Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə56/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   52   53   54   55   56   57   58   59   ...   131

 

176


doyüş anları, dövrün dərdli yaşantıları xatırlama üsulu ilə oxucuya 

çatdırılır. “Atanın  şer dəftərindən” alınan epik təəssürat genişdir, 

təsvirlər döyüş  səhnələri haqqında  əyanilik yaradır. Poçtalyon 

Krasnodondan bir məktub gətirmiş, içərisindən saralmış bir dəftər 

çıxmışdır. Ata oğluna müharibənin başlandığından, “gözəl günlərin 

üzərinə kölgə düşdüyündən”, oğlunun onu döyüşə yola sal-

dığından yazır: Oğul da ataya məktublar yazır. Birdən məktubların 

arası  kəsilir. Məlum olur ki, oğul ölmüşdür. Bütün bunlan şairə 

cəbhə yolu keçmiş bir qoca - şaxtaçı danışır və  şair bunu şeir 

şəklində  əks etdirir və belə süjet xətti O.Sarıvəllinin “Qocanın 

nağılları” poemasını xatırladır. 

60-cı illərin lirik şeirləri sırasında “Mən torpağam” (R.Rza), 

“Ana torpaq” (M.Araz), “Yerdədir” (B.Vahabzadə), “Torpaq eşqi” 

(H.Arif), “Yaralı torpaq” (M.Dilbazi) seçilir. Bu illərdə X.Rza isə 

“Aç qoynunu, ana torpaq” (1968), “Babalar yatan yerdə” (1969), 

“Daşın  ətri” (1969), “Mən bağbanam”, “İstedad, bərəkət” (1970), 

“Ana torpaq”, “Torpaqla həmnəfəs yaşayıram mən”, “Torpaq” 

şeirlərini yazmışdır. “Elə bil bu şeirlər bir doğulub və  həmişə 

gördüyümüz naqisliklərlə,  ədalətsizliklərlə vuruşmaq üçün birgə 

“döyüş meydanına” atılıblar” [94, № 10, s.184]. “Aç qoynunu, ana 

torpaq”, “Sonsuz qüvvət”, “Gürcü torpağı”, “Ana torpaq”, 

“Torpaq” əsərləri torpağa müraciətlə yazılmışdır. 

X.R.Ulutürk poeziyasında sovet quruluşunun birbaşa tərənnümü 

demək olar ki, yoxdur. “Fişənglər atılanda” (1950-1960), “Böyük 

günlər bayrağı” (1953), “Mənim günəşim” (1962), “Bəşəriyyət və 

Lenin” (1963), “Lenin və bahar” (1967), “Yaşa, mənim partiyam”, 

“Yestakaya partiya” (1954-64), “Ucal, yüksəl, respublikam” 

şeirlərini nəzərə almasaq, o, bilavasitə, sovet həyat tərzini idealizə 

etməmişdir. Çünki X.R.Ulutürk həmişə müsbət olanda belə onun 

mənfi tərəflərindən obyektə diqqət yetirmiş, 

  



 

177


siyasi gerçəkliyə müxalif olmuşdur.  Şairin etiraz və narazılıqları 

onu hər  şeyə  tənqidi surətdə yanaşmaya vadar etmişdir. Həm də 

buna görə  şeirlərin üslubi xüsusiyyətləri başqalarından 

fərqlənmişdir. X.Rzada tərənnüm pafosu azlıq təşkil edir. Şairin 

yaradıcılıq fərdiyyəti daha çox mənfiliklərə etiraz əsasında estetik 

idealı canlandırır. Bu səbəbdən onun 70-ci illər poeziyasında, 

əsasən, təzadların rəngarəngliyi, mövzu zənginliyi, adi hadisələrin 

poetik dünyasından həyata baxış tədricən yığılır, ideya-bədii mətn-

struktur, mənəvi-psixoloji təzad və  məqamları öz içinə alır. 60-cı 

illərin poeziyasında lirik qəhrəman mövzu və mündəricə 

baxımından daha duyumlu görünürsə, 70-ci illər poeziyasında lirik 

qəhrəman mənəvi-psixoloji müəyyənlikdən milli həyata və 

dünyaya nüfuz edir. Tənqidçi Y.Qarayevin qeyd etdiyi kimi

“fərdin mənəvi-əxlaqi mövqeyində ictimai fəallığın güclənməsi, 

real, gerçək humanizm problemlərinə azalmayan maraq, insan, 

zaman və xalq fərdi,  şəxsi cavabdehlik və borc mövzusu -ilin 

poeziya məhsulunun vətəndaşlıq məzmunu üçün məhz bu 

əlamətlər çox səciyyəvidir. Özü də  vətəndaşlıq, cavabdehlik 

duyğusunu şeir ayrılıqda, hər kəs, hər fərdiyyət qarşısında mənəvi 

məsuliyyət kimi konkretləşdirir və predmetləşdirir. Konkretləşmə 

və fərdiləşmə lirik “Mən”in öz məzmununda da baş verir: indi şeir 

ən ümumi, ictimai problemlər haqqında da “hamının”, “biz”in 

adından yox, bilavasitə “Mən”in, “Öz”ün adından daha tez-tez 

danışmağa başlayır. Lakin bu, poeziyada bədii-fəlsəfi aspektin 

vüsət və miqyas ölçülərinin daralması kimi başa düşülməməlidir. 

Əksinə, konkret fərdilik və millilik, mənəvi tamlıq və bütövlük 

axtarışlarında, lirik “Mən”, hər  şeydən  əvvəl, yaşadığı dünya ilə 

əlaqələrinin, zamanla, tarixlə ünsiyyətinin sərhədlərini böyütməyə 

çalışır”[117, s.32]. 

“Yeni zirvələrə” (1971), “Ucalıq” (1973), “Doğmalıq” (1977) 

kitabları 70-ci illərdə çap olunmuşdur. Bu il- 

  

 



  


 

178


lərin əsərləri ideya-məzmun tutumu və bədii xüsusiyyətləri ilə daha 

kamil, müdrik nümunələrdir. Obyektiv hadisələri mənalandırma, 

onlara bədii qiymət və dəyər vermək meyarı, obyektə fəlsəfi, idraki 

və didaktik baxış 70-ci illər poeziyası üçün xarakterikdir. Bu 

baxımdan 70-ci illərin “Dünya” (B.Vahabzadə), “Hüseyn Cavid” 

(N.Həsənzadə), “Müdriklik” (M.Dilbazi), “Azərbaycan - dünyam 

mənim” (M.Araz), “Yaddaş” (F.Qoca), “Kök və budaq” (H.Arif) 

kimi  ədəbi nümunələrində  fəlsəfi dəyərləndirmə  və  məntiqi 

mühakimə təhlili bədii xüsusiyyətlərdəndir. X.R.Ulutürk lirik-epik 

üslubu ilə tarixin, zamanın hadisələrinə diqqət kəsilir, onları lirik-

psixoloji və analitik olaraq çözməyə xüsusi səy edir. 

Xəlil Rzanın beynəlmiləl əlaqələrə münasibətinin kökləri də 70-

ci illərin poeziyasındadır. “Şairlərimiz bir çox şeir və poemaları ilə 

qardaş respublikamızın həyatı ilə də oxucularını tanış etməyə ciddi 

səy göstərmişlər. Başqa sözlə desək,  şeirin coğrafi mühiti 

genişlənmiş, onda Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan

Türkmənistan, Dağıstan, Kabarda-Balkar, Latviya, Litva, Eston 

həyatı mövzuları da xüsusi bir mövzu - qardaş xalqlar həyatı 

mövzusu, arzusu, əməli bir olan xalqların həyatı mövzusu kimi 

mühüm yer tutmuşdur” [33, s.127]. Azərbaycan - özbək  ədəbi 

əlaqələri hər  şeydən  əvvəl X.R.Ulutürkün elmi-tədqiqat 

axtarışlarının predmetindən,  ədəbi  əlaqələrin qaynaqlarından 

doğmuşdur. Bu problemin öyrənilməsi ilə bağlı olaraq filologiya 

elmləri doktoru, prof. C.Nağıyeva “Azərbaycanda Nəvai” 

mövzusunda monoqrafiya çap etdirmişdir [145], filologiya elmləri 

doktoru X.R.Ulutürk isə, repressiya illərində Azərbaycandan 

Özbəkistana sürgün edilmiş görkəmli  ədəbiyyatşünas,  şair-

dramaturq və ictimai xadim Məqsud  Şeyxzadənin həyat və 

yaradıcılığından bəhs edən dissertasiya yazmışdır [203]. 

“İki mütəfəkkir sənətkar milli ədəbiyyatların vətən- 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə