Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə62/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   58   59   60   61   62   63   64   65   ...   131

 

196


ğun  şeirinin yüksək vətəndaşlıq ruhu, müasir həyata bağlılıq, 

insanın mənəvi haqqının poetik təsdiqi bu əsərdə özünü aydın 

göstərir.  Şair tənqid hədəfini “vəzifə başında tutuquşulara”, 

“stoluna dördəlli qırsaqqız olanlara”, yadlara yalaq, özününkülərə 

ögey” olan iddialı, dördgöz adamlara çox ustalıqla tuşlaya 

bilmişdir. Bəzən saxta, yalançı “millət qəhrəmanlarına”  şair öz 

qəzəbini gizlətmə-mişdir”. 

Humanizm və vətənpərvərlik Xəlil Rza Ulutürk idealının tərkib 

hissəsidir. Onun “poeziyasının kökü də, mayası da Vətən eşqi

Torpaq və Xalqla bağlıdır. Bu vətənpərvərlik bizim müasirimizə 

xas olan şüurlu vətənpərvərlikdir. Bu, hər  şeydən  əvvəl onunla 

əlaqədardir ki, Xəlil Rza Vətəni, onun qəhrəmanlıqlarla dolu tarixi 

keçmişini, bugünkü əzəmətini, sabahkı böyük fütuhatını duyur, 

hiss edir, bir çox hadisələrin canlı iştirakçısıdır” [134, № 11]. 

X.R.Ulutürkün  humanist görüşləri milli məkanla hüdudlaşmır, 

sərhədləri aşaraq, bəşəri məzmun daşıyır. Onun vətənpərvərliyi də 

eyni dərəcədə  bəşəri sərvətdir.  Şair yazmışdır: “Bizim birinci 

borcumuz Yer kürəsini qorumaqdır. Yer üzündəki sonsuz 

gözəllikləri, yer üzünün bütün Ermitaj və Luvr xəzinələrini, Titsian 

Veçellionun fırçasından çıxmış  sənət mirvarilərini, Füzulinin və 

Şekspirin yaratdığı poeziya kəhkəşanlarını,  İbn-Sinanı... bütün 

təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən  əbədi işığı 

qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər, 

okeanlar, mərzlər üzərindən uzadıb bir-birimizi salamlamalı, öz 

qəlbimizin qərarını qəti bildirməliyik: - Yaşasın xalqların Azadlıq 

idealı!” (Şairin arxivindən. “Bütün bəşəriyyəti qucaqlaya 

biləydim”, 1964, s.4) [318]. X.R.Ulutürkün şəxsiyyəti və 

yaradıcılığında “vətənpərvərlik kamil formasında  əqidədir, elmi 

dünyagörüşün bir sahəsi, tərkib hissəsidir. Lakin o, eyni zamanda 

hissi həyatla bağlayır, vətənə  məhəbbət, sözün geniş  mənasında 

mütərəqqi milli mədəniyyətə mə- 

  



 

197


həbbət, ana dilinə  məhəbbət və  s.  kimi  nəcib hisslər  şəklində 

təzahür edən mənəvi-əxlaqi keyfiyyətdir. Buna görə də həm hissi, 

həm də  əqli idrakla bağlı olub, şəxsiyyətin hərtərəfli mənəvi 

zənginliyi, kamilliyidir” [130, s.42]. 

X.R.Ulutürk 80-ci illərin  əsərlərində obrazlı desək, poetik 

“Proqramını” yazmışdır. Şair 60-70-ci illərdə gizli gətirdiyi ideya

mövqe axtarışlarını üzə  çıxarmış, mətləb və  məramını aydın 

göstərmişdir. 80-ci illərin şeirlərindəki humanizm, vətənpərvərliyin 

ideya daşıyıcılarından biri - şəxsiyyət və tale müəyyənliyidir. 

X.R.Ulutürk vətəndaş  şair və  şəxsiyyət kimi 80-ci illərin 

şeirlərində vüsətləşir. Şair milli İdealını aydın ifadə edir: İstiqlal və 

onun uğrunda mübarizə! 



İlk allahım, son allahım- mübarizə! Mənə bənzə! 

Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə

Məramımdır mübarizəl Mənə bənzə! 

(“Mənə bənzə”)  

“Xəlil Rza öz poeziyasında köksünü zamanın küləklərinə 

açmayanları, ehkam çərçivəsində qalanları, süstləri, simasızları, 

Vətəndə yaşayan vətənsizləri, böyük ictimai idealdan məhrum 

olanları daim ifşa edir, qamçılayır və onların gec-tez məhvə 

məhkum olacağına inanır. Bu inam onun poeziyasının qanına, 

canına hopmuşdur. Bu mənada Xəlil Rza poeziyasını inam və 

döyüş poeziyası adlandır-maq olar” [147]. 

Şair hansı  məramdan, məqsəddən danışırsa, - Vətən taleyini, 

milli idealı unutmur. Həmin məqsədi “Səngər azuqəsi” (1980), 

“Şəhriyarım” (1980), “Çətin yol” (1981), “Mənə  bənzə” (1981) 

şeirlərində də orijinal ifadə etmişdir: 



Sən Bakıya bənzəyirsən, mən Təbrizə, 

Mənə bənzə! Mənə bənzə! 

(“Mənə bənzə”) 

X.R.Ulutürkün lirik qəhrəmanı ideal və məram yoluna çıxdığına 

görə, o həm də milli cəbhə mövqeyinə çıxır. Bu 

  

 



 

198


                                                                                                                       

səbəbdən də  şairin  şeirlərində milli qəhrəman boy göstərməyə 

başlayır. 

80-ci illər  şeirlərinin poetik qəhrəmanı lirik qəhrəmandır; 

tərəddüdsüz, səbatlı, qətiyyətli, mərd lirik qəhrəman. O, milli ideal 

və xalq taleyinin ifadəsində milli qəhrəman kimi duyumlanır, qalan 

məqamlarda lirik qəhrəman olaraq qalır; bunların vəhdəti - milli 

xarakterin reallığı 80-ci illərin ikinci yarısı  və 90-cı illərin 

poeziyasındadır: 

Sən bu döyüşlərin ön səfindəsən, 

Məşəl ürəklərin tərəfindəsən 

Elə buna görə mərd olmalısan, 

Daşdan, ildırımdan, oddan, qılıncdan 

Kəsərli, sarsılmaz, sərt olmalısan. 

Haqqın yox ölməyə! Mərd olmalısan. 

(“Mərdləş, ürəyim”)  

Lirik qəhrəmanın mübarizə mövqeyi yalnız sovet antipodları ilə 

qarşıdurmada, antihumanizmlə mübarizədə görünür. Şair 

humanizmində, vətənpərvərliyində təkcə milliliyə söykənmir, onun 

köksünün ümmanları “haqqı tapdanan xalqlardır”, buna görə  də 

Xəlil Rza Ulutürk humanizmi bəşəri, beynəlmiləl humanizmdir: 



Bir şair köksündə Azərbaycan var! 

Bir şair qəlbinin şah damarında 

Bütün asiman var, bütün cahan var! 

(“Mərdləş, ürəyim”)  

X.R.Ulutürk antibəşəri hadisə kimi müharibəyə nifrət edir, onu 

törədənləri lənətlə damğalayır: 

Düymələr hökmündən qurtulsun bəşər, 

Günəş sönə bilər bir səhv ucundan. 

Asılsın deyirəm hərb istəyənlər 

Mənim nifrətimin dar ağacından! 

(“Bir cüt göyərçin kimi”)  

Şairin humanist görüşlərində  mənəvi-psixoloji olanlar: 

şəxsiyyət, ləyaqət, mərdlik və kişilik, iradə və inad, cə- 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə