Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə73/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   69   70   71   72   73   74   75   76   ...   131

 

229


Təkcə Zaqatala qoruğunu yox

Bütün planeti, bütün dünyanı 

Bəşər qoruğuna döndərməliyik.  

“Qanadlılar” poemasının mövzusu da təbiətdən, Qızılağac 

qoruğundan bəhs edir. Şair təbiətin dilini dərindən bilir. Əsərdə 

əsas ideya bəşərin həm də təbiətdən öyrənməsidir. 



İldırım faş etdi elektriki, 

Arıdan öyrəndik şan qurmağı da. 

Lalədən öyrəndik, qızıl lalədən 

Badəni eşq ilə doldurmağı da. 

 

Qoruya bilmosək qanadhları, 



Özümüz qanadsız qalasıyıq biz. 

Məgər biz özgəyik? Bu təbiətin 

Bir azca ağıllı balasıyıq biz.  

Xəlil Rza dünyanı qorumağı, ona diqqətcil olmağı  təlqin edir, 

gizli axarları get-gedə aşkarlayır: 

Əqrəblər, gürzələr qorxulu deyil

Birinci qorxumuz biganəlikdir. 

Məhəbbət olmasa, ülfət olmasa, 

Dünya balsız qalan quru pətəkdir.  

“Əfsanəli bir ölkə” (1977) də  təbiət mövzusundadır.  Əsər 

X.Rzanın akademik Həsən  Əliyevin “Həyəcan təbili” kitabını 

oxuyarkən aldığı təəssürat əsasında yazılmışdır. 

Xəlil Rza yeri gəldikcə təbiət hadisələri əsasında assosiasiyalar, 

bənzətmələr, paralellər apararaq azərbaycançılıq ideyanı tərənnüm 

edir; təbiət və insan, təbiət və xalq birliyi, ideal və taleyi 

canlandırır: 



Sən tarix yoluyla bir az asta get, 

Gör neçə nəhr axıb bu dəniz yurda. 

Bülqədər, amazon, xələc, assakot 

Tayfalar qaynayıb-qarışıb burda. 

  

  




 

230


Bulqar, binəvəyan, alan, alban, hun, 

Avar, ləzgi, qumıq - şöhrətimizdir. 

Böyük Azı kainatında 

Birləşən selablar qüdrətimizdir!  

Torpağa məhəbbət, onun verdiyi nemətlər yurdsevərliklə 

tərənnüm olunur. Xəlil Rza torpağı “bəşərin çörək təknəsi” hesab 

cdir, onları ana-bala bilir, sonra da deyir: 



Sənin xəyalının üfüqlərində 

Reyhan bağçaları, tərxun ləkləri. 

Əl boyda torpaqda dünya cənnəti, 

Odlar ölkəsinin gözəllikləri.  

Xəlil Rza təbiətin susan, lakin işarələr edən dili ilə həm də lirik 

təsvir və intonasiyalarda siyasi-ekoloji məsələləri də çözür

hadisələrə diqqət yönəldir. O, O.Sarıvəlli kimi dənizlərin, dağların 

şikayətlərini, hərbi bazaların etirazlarını oxucuya çatdırır; 

hadisələrin təqdimatında subyektiv münasibət və müdaxilə 

müəyyənliyi oxucunu alıb aparır: 

Bulanan çayları bir an seyrə gəl, 

Daşıyır dərdini ümmanlara da. 

İki zor qitəni birləşdirən əl - 

Aralıq dənizi solur arada. 

 

Aralıq dənizi tufan qaldırıb  



Çırpılıb köksünün qayalarına. 

Dəyişir günbəgün, ərzin iqlimi,  

Düşünən təfəkkür! Ayıq ol, ayıq!  

Hərbi bazaları bir xərçəng kimi  

Dünyanın bağrından qoparmalıyıq.  

Şair narahatdır ki, dünyanın nizamını pozmaqla bəşər həyatını 

təhlükələr qarşısında qoya bilərik:  

Hərarət çoxalır Yer kürəsində,  

Don vurmuş Arktida əriyə bilər.  

Nəhəng buz dağları min-min nəhr olub  

Bəşərin üstünə yeriyə bilər. 



 

231


İnsan təbiətlə münasibətində  həm quran, həm də dağıdandır. 

Şair insanı qurub-yaratmağa çağırır. 

“Gələcəksən baharda” (1970) poeması 70-ci illərin 

əsərlərindəndir.  Əsərdə xalq taleyi üçün yanmağın poetik 

tərənnümü də, xalqda fərdin ömür yaşantılarının əksi də güclüdür: 

Xalq üçün alışan, məşəl bir həyat 

Ən böyük ömrün də qoynuna sığmaz.  

“Həsrət” (1971) poemasının mövzusu Güneydir. Poemada 

Təbrizə, onun tarixi keçmişinə lirik münasibət ifadə olunmuşdur. 

Əsərdə yadelliyin, Təbrizə  qənimliyin poetik əksi də ifadəsini 

tapmışdır. Həyat, yaşamaq lirik qəhrəman üçün şirinləşmişdir: 

Sökdü qara buludları ildırımlar, 

Qəlbimiz tək göy gurladı. 

Biz Təbrizdən qovduq yadı,  

Ağzımızda şərbət oldu suyun dadı, duzun dadı.  

Lirik qəhrəman Təbrizdə  şahidi olduğu yenilikləri gördükcə 

ömrü də təzələnir: 



Təbrizimin haqq səsinə bütün aləm qulaq asdı, 

Balalarım ana dilli məktəblərə ayaq basdı...  

Lakin lirik qəhrəmanın müqəddəs kədəri yox olan deyil, nə 

qədər ki bu cahanda Araz, Təbriz, vətən həsrəti, Cənub-Şimal var: 

Danışır qardaşım... yanqulu, həzin, 

Çiynində dağların yükü var kimi. 

Sən demə dünyada həsrət də, dərd də 

Yaşarmış qayalar, dalgalar kimi.  

Bu dərd, kədər xalqı, quzeyi od kimi, külək kimi Təbrizə atır ki, 

Ərdəbilin, Tehranın boğazını Londonun caynağından qoparsın - 

istismardan, müstəmləkədən qurtarsın. Xəlil Rzanın nəzərində  nə 

qədər ki qalmalı, yaşamalı  səngərlər var, o qədər də azadlıq eşqi 

var. Buna görə  də  həmin səngərlər azadlıq eşqinə dolmalıdır. Nə 

qədər ki səngərlər var, o qədər alovlu döyüş meydanları, cığırlı- 

 

  




 

232


izli istiqlal yolları var. Buna görə də şairin çağırış, vətən pərvərlik

vətəndaşlıq ruhu təbiidir: 



Siz ey damarlarında yurd sevgisi coşanlar! 

Bu gün bütün gündoğan sizə dikib gözünü: 

Buludlardan qoruyaq Təbrizin gündüzünü.  

Poemada Təbrizi özünəqayıdış, özünüdərk çağırışına qoşmaq 

ideyası əsas olaraq qalır. Həmin qayə “Təbrizli şairin düşüncələri” 

(1970) poemasında da vardır. Lirik qəhrəman dünyada - azadlıqda, 

hərəkatda məhbəs küncü gördüyü kimi, inamından soyumadan 

“Savalan zirvəsi də, Səhənd ucalığı da görür! Şairə görə Savalan, 

Səhənd zirvəsindən daha uca isə “Azadlıq cəbhəsində  məslək sə-

ngəridir”. Bu məslək insanları müxtəliflikdən çıxarıb öz ətrafına 

yığandır, onu vətən ətrafında ram edəndir. Vətən bir olduğuna görə 

də birlik istəyir. “Vətən birlik istəyir, müxtəliflik istəmir”. Məslək 

ölüm də, qan da gətirəndir. Ölümün, qanın özü də səfərbər edəndir; 

uğura aparandır, çağırışdır, nidadır. Şair yazır: 



Bizim Bağır xanımız, bizim Səttarxanımız: 

“Axsın” dedilər, axdı dərya-dərya qanımız. 

Nə verdi bu ölkəyə qanlı burulğanımız? 

Böyük həyəcanımız, cilovsuz tufanımız?! 

Bu gün heç olmasa bir ana dilli məktəbə 

Gəlirmi gümanımız? 

Dinimiz, imanımız?!  

Şair “sözün gözlərindən işıq ala-ala” Təbrizin dərdlərini yazır, 

dərdlərini danışır. Ən acı həqiqətləri şeirə gətirir, bizə göstərir; biz 

burada satqınlar ordusunu da, yalan, riya kürüsünü də, dargözlər, 

şərəfsizlər sürüsünü də, maskalı  dəyyusun təbəssümünü də, 

rəzalətləri, rüşvətləri, namərdləri, kəmfürsetləri, tüfeyliləri, qurdu 

ulayan alçaqları, milli simasını itirmişləri də, satqınlar  şəbəkəsini 

də, acgödən, mədəni quldurları da görürük. Şair belələrinin 

havasında, mühitində mərd yaşamağı böyük qəhrəmanlıq, təmizlik 

hesab edir. Qədim şəhərin üst qatı harınlıq, alt 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə