Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə72/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   68   69   70   71   72   73   74   75   ...   131

 

226


“Varlıq” dərgisindəki ana dilli misralar  

milyon-milyon ürəkdə  

qüdrət, cürət olanda,  

Yer üzündə ən şirin bir xəyala dalanda 

Böyük, azad, müstəqil...  

Davalaşan köksünə bu sözlər yazılarsa,  

Söz həqiqət olarsa, 

mənə qismət olarsa, 

onda...  

dincələrəm mən. 

Ölsəm belə dünyaya yenidən gələrəm mən. 

(“Gül yastıq”) 

 

2.2. Poemalarında tarixə baxış və istiqlalçılıq 

 

X.R.Ulutürkün poema janrına münasibəti lirik şeir yaradıcılığı 



ilə müvazi başlanmışdır. Biz ümumən poemalarını deyil, 

poemalarındakı milliliklə  bəşəriliyin ideya məzmununu tədqiqata 

cəlb edəcəyik. Bunu mövzu və problematikanın qoyuluşu tələb 

edir. 


Sovet poemalarından tədqiqat  əsəri yazmış X.R.Ulutürk 

ümumiləşdirirdi ki, “C.Cabbarlının  əfsanə-poemasından sonra 

(“Qız qalası”) H.Cavidin “Azər”i zamanın geniş lövhələrini çəkən 

fəlsəfi poema nümunəsi kimi diqqəti cəlb edir. Səməd Vurğun 

istedadı, mənzum romanları ilə yarışa biləcək epik qüdrətli 

poemaların sovet dövründə  də yarana biləcəyini sübut edir 

(“Komsomol poeması”, “Aygün”). S.Vurğunun “Bakının dastanı”, 

“Muğan”, “Zəncinin arzuları”, R.Rzanın “Füzuli”, “Nəsimi”, 

S.Rüstəmin “On ikinci tüfəng”, M.Dilbazinin “Aliyə”, 

B.Azəroğlunun “Bakı  səfəri”, B.Vahabzadənin “Əbədi heykəl”, 

“İztirabın sonu”, “Etiraf”, “Şəbi-hicran”, “Qəm içində sevinc”, 

“Uçun, nəğmələrim”, “Vaxt, sürət, fikir”, H.Hüseynzadənin 

“Yolda”, “Dilqəm”,  Ə.Kərimin “İlk simfoniya”, “Üçüncü atlı”, 

“Qardaşın heykəli”, Ə.Kür- 




 

227


çaylının “Durnalar Cənuba uçur”, C.Novruzun “Kəndimizin antik 

heykəli”, “Qərbi Berlin”, S.Tahirin “Cavab versin tarix mənə”, 

N.Həsənzadənin “Nəriman”, “Zümrüd quşu”, S.Rüstəmxanlının 

“Bütövlük”, M.Arazın “Üç oğul anası”, “Atamın kitabı”, 

F.Qocanın “Təkərlər geri fırlanır”, “Ulduzlu düşüncələr”, 

R.Zəbioğlunun “Zindan” və başqalarının istər epik, istər lirik, 

istərsə də epik-lirik poemanın müasir ədəbiyyatımızda çox sürətlə 

inkişaf etdiyini və janrın yeni xüsusiyyətləri ilə  zənginləşdiyini 

göstərir”. (Şairin arxivindən. “Poemada ənənə  və novatorluq” 

məqaləsi) [317]. 

X.Rzanın iri həcmli epik əsərləri həmin gələnəyin davamıdır. 

Şairin “Məhəbbət dastanı”(1957-59) poeması Azərbaycanın 

qəhrəman oğlu, qvardiya mayoru Əliheydər  İbrahimov və onun 

həyat yoldaşı Asiya Hüseynzadəyə  həsr olunmuşdur. Poema süjet 

ardıcıllığına malik deyil, yarımbaşlıqlardan yığılıb  şair məqsədini 

ehtiva edəcək keyfiyyətdədir. 

Əliheydər müharibəyə getmişdir. O, döyüş zonasındadır. 

Qəzetlər onun şücaətindən yazır. Asiya Hüseynzadə isə neft 

mədənində çalışır.  Ə.İbrahimov Kiyev, Odessa, Sevastopolda 

müharibə yolu keçmişdir. O, qatarı idarə edəndə düşmən gülləsi 

qatarın  şüşələrini qırıb tokmüş, mayor İbrahimov 40 yaşında 

gözlərindən xəsarət almışdır. 

Poemada qadının ərə sədaqəti, vətən və vətəndaş sevgisi, ananın 

övladına gözlərini belə bəxş etmək istəyi milli planda olduğu qədər 

bəşəri məzmundadır. Şərqin Leylisi misalında olan belə məhəbbət 

misalları  Qərb, dünya şairləri üçün örnəkdir; el qəhrəmanları, 

məhəbbət dastanları əbədidir. 

Xəlil Rza bəşəri düşüncələrini S.Vurğun kimi lirik ricətlərdə 

vermiş, dünyada baş verən hadisələrə ümumiləşdirilmiş  nəzər 

yetirmiş, Çin, Polşa, Almaniya, Afrika, Macarıstan, Misir, Koreya, 

Cənubi Azərbaycanın inqilab 

  

 



  


 

228


hərəkatını xatırlamışdır.  Şair xalqların taleyi kimi, Xirosima 

dəhşətlərinə etiraz edir. Lirik qəhrəman bütün dünyanı: koreyalını, 

misirlini köməyə çağırır, hər bir ailənin davadan çəkmiş bəlalarına 

qəlbən acıyır, ağrıyır. Müharibənin gətirdiyi fəlakətlər: anaların 

göz yaşları, gənclərin silaha sarılmaları, ölümlər, itkilər, yatağa 

düşən ata - bütün bunlar sadalama, məlumat intonasiyasında 

oxucuya təqdim olunur. 

“Atalar – oğullar” poeması da müharibə mövzusundadır. Lirik 

mühakimə ilə başlayıb təhkiyə intonasiyasında davam edir. Xəlil 

Rza milli-bəşəri idealları, taleləri sanki ərzi fırladan ata əlləri ilə 

bağlayır; Romanı titrədən Spartak Əli də, Fransanın Marat bayramı 

da, bütün üsyanların, inqilabların döyüş bayraqları da ata əlləridir. 

Mövzuya münasibət epik təsvir səviyyəsində deyil, atanın 

keçdiyi döyüş yollarını xatırlatmalardadır; Kiyev, Taqanroq və 

Praqadakı “zəhmli tankların tırtıllarına dolaşıb az qala bu yer 

kürəsi” - deyən  şair kərpic-kərpic tikilənləri  şəhər-şəhər viran 

qoyanları ittiham edir, həm də inamında qərarlıdır ki, yaxşı ki 

“yenə qorundu kainat”. 

“Bayatı-Şiraz” (1964-72) da Xəlil Rzanın lirik 

poemalarındandır.  Əsər torpaqşünas alim Barat Cəfərliyə

Zaqatalanın təbii gözəlliklərinə həsr edilmişdir. 

“Muğam dünyasında” bölməsində  İnsanın kökünə, ilkinliyinə 

bağlılığı ifadə olunur: 

Dağlar özü boyda kök atır yerə, 

İnsan daha dərin kök üstündədir.  

Bizim ayağımız çəkmələrdə yox,  

Keçmiş eraların özülündədir. 

Şair  İnsan və dünya - bir-birinə qahmar duran vəhdəti həm 

milli, həm də  bəşəri dəyərdə  mənalandırır.  İdeal dünyanın 

keşiyində durmaq, onu qorumaqdır: 

 

Kişiyik. Doğrudan kişiyiksə biz,  

Bizə can verənə can verməliyik. 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə