Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə63/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   59   60   61   62   63   64   65   66   ...   131

 

199


 

surluq və dəyanət mühüm yer tutur. “Şairliyin özülü” (1980), “Mən 

uçuram” (1980), “Sükan dalındayam” (1980), “Təbrizli  Şəhriyar 

yazır” (1980), “Dəmirləşən dözüm” (1982), “Qorx, qorxma” 

(1982), “Min bir dərdin dərmanı” (1982), “Müşfiqdənmi artığam, 

ya  Şandor Petefidən?” (1982), “Mayakovski ilə söhbət” (1982), 

“Sən inanma məddahlara” (1986) və başqa şeirlərində şair “ömrün 

hər qırpımında çiyni uca, mərd yaşamağı” tövsiyə edir. Onun 

nəzərində bütün mənəvi keyfiyyətlərin mənbəyi yenə  Vətəndir, 

vətənpərvərlikdir: 



Kimdir bizə qanad verən? Məgər yalnız bədənimiz? 

Könül adlı qalamız var. Könül - ilkin Vətənimiz.  

Şair həyatın məkrlərinə, mənəviyyatsızlıqlarına  qarşı yalnız 

işığı gətirir: 

Sənin qoynunda bunca bataqlıq, 

Bu qədər bataqlıq sakinləri var. 

Bəs niyə gözümdə işıqsan, işıq 

Ey dağ bulağı tək saf, büllur diyar?! 

(“Təbrizli  Şəhriyar yazır”) Çətin yol götürüb getmək, mənəvi 

dözüm və  dəyanət Xəlil Rza Ulutürk humanizminin, 

vətənpərvərliyinin mayası, cövhəridir. Bu dözüm və dəyanət şairə - 

qəhrəmana gənclikdən, dənizlərdən, çinarlardan, Savalandan, 

Çənlibeldən, təbiətdən gəlir (“Gənclik  şəklin və bu günkü özün”, 

1982). 

Xəlil Rza Ulutürk 60-cı illərin  şeirlərində olan ənənəni, real-



psixoloji zəmində ifadə olunan poetik ruhu humanist dəyərləri 80-

ci illərdə daha dərindən, daha təsirli poetik axtarışlarla, tapıntılarla 

əks etdirmişdir.  Şairin humanist görüşlərinə görə  şəxsiyyətlər 

tarixi-milli yaddaşı  mənəvi işıq və miras kimi yaşadırlar (“Kimsə 

tutub gəlir işığımızı”, 1982). Bu məqamda da X.R.Ulutürk xalq 

taleyini, milli idealı unutmur: 

  

 

  




 

200


Haray! İşıqlarım min kəndə düşsün, 

Kərkükə, Təbrizə, Dərbəndə düşsün. 

(Kimsə tutub gəlir işığımızı”)  

X.R.Ulutürk humanist görüşlərində  əvvəlcə adi həyat faktını, 

hadisə və əhvalatı götürür, onu əyaniləşdirir, sonra ona münasibət 

əsasında hökm çıxarır.  Əxlaq və didaktika belə  əsərlərin ideya-

məzmununda dayanır. “Qəflət məsələsi”, “Sənə demədimmi?”, 

“Şirvan qoruğunda ceyran” şeirlərində də belədir: 



Kiçik bir zədədən yıxılır palıd, 

Bir gilə zəhərlə pəhləvan ölür. 

Bir ovuc qum ilə sönür yanar od, 

Xırda bir fitnədən bulanır könül. 

(“Sənə demədimmi?”)  

X.R.Ulutürkün   vətənpərvərliyində    xəlqilik   təbliği səciyyə 

daşımır, o, mövcudluq, mahiyyət kimi alınır, dərk olunur; ona 

xitabən mətləblər, məramlar, diləklər dilə gəlir: 



Dağıtdı dağları zərbəmin yönü, 

Kəşf etdim xalqımın böyüklüyünü. 

İndi növbət onun - tapar o günü; 

Kəşf edər oğlunun böyüklüyünü! 

(“Mənlik”) 

Nə qum zərrəsiyəm, nə şeh qətrəsi

Dibsiz ümmanların tufan səsiyəm. 

Coğrafi sərhədlər qoy öyünməsin, 

Təbrizin, Bakının söz süfrəsiyəm.  

Belə olanda şair ölçünü, lirik intonasiyanı  aşır, patetik 

intonasiyaya keçir; lirik qəhrəman içindən böyüməyində, milli 

xarakterə doğru yol almağında davam edir. Lirik qəhrəmandan 

milli xarakterə doğru inkişafın kökləri də 80-ci illərin  əsərlərində 

görünür: 



Bir də baxıb görürsən boğazına dolandı, 

Tutuquşu adamlar gürzədən qorxuludur. 

Tutuquşu qəndə bənd. Bu, nəfsinin quludur. 

 



 

201


 Gödəninin quludur. 

Özüboyda, nataraz sitatların quludur. 

Damarlarında axan kişi qanı deyil, yox, 

köləlik məhluludur. 

Əsfələsafilinə layiqlərin quludur 

Söyləyimmi adını? Adı batsın batmışın! 

Qıymıram tarix bilsin, hansı baltanın sapı, 

qolçomağın qoludur.  

(“Tutuquşu”)  

X.R.Ulutürk mücərrəd söz demir, həyatın ciddi həqiqətlərindən 

danışır. Danışır ki, humanizmdən dəm vuran alim, ziyalı ona daim 

köməkçi olan, yazılarını səliqəyə salan, ona kömək edən kiçik elmi 

işçilərin belə haqqını vermir, lakin həm də humanizmdən mühazirə 

deməyə gedir. Danışır ki, qəzetdə  məqaləsi çıxan dilçi öz 

vətənpərvərliyindən məmnundur. Lakin “öz balası  həsrətdir 

Azərbaycan dilinə”. Dilçi alim Füzulidən, Vaqifdən, Sabirdən söz 

açır, lakin “öz balası tanımır Füzulini, Vaqifi”. Belələrinin 

şöhrətinə toxunsan, səni əqrəb kimi çalar” (“Riyakar”, 1980). Şair 

buqələmunları, obivatelləri - antipodları  bəzən lirik təhkiyədə

bəzən isə geniş publisistika imkanları  əsasənda təqdim edir 

(“Ehkamçılara qarşı”, 1980). 

Xəlil Rza Ulutürkün milli özünüdərkində  İnsanın fəal həyat 

mövqeyinə, xüsusi poetik diqqət vardır. Xüsusilə, bu fəallıq 

mənfiliklərlə üz-üzə  gələndə yenini göstərmək meyllərində, 

özünütəsdiqdə, haqsızlıqla,  ədalətsizliklə qarşılaşmada geniş 

nəzərə çarpır. Xəlil Rza Ulutürkün fəallığı sadəcə fərdi fəallıq yox, 

ictimai fəallıqdır. Buna görə də onun poeziyası sərtliyi, kəskinliyi 

ilə seçilmişdir. Belə  bədii keyfiyyət özünü yaradıcılığının ilk 

illərindən hiss etdirsə  də, 60-80-ci illərdə poetik kəsər kəsb 

etmişdir. Şübhəsiz ki, belə ictimai fəallıq yalnız X.R.Ulutürkə xas 

ideya-bədii keyfiyyət deyildi. Bu, İkinci Dünya müharibəsindən 

sonra bədii ədəbiyyatda görünən xarakterik 

 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə