Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə78/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   74   75   76   77   78   79   80   81   ...   131

 

245


lüstanını  gəzə-gəzə, türkün zəfər dastanını dinləyir, buna görə  də 

nikbindir, qürurludur, sənətkar  əzəməti bədbin olmaqdan uzaqdır 

qürurludur. Milli xarakter Azadlıq yolunda verdiyi qanları düşünür: 

“Verdiyi qan yanında bircə damladır Xəzər”. Bu qədər qanlar 

tökən ürəyi, dili yad Kremldən qoşun, vəd alanın hakimiyyətdə 

hələ  də qalmasından hiddətlənir. O, xalq elçilərinin yerdəki 

nökərlə-rini qəbul edə bilmir, qeyzlənir. “Seçkilərin çilovu əlində” 

olan bu alçaqlar baş qaldırıb şair gözünə baxa bilmir”. “Olmasaydı 

bu qədər yava, başkəsən, qəddar, Aləm mənim xalqıma səcdə 

qılardı aşkar” - deyir. 

Poemada yadellilərin, azadlıq qəsbkarlarının təsviri də təsirli və 

realdır. Onlar Milli Məclisi qoruyurlar, “yüksəkdə xalqın çiynində 

oturub, xalqı, yurdu ram edirlər”. “Bakı  şumlanmışdır tanklar 

silsiləsilə”. Onlar “avtomatlı, kaskalı, hərbi mundirli, sərvaxt, 

dəyənəyi  əlində, yolda, rizdədirlər hər vaxt”. “Əllərində  dəyənək, 

yanlarında top-tüfəng gündə dörd dəfə yeyib-içirlər”. “Gilyotinli, 

bıçaqlı  qəssablarıyla maşın-maşın adamı  bıçaq altına gətirirlər”. 

Onların yedikləri donuz əti idisə, indi qanla birgə quzu əti, ağ 

balıq, kürüdür: 

Qurtum-qurtum içdiyi ətirli çayını, yoxsa, 

Tarıyelin, Şahinin, Rövşənin qızıl qanı?  

Azadlığın məhbəsdə olduğunu poetik əks etdirmək üçün şair 

“səfərbər” epiforasından da yerində istifadə etmişdir: 

Xayır, başqa əhd üçün generallar səfərbər!  

Xəzəri murdarlayan admirallar səfərbər,  

Dişlərindən silahlı esmineslər səfərbər,  

Donanmalar, gəmilər, kreyserlər səfərbər.  

Xəlil Rza - onun xarakteri poemada Səttarxan zavodundakı 

mitinqi, oradakı tələbləri, sözdə “demokratiya” deyən hakimiyyəti 

ittiham edənləri dinləyir. Yer altında yatanların – “Azərbaycan 

altında ölməz Azərbaycan olanların” intiqam çağırışlarını 

poetikləşdirir. 

  

 



 

246


 

Poemada siyasi-ideoloji məsələlərə  də  işıq tutulur. Şair 

parlamentin xalqa hökm etdiyini, deputatların yaltaqlığını təsvirdən 

yayındırmır, “Demblok”un özünəməxsus surətini canlandırır; 

“Hacı  Əbdülün sərgüzəştləri, Milli Məclis qarşısında çadırları”, 

Qorbaçovun murdar xisləti ifadə olunur: “Qorbaç - qozbel 

deməkdir. Qozbel üçün nə  fərqi, Al qanına bələsin türkü, islamı, 

şərqi”. DTK canavarları, Qorbaçovun Maltada ermənilərə verdiyi 

vədlər, Yazova yazılan Fərman, Rostov, Donüstü ermənilərin 

Bakıya çağırışı, bütün bunlar təsvir obyektindən keçir. Sonra biz 

poemada milli gəncliyin, öz qanlarını verməyə hazır olan ATİ 

tələbələri səfərbərliyinin şahidi oluruq. Şair daha ciddi mətləbləri, 

Leninin bəşər qatili, ən böyük iblis olduğunu, Turanı parçalamaq, 

Zəngəzuru erməniyə vermək siyasətini, telestudiyanın 

partladılması, Mirzə  Xəzərin səsimizi bütün dünyaya yaymasını 

diqqətimizə çatdırır. 

Poemada dövlət xadimi H.Ə.Əliyev haqqında işıqlı, təntənəli 

fikirlər vardır.  Şair xalqın nicat yolunu Heydər  Əliyevdə görür, 

onun səngərdə, məslək, qeyrət vuruşunda olan əzəmətini tərənnüm 

edir. Bu fonda şair ciddi mətləblərə toxunur. Türkiyədəki siyasi 

vəziyyətin çətinliyi, Mitteran və  Rəfsəncaninin Ermənistana 

havadarlığı, Ermənistanın Rusiya əlində zəncirli köpək olduğundan 

danışır. 

Ali Sovet (Milli Məclis) önündə gedən mitinqlərə diqqət kəsilən 

şairin milli xarakteri türkçülüyün mahiyyətinə siyasi don geydirən 

imperiyanı Mirzəcan Mədotov, murdar Qaraxanov kimi türk dilli 

erməniləri, Sergey Kirov, Levon Mirzəyan və onların 

davamçılarını  kəskin ifşa və ittiham edir. Xalq təmizlik sevən 

dənizin üzə çıxmasını istəyir. Sənətkar yeri gəldikcə Xocalı, Şuşa 

dəhşətlərini xatırladır. Məsul vəzifəli şəxsləri mənəvi məhkəməyə 

çəkir, faciələrdən irəli gələn istefaları irəli sürür. Getdikcə 

tündləşən təsvir boyaları, artan drammatik gərginlik və poetik 

intonasiya həm də Leytmotivi, işıqlı rəngi özün- 

 

  




 

247


dən keçirir: 

Türkü burunlayanlar həm dönük, həm sönükdür,  

Ərzin yarısı türkdür, türk dünyadan böyükdür!  

Poemada türkün tarixi yaddaşı, gələnəyi olan “Dədə Qorqud”, 

“Alpamış”, “Manas”, “Qutadqu bilik”... Mənəvi  şəxsiyyətlər olan 

Nizami, Nəsimi, Füzuli, İmrə, Nəvai, Məhtimqulu, Fitrət, Cavid, 

Çolpan, Müşfiq fərdilikdə  tərənnüm olunur. Şair mənəvi 

öyüdlərindən güc aldığı Hüseyn Cavidi lirik ricətlərdə xatırlayır. 

Xatırlayır ki, insanın vətəni yerliçilik yox, Yer kürəsidir. O, saxta 

şöh-rətpərəstlikdən, telegüzgü və  mətbuatda süni görüntülərdən 

uzaq olmalıdır. “Qoyma varlığını kin, qəzəb, qərəz  şırımlaya, 

qoyma yaltaqları  həndəvərinə” deyən  şair Hüseyn Cavidlə 

eyniləşir, mənən Cavid zəmanəmizə, çağdaşlığımıza gəlir və dövlət 

başında olan saxtakarları, mənəvi aşınmaları görür. 

Poemanın “Doqquzuncu nida”sı yekun, nəticədir. Belə 

nəticələrdən biri imperiyaların “tək fərdi yox, bütöv xalqları səliqə 

ilə  dəfn edə bilməsidir”. Zeynal Hüseynoğlu kimi ziyalılar 

öldürüləndən sonra Ağdam fəth edildi. “Zəka, qeyrət öldürüləndən 

sonra xalq inamı öldürülür”. Şair bildirir ki, “əvvəl zəka öldürülür, 

sonra  Şuşa, Ağdam”. Qubadlı, Füzuli, Cəbrayıl və  Zəngəzurun 

şaqqalanması yaddaşımızın korşalmasındandır.  İnsan mahiyyətcə 

həm Hegel əzəməti, həm də Hitler cinayəti deməkdir. Rus, erməni 

yırtıcıları özgə torpaqların qəsbkarıdır. Rusiya Alyaska, Kamçatka, 

Saxalini tutan qəsbkardır. Uzaq, Yaxın, Orta Sibir deyib tatarları, 

başqırdları, qazaxları basıb yeyəndir. Tatarıstan, Başqırdıstan, 

Qazaxıstan, Özbəkistan, Türkmənistan və  Qırğızıstan “mənim” 

deyən işğalçıdır, “Türk” sözünü ilim-ilim itirmək üçün Türküstanı 

yox edəndir, Ukrayna, Baltikyanı elləri qamçılayandır,  Ərzuruma 

əl atandır, Serbistana cida atan, Belorus, Moldova və Qafqazı 

təslim edən, ilkin olaraq Cavad xanı, Şeyx Şamili qurban verəndir. 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə