Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə57/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   53   54   55   56   57   58   59   60   ...   131

 

179


daşlıq, vətənpərvərlik və  qəhrəmanlıq qayələri ilə boy atmış, 

tərbiyə olunmuş  və bu amalın keşiyində  zəka yandırmış, can 

qoymuşdur. X.R.Ulutürkün arxivi ilə yaxından tanışlıq bizə imkan 

verir deyək ki, o, ömrünün 15 ildən çoxunu Azərbaycan-

Özbəkistan mədəni əlaqələrinə həsr etmişdir. Həm elmi axtarışlar, 

həm də  tərcüməçilik fəaliyyəti Xəlil Rza Ulutürkü Özbəkistanla 

möhkəm bağla-mışdır. 0, 1969-cu ildən başlayaraq  şairin həyat 

yoldaşı Səkinə xanımla ardıcıl əlaqə saxlamış, Şeyxzadə arxivi ilə 

yaxından tanış olmuş, özü də özbək dilini mükəmməl öyrənmişdir. 

Xəlil Rzanın  şəxsi arxivindən öyrənirik ki, onun M.Şeyxzadə 

haqqında elmi-tarixi memuarların (1969-70-ci illər), monoqrafiya 

və çoxlu ədəbi-tənqidi məqaləsi, habelə, poeziyasının tərcüməsi ilə 

bağlı  hələ çap olunmamış  əlyazma qovluqları, çoxsaylı 

araşdırmaları vardır. Bu baxımdan “Türküstan divanı” poeması, 

“Cəlaləddin Mənquberdi”, “Mirzə Uluğbəy” pyesləri dilimizə 

çevrilerək, arxivində saxlanılmaqdadır. “Özbəkistan poeziyası” 

adlı  əlyazma qovluğunda M.Şeyxzadənin lirik şeirlərinin 

tərcüməsinə üstünlük verilmişdir. “Şeyxzadə  dəftəri” qovluğu 

bütünlüklə Azərbaycan dilinə  tərcümə olunmuşdur. Xəlil Rza 

Ulutürk özbək  şeiri antologiyasını  tərtib etmiş, burada da 

M.Şeyxzadə əsərlərinə geniş yer vermişdir. Təəssüf ki, tərtib etdiyi 

həmin toplumları sağlığında çap etdirə bilməmişdi” [83 , s.5]. 

X.R.Ulutürkün ictimai etirazları konkret və aydın bədii ifadəsini 

70-ci illərin  əsərlərində göstərir. Doğrudur,  şair ictimai etiraz 

motivlərini  əvvəlki  əsərlərində  də ifadə etmişdir. Onlarda həmin 

motivlər mətləbdən-mətləbə, sətiraltı, mətnarası olmuşdur. 70-ci 

illərin  əsərlərində ictimai etirazlar mövcud mühit və  şəraitə, 

insanlar arasında hökm sürən mənəvi-psixoloji, ictimai-siyasi 

haqsızlıqlara, nəhayət, beynəlxalq 

şovinizmə, istismara, 

müstəmləkəçiliyə, imperiyaçılığa qarşıdır. Xəlil Rza ona görə 

etiraz etmişdir ki, “insan yaşadığı cəmiyyətdə hər cür təzyiqdən 

  

 

  




 

180


  

azad olmalıdır. Cəmiyyət bərabərlik  əsasında qurulmalıdır. Orada 

bütün insanlar məsud yaşamalıdır. Ancaq azad cəmiyyət özü azad 

insan problemini həll edə bilər. Cəmiyyətdəki bütün qanunlar 

insanın ləyaqətini yüksəltməyə həsr olunmalıdır”. 

X.R.Ulutürkün ictimai etirazları ilk əvvəl özünə münasibətdən 

başlanğıc götürür (“İlham”, “Səməndər quşu kimi”): 

Təmizlik uğrunda vuruşlardayıq, 

Mətanət gündəlik işdə yoxlanır, 

Dünyanın hüsnündə bircə ləkəyə 

Sənətkar dözürsə, sənət oxlanır. 

(“İlham”)  

İctimai etirazların ifadəsi özünüetirafdan, özünütəsdiqdən 

başlayır. Lirik qəhrəmanın dönməzliyi, qətiyyəti, andı-etiqadı, 

aydın və  kəskindir (“And içirəm” (1974), “Qarşıdadır” (1979), 

“Silkələnmə (1975): 

…Döyüşüm qəbrədək davam edəcək, 

Sevindirmək üçün yurdu, bəşəri 

Dəmiri doğrayan polad qayçıtək 

Mənim hər addımım kəsəcək şəri. 

(“And içirəm”)  

X.R.Ulutürkün ictimai etirazlarının psixoloji səbəblərindən biri 

ictimai etinasızlıq,  ətalət və biganəlikdir. “Heç ola bilməz ki...” 

şeirində şair yazır:  



Heç ola bilməz ki, dəniz qəlbinin 

Az qala sonuncu damlasını da 

Verəsən hər kəsə: yaxına, yada, 

…Ancaq bərk ayaqda, çətin zamanda, 

Qanadın yananda, qolun yananda 

Kənardan baxalar tüstünə sənin, 

Barı bircə gülün şeh payı qədər 

Su tökən olmaya üstünə sənin. 

Çırpasan özünü dağa, daşa sən. 

Yüz minlər içində yalqızlaşasan. 


 

181


Şair satira, tənqid yolu ilə gedəndə Sabir ənənələrinə üz tutur. 

Yəni tənqid obyektini nəticə etibarilə özünün arzu və idealları ilə 

üzvi surətdə birləşdirir.  Ə.Mirəhmədov Sabirin ictimai 

ideallarından danışanda onun üç cür ifadə üsulunu qeyd etmişdi: 

“Bir qism əsərlərdə ideal mənfiliklərin ifşa və inkarı yolu ilə, yəni 

dolayı yolla verilir, şairin satiralarının çoxu buraya daxildir. İkinci 

qism əsərlərdə isə bilavasitə idealın özü bədii surətlərdə tərənnüm 

edilir. Buraya cəmisi bir neçə lirik şeir daxildir. Üçüncü qism 

əsərlərdə  tənqidi, satirik ünsürlər müəllifin arzu və idealını ifadə 

edən lirik ünsürlərlə birləşdirilir” [138, II c, s.670]. Müasir 

poeziyada üslubca daha çox üçüncü qism şeirlərin ənənələri davam 

etdirilməkdədir. X.R.Ulutürk poeziyasında da tənqidi, satirik 

ünsürlər, mənfiliklər  şairin arzu və idealları ilə üzvi surətdə 

əlaqələndirilir. M.Ə.Sabir satirik bədii dili, təhkiyəni,  əsasən, 

birinci, az hallarda ikinci şəxsə müraciətlə bağlayırdı. 

X.R.Ulutürkdə isə həmin bədii dil və təhkiyə, əsasən, ikinci şəxslə, 

az hallarda üçüncü şəxslə bağlıdır: 

Çıxart papağını, tax ləçəyini

Ər, qadın yerini bəzən dəyişir. 

Onsuz da itirib kişiliyini 

Qadın hesabına yaşayan kişi. 

(“İşsiz kişilər”) 

Qoltuqlara qısıldıqca bilmədi ki, azır, çaşır, 

Nakişiyə yaxınlaşan kişilərdən uzaqlasır. 

Güzəşt etdi bir ilana, əfv elədi əfiliyi, 

Ürəyini basıb yedi qorxaqlığı, əfəlliyi. 

(“Düşüncələr”) 

İnsanın rüşvət və stol naminə xislətindən uzaqlaşıb, yaltaq,  

müti,  yalançı,  olması şairin  (lirik qəhrəmanın) ciddi etirazlarına 

səbəb olur (“Minsifət” (1979); “Məsləklə yaşayanda”, “Sən hansı 

cəbhədənsən” (1979):  

Həzər, min həzər sənin 

səhər iş stolunun ardına keçməyindən, 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə