyam. 

(“Borcluyam”)  

İnsan mühitə, varlığa bağlı olduğundan tarixi borc və 

məsuliyyət hissindən qaça bilməz. X.Rzanın humanist görüşlərində 

bu, əxlaqi keyfiyyətdir: 



Borcumu vermək üçün 

Dağ qaldıran fəhləyəm... Dərdliyəm, fərəhliyəm, 

Borc ödəmək uğrunda mən bir can məşəliyəm. 

Borclu ölsəm, dünyaya təzədən gəlməliyəm. 

(“Borcluyam”)  

X.R.Ulutürkün vətənpərvərliyində, humanizmində İnsan obrazı 

əlahiddə olaraq, “Kişi” səciyyəsi ilə  də  əlamətdardır. Kişi obrazı 

şairin yaradıcılığında tutumlu ideya və fikir qaynağıdır. “Başıaçıq 

dayanan kişi” (1980), “Könlümlə söhbət” (1980), “Qorxaqlar, 

cəsurlar” (1980), “Kişilərə arxalanaq”, “Göylərdən gələn kişi” 

(1980), “Bəs niyə susdun?”, “Qədir-qiymət” (1983), “Məndən 

başlanır Vətən” (1983), “Şöhrət” (1984), “Sarsılma, qardaşım” 

(1984) əsərlərində obrazlaşan kişilik geniş mənada mənəvi-vicdani 

oyanışdır. 

Şair göstərir ki, kişiliyin əsası doğruya, həqiqətə arxalanmaqdır, 

haqq yolunda bağrı yanmaqdır, dindir, inancdır, Boz qurddur, 

öygüdür, kişilik sal qaya, ulu dağlardır! (“Kişilərə arxalanaq”). 

Səmimiyyət kişiliyin rəhmidir.  İnsan həm də öz “içinə” 

özündən baxmalı, özünü sərəkli bilməlidir. Onda in- 

  

 




 

206


sanın böyük olduğuna şübhə yeri qalmır: 

Hamı gözləyir ki, çıxsın ortaya 

Yeni bir qəhrəman, müdrik bir dədə. 

Xeyr! İgidliyi gəzmə uzaqda, 

Özünsən Koroğlu, Şah Xətayi də 

(“Könlümlə söhbət”)  

İnsan obrazı  şairin humanist və  vətənpərvərlik görüşlərindən 

sıyrılmış  şəkildə deyildir; onlarla vəhdətdə,  əlaqə  və 

münasibətdədir, tamda fərd, fərddə tam kimidir. X.R.Ulutürkü 

müəyyən mənada mənəvi tənhalıq  şairi,  şeirlərini isə  tənhalığın 

poeziyası da adlandırmaq olar. “Qüvvətli, böyük İnsan ideyası” 

Y.Qarayev demişkən, onun hər bir ciddi əsərinə aiddir. 

X.R.Ulutürkün humanizmində, vətənpərvərliyində rüşvətxorluq, 

vəzifəpərəstlik, məddahlıq mövzusu güclü tənqid hədəflərindəndir. 

Şair rübailərindən birində yazır: 



İlbiz işıldayar, nur yaya bilməz, 

Rütbə düşkünləri parlaya bilməz. 

Yalnız stolunu qoruyan gəda 

Xalqın şərəfini qoruya bilməz.  

Müzür ünsürləri, vəzifəpərəstləri tənqid X.R.Ulutürk 

yaradıcılığında həcv, sarkazm, pamflet ilə daha çox müəyyənləşir. 

Şairin tənqidi yüngül, güzəştli tənqid deyildir, konkret, ünvanlı 

olub güclü ümumiləşdirmə keyfiyyəti olan tənqiddir. Bu baxımdan 

“Sən neçin tutmusan bu vəzifəni” (1980), “Sən inanma 

məddahlara” (1986), “Türk sözündən qorxan gəda” (1986), 

“Vəzifə ölüsü” (1987) şeirleri diqqəti cəlb edir. Bu əsərlərdə 

vəzifəpərəstliyin səciyyəvi xüsusiyyətləri real ifadəsini tapmışdır: 

Demək, hörmət sənin, şan-şöhrət sənin, 

Təzə süd, təzə bal, təzə ət sənin. 

Bağ sənin, ağ “Volqa”, eyş-işrət sənin, 

Kafelli, mərmərli səltənət sənin 

Sifarişlə hürən neçə it sənin, 

Bərkdən çal zurnanı, qızdır dəfini, - 

  



 

207


Bununçün tutmusan sən vəzifəni! 

(“Sən neçin tutmusan bu vəzifəni”)  

Şairin antihumanizminin əlamətlərindən biri də satqınlıqdır, 

Şair bunu millət üçün bəla hesab edir, onun səbəblərini saxta 

şöhrətdə, ad-sanda, vəzifəpərəstlikdə görür (“Satqın”, 1980). Şair 

antihumanizmin xüsusiyyətlərindən olan qorxaqlığı da vətən və 

vətəndaş  əxlaqının mənəvi aşınmalarından hesab edir, nəticə 

etibarilə o, milli idealı da korşaldır: 

Baxar kor kimidir qorxaq həyatda, 

Min günəş doğsa da, köməyi olmaz. 

Gözüqıpıq yurdun, ağciyər elin 

Yalnız yemi olar, mənliyi olmaz! 

(“Qorxaqlar, cəsurlar”)  

Nadanlıq, eybəcərlik, buqeləmunluq və  təslimçiliyin ifşası 

“Palıd gövdəsində” (1980), “Qalan sənətdir ancaq” (1980), 

“Təslimçilik” (1980), “Buqələmun” (1980) əsərlərində tutarlı 

tənqid edilmişdir.  Şair ikiüzlülüyü, saxtakarlığı, bədxahlığı, 

etinasızlığı, məddahlığı  mənəvi eybəcərliyin, antihumanizmin 

xüsusiyyətlərindən hesab edir (“Xeyirxah yolunda”, /1980/; “Susa-

susa” (1980); “Bir dosta açıq məktub” (1980); “Süpürgəçi və şair” 

(1981); “Şerbaz” (1982); “Mən sənə güvənirdim” (1987). 

X.R.Ulutürk mənəvi eybəcərliyə, antihumanizmə qarşı 

humanist qayə və məramları qoyur. “Göylərdən gələn kişi” (1980) 

əsərində  vətəndaş qayəsini poetikləşdirən sənətkar ictimai 

naqisliklərdən, davam etməkdə olan zülmkarlıqdan qəzəblənir, 

milli dəyərlər itəndə tarixi öndərləri xatırlayır. Vətəndaşlıqda milli 

vicdanı oyadış yüksək mənəvi-əxlaqi ləyaqət və  ənənə kimi 

ideyalanır: 



Fəqət sönməz, qaralmaz xalqın, haqqın vicdanı - 

Şah İsmayıl Xətai, Xiyabani, Ərani.  

Şərəfsizlik, vicdansızlıq  şair nəzərində  mənəvi varisliyin 

kəsilməsi, “zati-qırıqlığın” yaranmasıdır, bu isə mil- 

  

 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə