Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə71/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   67   68   69   70   71   72   73   74   ...   131

 

223


 Zərbi kərən sındıran bir elə el deyərəm,  

Yelin, selin, elin də birlikdədir qüvvəsi, 

Təpiyinlə əzilsin qoy əqrəblər zümrəsi,  

Planeti qoruyur ayıq arslan pəncəsi,  

Yaşasın ayıq arslan! Yaşasın Xalq Cəbhəsi!  

Planet, bəşəriyyət qüvvələr birliyini, humanizmi tarixi yaddaşa 

çevirəndə dincik tapa, yaşaya bilər. Bu ümumi ideyadan - 

ayrılmalara keçidi - fərdlərdə yaşanan bəşəri yaddaşı  şair məşhur 

“Davam edir 37” şeirində inikas etdirmişdir. Sənətkar düşüncə və 

məntiqin, həyat fəlsəfəsinin müsbət emosiyasından mənfi olanları 

ayırır, tarixin qaranlıq səhifələrinə  işıq tutmaqla əslində “qan 

qırmızı geyənləri” qaraldır: 



Yox, unuda bilmərik biz xeyir cildi geyən şəri,  

Yüz minləri... qanunsuz və məhkəməsiz 

gülləbaran edənləri.  

Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri,  

Qara günlər gətirərkən qan qırmızı geyənləri. 

(“Davam edir 37”)  

Sənətkar sadalama intonasiyasında tarixin dərinliklərinə enir, 

başımıza gəlmiş tarixi həqiqətləri göstərir. Göstərir ki, anla, 

unutma: 


Rəhbər, xadim sayılırdı baş kəsənlər, göz oyanlar, 

Haqq bağıran boğazlara qurşun tökdü 

Markaryanlar, Qriqoryanlar 

Yanda durdu Topuridze, asta cəllad, usta cəllad. 

Adı doğma, ürəyi yad 

Cin Cəfərin əllərilə viran qaldı xanımanlar. 

(“Davam edir 37”)  

Repressiya illərində  İ.Stalinin göstərişi ilə  əlaqədar olaraq, 

M.Bağırovun  əmri  əsasında 74 mindən artıq insan taleyi güllə 

işığına tuş  gəlmişdir. X.Rza dünən başımıza gələnlərin etnoqrafik 

təsvirlərini verir, özümüzü göstərməklə  əslində bizi yaddaşımıza 

çəkir, çeşid-çeşid  əməlləri və biəməlləri təqdim edir. Gör, anla, 

unutma: 



 

224


 Yox, unuda bilmərik biz iş başında omba duran 

gürzələri, 

Naxçıvanda DTK-da çirmək qollu dilavəri. 

Alnı kərpic, gözləri tum... mirzələri. 

Əllərində daşdan keçən casusnamə ərzələri, 

Tribunadan “vətən” deyə, “millət” deyə vəz eləyən 

hərzələri.  

Bahar Müşfiqlər, nur heykəli Cavidlər, dağ bülluru Yusif 

Vəzirlər, yalçın qaya Əhməd Cavad, Qoç Koroğlu Sanı oğlu Hacı 

Kərim, ulduzları salxım kimi dərən Çobanzadə  Bəkirlər, bu 

dərdləri öncə sezib tab gətirməyən Cəfərlərlə “təpərimiz, 

kəsərimiz, hünərimiz” qurtarıb-tükənmirdi. Çünki onların işığıyla 

zəka və  əməllərinə görk olan nəsillər gəlirdi. X.R.Ulutürk 

fəlsəfəsinin mahiyyəti də ondadır ki, itməzlikdə, “kəsilməzlikdə”, 

əksliklərin vəhdəti və mübarizəsində  həm də xeyirlə  şər - əməllə 

əməlsizlik ikiliyini vəhdətdə götürüb mahiyyəti göstərirdi. 

Mahiyyət də budurki: 

Elə bilmə o dəhşətli yanğın bitdi, batdı getdi, 

Hələ durur, davam edir 37. 

O yaşayır qorxularda, hürkülərdə. 

“ - Bəlkə bir də qaytarıldı”... 

“bəlkələrdə”, 

Vicdanları basıb yeyən ləkələrdə, kölgələrdə.  

X.R.Ulutürk mahiyyətə varır ki, insanla onun psixoloji-mənəvi 

məcmusu arasındakı  təzadlarda fəsadlar, mənfiliklər davam edir, 

mənfiliklər böyüyəndə, böyük olanda faciələrə, fəlakətlərə aparıb 

çıxarır. Ona görə  də  şair görür ki, hələ  də davam etməkdə olan 

“37”-lərin səbəb və  səbəbkarları, başçıları bir milləti yetmiş yerə 

bölənlərdir, rütbə,  şöhrət üçün ölənlərdir, kabineti, vəzifəni 

gözlərinə  təpənlərdir, istedadı addım-addım pusanlardır, xalq 

dərdinə susanlardır, 300 min türk didərginindən yazmayan 

mətbuatdır, başçı olan başsız canlardır, millətin mənliyini 

talayanlardır, əxlaq dərsi verən fərarilər, boş- 

  



 

225


qab dibi yalayanlardır. “Demokratiya”, “Aşkarlıq” deyə-deyə 

boğaz yırtanlardır. Xankəndidə evlər yıxıb, ürək yıxıb cəzasız 

qalan yırtıcılardır, xalq şairi olub xalqa yad olanlardır, mütləq dahi 

istedad hesab olunan rütbəlilərdir, harda aş, orda baş olub 

yalmananlardır. Ona görə  də  şair çağırışla, diqqətlə xitab edir ki, 

gör, anla və unutma:  



Nə qədər ki, Bakımıza püskürdülür ölüm tozu,  

Təyyarələr zəhərləyir o kolxozu, bu sovxozu.  

Nə qədər ki, cocuq qanı pestisidlə mayalanır,  

Aşımıza qatır alçaq yüz fitnəni, yüz yalanı.  

Nə qədər ki, Ovçarenko dəstəkləyir Balayanı,  

Milli gəda Boroviki, Ağanbekyan min ilanı,  

Nə qədər ki, canımızda qan sorucu min gənə var,  

Mənim isti sözlərimə soyuq baxan biganə var  

O xəyanət sanma bitdi,  

Davam edir 37.  

Şeiri və özü cinayətlə dava edən X.R.Ulutürk görüb, dərk edib 

unutmurdu ki, onu aparan ideal və tale yolunun üfüqləri işığa, 

aydınlığa yox, məhz dumanlığa dirənirdi. “Qorx ki, bir gün Vətən 

deyə  Xəlil balam qurban getdi” -gerçəkliyində dayanan şair 

inanırdı ki, idrakın və qüdrətin günəşi həmin dumanları dağıdıb 

odu, işığı  gətirəcək, Allahın sirrini - Azadlığı Azərbaycana 

yetirmək, Günəşi gətirmək üçün istiqlal bahadırının yolu 

zindandan, Lefortovodan keçəcək. 

X.R.Ulutürkün milli idealı - Azərbaycanın azad, müstəqil 

dövlət müəyyənliyi birbaşa, açıq-aşkar bədii ifadəsini 80-ci illərin 

şeirlərində alır.  Şairin vətənpərvərlik və  xəlqiliyində dövlət 

müstəqilliyi idealı xüsusi yer tutur. Azadlıq və müstəqillik 

ideyaları X.R.Ulutürkü ön cəbhəyə çıxarır. Onun lirik qəhrəmanına 

milli xarakter aşılayır, onu azadlıq və demokratiya hərəkatına 

hazırlayır.  Şair ötəri, geniş zövq və  qəlb istəyindən uzaqdır. O, 

ictimai-milli, bəşəri ideallarla nəfəs alır: 

  

 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə