Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə68/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   64   65   66   67   68   69   70   71   ...   131

 

214


rə böyük ölçülü, güclü intonasiyalı  fərmanı  işlədir, belə  əsərlərdə 

poetizm az, publisistik-ritorik intonasiya artıqdır. “Bilmirsən, 

deyim öyrən” (1980), “Verin mənim haqqımı”, “Çılğınlıqdan 

dözümə keçid”, “Sənin ölümünü gözləyənlər var” (1986), “Sən 

inanma məddahlara” (1986), “Türk sözündən qorxan gəda” (1986) 

və başqa  əsərlərində  məhz belədir. Ümumiyyətlə, X.R.Ulutürkün 

“Hər bir əsərində yeni bir intonasiya ahəngini eşidirik.  Şeirimiz 

inkişaf etdikcə, onun yeni-yeni formaları yarandıqca, bədii 

dilimizin intonasiya vasitələri də inkişaf edir” [7, s.156]. 

X.R.Ulutürk yalnız ictimai səviyyədə, mahiyyətli məsələlər 

əsasında düşünür; lirik qəhrəman üsyankar, inkarçı mövqeyi ilə 

görünür. Çünki o, düzgünlük tərəfdarıdır, haqq onundur: 



Vermə mənim haqqımı! 

Mən sənət səngərində yaşar Xəlil Rzayam. 

Qurtuluş versə yurda, ölməyə də razıyam, 

(“Verin mənim haqqımı”)  

“Ölüm” anlayışı X.R.Ulutürkdə miqyaslı  fəlsəfi mahiyyətdir, 

X.Rzada ölüm milli ideal və taleyi təqdir və  təsdiq deməkdir. 

“İgidlər, dahilər”  şeirində  şair həyat, ölüm haqqında fəlsəfi 

mühakimələr yürüdür. İnsan dünyanı  dərk edəndə, ağla, zəkaya 

söykənəndə yaşarılıq tapır. Bununla da şair ölümdən sonrakı 

ölümsüzlüyü, ruhun yaşantısını, təsəvvüflüyü qəbul edir. Ölümün 

mahiyyəti Xəlil Rzada belə açıqlanır: 



“Ölən öz-özünü yaşatmayırsa, 

Onu heç bir qüvvə yaşada bilmir”. 

“Həyatdan hamını qoparır ölüm 

Yalnız dahilərə toxuna bilmir”. 

“Ölüm elə bil ki, qurd oğlu qurddur, 

Qorxur dahilərin göz işığından”.  

Ölümün fəlsəfi-məntiqi mahiyyəti X.R.Ulutürkdə belədir: ölüm 

- düşmənə təslimçilik, döyüşdən qaçmaq, eli- 

 



 

215


ni atmaq, dilini satmaq, ilhamsızlıq, məqsədsizlik, yad qapazı 

altında yaşamaq, ləkə yaxmaq, haqqı yeməkdir,  şərə salmaqdır, 

elin gözündən düşməkdir,  şöhrətpərəstlikdir, yad qoynuna 

girməkdir. Lirik qəhrəman həm ictimai naqislikləri göstərir, onu 

sarkazma qədər tənqid edir, həm də yol göstərir, istiqamət verir. 

Onun poetik nəzərindən, mövqeyindən antipodun, eybəcərliyin 

maddi-mənəvi vəhdəti, təzadı görünür (“Sənin ölümünü 

gözləyənlər var”). 

X.R.Ulutürkün 80-ci illər  şeirlərində janr kimi fərdilik tapan 

ictimai pamfletləri (poema-pamflet) vardır: “Bilmirsən, deyim, 

öyrən” (1980), “Türk sözündən qorxan gəda” (1980), “Bədxaha 

açıq məktub” (1984), “Sən inanma məddahlara” (1986), 

“Təslimçi” (1986), “Sən alçaqsan” (1986), “Sağlıq dilərəm sənə” 

(1987), “Məddah” (1987), “Başkəsən” (1987) və başqaları.  Şair 

80-ci illərin şeirlərində pamfletin yetkin nümunələrini yaratmışdır. 

Həcv, ictimai pamflet xüsusiyyətlərini X.R.Ulutürkün əvvəlki 

illərdəki  əsərlərində  də hiss etdirirdi (“Qalstuklu canavar”, 1967). 

Lakin 80-ci illərdə  Xəlil Rza tənqid obyektini birbaşa ifşa üsulu, 

kəskin jarqonlardan, metaforalardan, rəmzlərdən, 

metonimiyalardan istifadə əsasında daha ciddi, kəskin qırmaclayır. 

Belə mövqe X.R.Ulutürkün tənqid pafosunu daha da coşdurur, 

bəzən ona ifrat ifşaçı xüsu-siyyəti də  gətirir. Belə olanda X.Rza 

qarşt tərəfə “gor-bagor”, “ölücan”, “baxar kor”, “haramxor”, “kişi 

olmayan pişpişilər”, “əqrəb”, “soxulcan”, “göstəbəklər” damğasını 

basmaqdan belə  çəkinmir, ona görə ki, sərt ifşa üsulunun 

tərəfdarıdır, ictimai-siyasi məzmun onun əsərlərinin ruhu və 

canıdır: 

 

Əl altından yurdü satan alçaqlara inanma sən  



Üzdə nazir, rektor, katib... 

içəridən dustaqlara inanma sən.  

Sən inanma səni boş-boş öyənlərə, 

 

  



 

216


Daim hazır yeyənlərə, 

qaraya ağ deyənlərə.  

X.R.Ulutürkün tənqid, ifşa, satira, həcv pəncərəsindən 

torpaqsatanları da, mənəvi-cismani  əsarətdə yaşayan müxtəlif 

vəzifə sahiblərini də, dilinə, elinə-yurduna biganə olanları da, saxta 

elm sahibi olan alimlər, qəzetçilər, redaktorları da, bir medaldan 

ötrü məslək və amalını satanları da, arxalı gürzələri, dinozavrları 

da görürük. “X.Rza həcvi kəskindir, ehtiraslıdır, qəzəblidir, 

başlıcası ictimaidir. Şair dəqiq müşahidə etdiyi sosial xəstəliyi 

tipikləşdirib verir, boya qatılığı, təşbeh düzümü ilə öldürücü effekt 

yaradır, ifşa obyektini təkrar-təkrar qamçılamadıqca, qeyri-əxlaqi 

mahiyyətinə varmadıqca, ondan əl götürmür. Həcv bunu sevir: 

vəzifəli bürokratlar burada “boynunda qalstuk gəzdirən  əfi”, 

“möhürlü-hökmlü cə-nazələr”, “maskalı  dəyyuslar” və s. şəkildə 

damğalanırsa, növbənöv mənəviyyatsızlar – “boşqab dibi yalayan”, 

“sürünənlər”, “əqrəblər”, “güvə”, “soxulcan” kimi epitetlərlə, 

əxlaqca naqis adamlar – “ağciyərlər”, miskinlər, cırlar”, “bərk 

ayaqda  əfəllər”, “pişpişi”, “dəngül-düngül adamlar”, “Şəngül, 

Məngüllər” və s. sifətlərlə  səciyyələndirilir, ümumiləşmə 

məqamında həcvçinin özü də  qəzəbi, nifrəti, barışmazlığı ilə 

obraza çevrilir” [59, s.75]. 

X.R.Ulutürk ictimai-siyasi pamfletlərində  də  fərdilikdən 

uzaqdır, o, geniş ictimai məzmunda tənqid hədəfinə yanaşır;  şair 

xalqın yaraları, ictimai-milli naqisliklərin səbəbləri haqqında 

poetik mühakimələr yürüdür; millətin tərbiyəsini pozan ictimai 

bəlaları, eybəcərlikləri aşkarlayır: 

Bu cür alçalmasaydın, ya sizlər olmasaydı,  

Bu qədər müti qullar, kənizlər olmasaydı,  

Fər önünə səd çəkən fərsizlər olmasaydı  

Bu qədər gözü aclar, acizlər olmasaydı,  

Olmasaydı bu qədər ləin, yava, başkəsən,  

Aləm mənim xalqıma əhsən deyərdi, əhsən. 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə