Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə70/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   66   67   68   69   70   71   72   73   ...   131

 

220


(1989), “Davam edir 37” (1989), “Yaşasın Xalq Cəbhəsi” (1989), 

“Müstəqillik” (1989), “Qaldırdım cüt yumruğumu” (1990), “Qanlı 

cəllada” (1990), “Qorxma, mən sarsılmaz dağ qalasıyam” (1990), 

“Qovacağız” (1990), “Milli satqın” (1980-91) və başqa  əsərlərini 

yazıb çap etdirmişdir. Həmin əsərlərin əksəriyyəti milli demokratik 

hərəkatın ictimai-siyasi mənzərəsini  əks etdirən  əsərlərdir. Bir 

tərəfdən türk dünyasmm birliyi, tərənnümü, digər tərəfdən xalq 

iradəsi, azadlıq ruhu, qürur türküsü, xalq cəbhəsi, Nəsiminin, 

Sabirin ... səsi ideya-məfkurə qay-nağı kimi milli-azadlıq hərəkatı 

nəhrinə dolmuş, digər tərəfdən Xəlil Rza Ulutürk özü inqilab 

bahadırı, Koroğlu, Dədə Qorqud kimi - Qələm və  Qılınc timsalı 

kimi görünmüşdür! “Azadlığım - dövlət sərhədim” deyən mücahid 

şair milli Manifestini - Proqramını elan etmişdir. Onun adı 

Azadlıqdır! Şairi dəmir qəfəslərə, Gülüstam və Türkmənçayı qanla 

yazan bir məhbəsə aparan Azadlıq! Bu Azadlıq M.Müşfiqin 

“Mənim azadlığım mənim işimdir, Həyatım, taleyim, 

yüksəlişimdir” - misalında olan bir Azadlıqdır! 

Təmkinlə hərlənən Yer kürəsiyəm

Mənim Azadlığım, mənim gücümdür. 

Mənim Azadlığım qan soranların 

Cındır maskasını yırtmaq üçündür! 

(“Azadlığım”)  

Şairin Azadlığı çoxlarının,  əksəriyyətin dərk edə bilmədiyi 

səadətdir! Yerə-göyə  sığmayan hakimiyyətdir! Balasını, laləsini, 

göz odunu, ağız dadını, nəhrini verməyə hazır olan qüdrət sahibi 

“vermir göylər boyda Azadlığını”! Bu Azadlıq yalnız onundur - 

dirilik suyu tək qovuşduğu, tapındığı Azərbaycandır! Damarlarına 

sıxılmış bu güc, bu qüdrət tükənməyən xalq nəhrini, xalq qüdrətini

iradəsini çəkib gətirir. Xəlil Rza Ulutürk “lapdan görür: dağlar 

gəlir elin boynunda, boynunda!” Buna görə  də  hədələyir ki, “dar 

gözünü geniş açsın Qoy üç yüz min 

  



 

221


türkazəri, pərən-pərən, darmadağın edən qüvvət...” X.R.Ulutürkün 

Azadlığı xalq qüdrətindən qaynaqlandığına görə  həm də qürur 

gətirir. “Nəhrlər coşursa kişi qa-nında, çiyni daşıyırsa qüdrət 

dağını, uça bilməlidi ucalığım”. Ucalıq dahilikdir! X.R.Ulutürkün 

dahiliyi Nəsimiləri, Füzuliləri, Sabirləri - zirvələri qovuşduran 

nurdur, zəkadır. Həmin ucalıq ve dahilik şairi “bütün əsrlərin 

övladı edib, əbədi zamana, ölməzliyə qovuşdurur”. X.R.Ulutürkün 

keçmişdən gəlib gələcəyə üz tutması xalqı ilə birgədir. Buna görə 

də 1989-1990-cı illərin şeirləri də xalq idealları, xalq taleyi ilə daha 

sıx bağlı olan siyasi şeirlərdir. X.R.Ulutürk bu illərdə “Düşmən 

amansızdır, yoxdur orta yol” deyə ancaq imperializmin qatı 

düşməni, milli azadlıq bahadırı kimi görünmüşdür. “Qalx ayağa, 

Azərbaycan”, “Gəlir böyük Azərbaycan”, “Azadlıq meydanı”, 

“Silahlan” deyən  şair və onun qəhrəmam 1988-1990-cı illərin 

şeirlərində Azərbaycanın milli azadlıq hərəkatının içindən keçir. 

X.R.Ulutürkün baş vurmadığı yer, diyar, bölgə qalmır, inqilab 

bahadırının hər yerdən qadir, qüdrətli səsi gəlir, xalqı çağırır, təşkil 

edir və döyüşür! Torpaq, Vətən, Azadlıq düşmənlərinə qarşı yazır 

və döyüşür! X.R.Ulutürk poeziyasında milli azadlıq hərəkatının 

ciddi, işıqlı  və müqəddəs kədər səhifələri zəka nuru ilə  işıqlanır. 

Həmin zəka və poeziya nuru azadlığın öz “tonqallarından” gəlirdi. 

Sənətkar “Tonqallar meydanı”, “Azadlıq meydanı” ilə “səbr eylə”, 

təvəkkül fəlsəfəsini bir araya sığdıra bilmir, onu geri çəkmək 

istəyən qüvvələrə qarşı irəlini nişan verirdi. “Tonqallar meydanı” 

şairə görə, 30 milyonluq azəri türkünün, qarşısını tankların belə ala 

bilmədiyi ülfət meydanıdır. Bu meydan “Azərbaycanın bu gün özü 

boyda doğduğu Azərbaycandır”. Bir ucu Təbriz, bir ucu Dərbənddə 

olan Azərbaycandır. Bu yeni Azərbaycanı doğan, “göyə dayaq, 

yerə mərkəz olan bahadırlar ölə bilməz”: 

  

 



  

 



 

222


Bu meydanda mən tanıdım hağrı tonqal igidləri, 

Alnındakı ipək qaytan, qırmızı, al igidləri. 

Cəbhədaşım, səngərdaşım o ideal igidləri. 

Bu meydanda anladım ki, adi ocaq pir olarmış. 

Mələk kimi, quzu kimi qızlar dönüb şir olarmış! 

(“Tonqallar meydam”)  

“Azərbaycan - aləmin Azadlıq meydanıdır” - deyən  şair 

Azadlıq, tonqallar meydanında həm də xalqın birliyini, qüdrət və 

əzəmətini, cəbhəsini görür, əslində görməkdən çox Vətənə nicat 

verən qüvvə yalnız həm də özü olduğunu dərk edir. 

Xalqın cəbhəsi, səfərbərliyi ona görə yaranıb ki, “gözlərimə 

tuşlanıb bu gün düşmən gülləsi”: 

Qarabağ ürəyimdir, Şuşa gözüm giləsi, 

Gözlərimə tuşlanıb bu gün düşmən gülləsi, 

Bircə an əl saxlasa min-min Bakı fəhləsi, 

Bizə kəc baxanların kəsiləcək nəfəsi. 

Yaşasın Xalq Cəbhəsil 

Şair amalında, inam və məramında israrlıdır; 

Azərbaycan - aləmin Azadlıq meydanıdır, 

Kişi kibi yaşamaq inamıdır, canıdır, 

Yurdu yalnız ərənlər, qəhrəmanlar tanıdır 

Ölümündən keçənlər - xalqın zəfər nəğməsi, 

Darmadağın edəcək düşməni Xalq Cəbhəsi.  

Şair inam və  məramında qərarlı olduğu qədər səfərbərdir

yaraqlıdır: 

Haray Sərab, Ərdəbil, haray Dərbənd, Naxçıvan! 

Al, gözümü verirəm, ey ulduzsuz asiman. 

Gəlsin, kimdə qalıbsa barı yarım damla qan, 

Yıxaq, Bayılda çöksün Bastiliya qələsi 

Yaşasın Xalq Cəbhəsi!  

Planetin dincliyi, bəşəriyyətin bəklədiyi səadət yalnız qüvvələr 

birliyindədir: 

Sular məni aparsa, mən ona sel deyərəm

Yel palıdı qoparsa, qasırğa, yel deyərəm, 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə