Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə61/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   57   58   59   60   61   62   63   64   ...   131

 

193


san” (1969), “Tələsin insanlar, gecikin insanlar” (1969), 

“Sağlığında qiymət verin insanlara”, M.Arazın “İnsan monoloqu”, 

H.Arifin “İnsan” “N.Hikmət”,  Ə.Kərimin “Heykəl və heykəlin 

qardaşı”, B.Vahabzadənin “Dayan, insan” (1970), “İnsan ömrü”, 

F.Qocanın “Adi insan”, “Mən torpağam”, “İnsan” və başqa 

səciyyəvidir. 

X.R.Ulutürk realizminin romantik uçuş qanadları var. 

“Romantik keyfiyyət, romantik üsul, romantik manera yalnız 

romantizmə aid olmayıb, ümumiyyətlə, bədii yaradıcılığa xas olan 

ümumi estetik keyfiyyətdir” [130, s.99]. M.Müşfiq 

romantikasından yazanda prof. X.Əlimirzəyev onu qeyd edirdi ki

daxili hərarət, xüsusi vüsət,  əlvanlıq, emosionallıq, ideal və qayə 

həm də romantika üçün səciyyəvi keyfiyyətdir [51, s.90]. Daha 

lakonik desək, X.R.Ulutürk romantikası da şeirlərinin xüsusiyyəti, 

qəlibi, ruhu ilə  bərabər, mühitin şairə verdiyi əhvali-ruhiyyədən, 

ictimai-siyasi haqsızlıqlardan da irəli gəlirdi. Bu romantika həm də 

şairin ictimai idealları, milli taleyi ilə əlaqəli olmuşdur: 

Başımın üstündə ağappaq bulud, 

Bilmirəm yelkənmi, ya bir cüt qayıq. 

Deyir: - Xəlil Rza, gəlmisən, sağ ol, 

Qalx uçaq, biz sənin qanadlarınıq. 

(“İlham qaynağım”)  

Xəlil Rza Ulutürk yaradıcılığına  əkslik fəlsəfəsi həyatın 

özündən gəlir. Lirik qəhrəman daxili müvazinətini də onda görür. 

“Heç bir zaman sarsılmaz öz içindən güc alan”: 



Sevsən... 

biləcəksən nədir bu cahan? 

Dolanmaq, sürünmək, yaşamaq nədir? 

Ən gözəl yaşamaq əslinə baxsan 

Gözəllik uğrunda mübarizədir 

Gözəllik aləmin genişlənəcək, 

Almasdan bahalı şeh görəcəksən. 


 

194


 

Sevincdən dəyərli insan kədəri  

Qılıncdan kəsərli ah görəcəksən. 

(“Hər şeyin yaxşısı”)  



Nə cür yalayırsan tüpürdüyünü,  

Lənət dediyini alqışlayırsan.  

Dünən bu həyatdan süpürdüyünü  

Bu gün bəzəyirsən, naxışlayırsan.  

Lənət dediyini alqışlayırsan. 

(“Mərdlər və dərdlər”) 

Əksliklərin birliyi X.R.Ulutürk poeziyasında mahiyyətdir. 

Həmin fəlsəfi ikilik (dualizm) şairin poeziyasında güclü çalarlarla 

bədiiləşdirilmişdir. Tanrının yaratdıqlarında ehtiva olunan ikilik 

xeyir-şər, yaxşı-pis, axşam-səhər, işıq-qaranlıq, haqq-nahaqq, 

ölüm-həyat kimi əbədi olanlar X.Rza poeziyasında da ifadə 

etdirilir. Nizami, Füzuli, Nəsimi, H.Cavid, Sabir, Vurğun, M.Araz, 

B.Vahabzadə, Ə.Kərim, C.Novruz, N.Həsənzadə kimi Xəlil Rza da 

“Sarsılma”, “Ömür”, “İgidlər, dahilər”, “Babək”, “Nizami”, “Sən 

mənə bir silah verdin” və başqa  əsərlərində  həmin  əksliklərin 

parlaq nümunələrini yaratmışdır: 



Hansı vaxt asanca doğubdur işıq, 

Hansı vaxt zülmətlə çarpışmamışıq. 

(“Sarsılma”)  

Bəlkə elə əbədidir bu dünyada Xeyirlə Şər,  

Təzadları qıra-qıra özünə yol açır bəşər.  

(“Sən mənə bir silah verdin”)  

Beləliklə, 80-ci illərin poeziyası X.R.Ulutürkün mənəvi-

psixoloji aləmi ilə daha çox bağlı olduğundan onu məqam və 

məramın poeziyası kimi  səciyyələndirmək olar. 

Xəlil Rzanın “Taparam səni” [229], “Ömürdən uzun gecələr” 

[245], “Hara gedir bu dünya” [252], “Daşdan çıxan bulaq” [261], 

“Məndən başlanır Vətən” [271] kitabları 80-ci illərdə  nəşr 

olunmuşdur. 

Həmin illərdə diqqəti cəlb edən poetik özünəməxsus- 



 

195


luq ilk növbədə mövzuların  şairi ciddi narahat edən problemlərlə 

bağlı  mənəvi-psixoloji düşüncələrdən başlanğıc almasıdır. Həmin 

mənəvi-psixoloji ideyalar mövcud ictimai quruluşun təzadlarından, 

insanların həyat, yaşayış tərzindən, onların varlıqları ilə bağlı olan 

mənəvi-psixoloji naqisliklərdən irəli gəlmişdir. 80-ci illərin 

əsərlərində ictimai etiraz, mövcud haqsızlıqlara,  ədalətsizliklərə 

qarşı dayanmaq, mübarizlik, inqilabçılıq  əhvali-ruhiyyəsinin 

təzahürü sənətkarın lirik qəhrəmanı üçün əsas olmuşdur. Bu 

əsərləri bir məcrada birləşdirən ümumi bir bədii keyfiyyət 

poeziyasında məqam və məramın daha ciddi inikas etdirilməsidir. 

Bunun mənbəyi  şairin özüdür, onun şəxsiyyəti, mənəvi 

bütövlüyüdür. 

80-ci illərin  əsərlərində vahid bədii üslubun inkişafı  aşkar 

görünür. X.R.Ulutürk 80-ci illərə qədərki əsərlərində, əsasən, lirik-

epik üslubda cəmiyyətə, ictimai quruluşa baxış etmişdirsə, 80-ci 

illərin  əsərlərində  cəmiyyətə qarşı üsyankar, inkarçı  şair 

mövqeyinə görə onun lirik-epik üslubuna güclü bədii publisistika 

imkanları və patetik intonasiya çalarları daxil olmuşdur. Xəlil Rza 

Ulutürkün ictimai etirazları 80-ci illərin poeziyasında bir məqama, 

bir mərama doğru tuşlanır; əsasən, bəşəri humanizmin ifadəsi, rus 

sovet və beynəlxalq imperializmin ifşası, milli hərəkatların təsvir 

və  tərənnümü. Bu baxımdan 1980 -1990-cı illərin poetik 

əsərlərində  səciyyəvi üslub, yaradıcılıq xüsusiyyətləri vardır. 

Ümumən, humanizmin tərənnümü, antihumanizmin ifşası  şairin 

lirikasında zəngin təsvir və intonasiya çalarları doğurmuşdur. 

“Ömürdən uzun gecələr” kitabında vətəndaşlıq, milli ləyaqət

bəşəri ideallar və humanist duyğuların tərənnümü ön plana 

çəkilmişdir. “Mayakovski işığında” başlığı altında toplanan 

şeirlərdə daha çox satirik ruh hakimdir. Həyatı  təsdiq və 

tərənnümlə yanaşı  mənfiliklərə qarşı ciddi etiraz, qəzəb və hiddət 

pafosu bu əsərlərdə mühüm yer tutur. Başlıcası budur ki, Sabir, 

Mayakovski, S.Vur- 

  

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə