Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə54/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   50   51   52   53   54   55   56   57   ...   131

 

169


biz öz yurdumuzun ləyaqətini,  şərəfini Babək, Koroğlu, Nəsimi 

kimi, M.Hüseynzadə kimi qoruyacağıq. Döyüşməyi və elə  şərəflə 

ölməyi bacaracağıq” (Yenə orada, 13 yanvar 1963, s.184-185) 

[318]. 


Şairin qardaşı  Məhəmməd Rza Xəlilbəyli həmin illəri 

xatırlayaraq yazmışdır: “1962-ci ildə böyük Sabirin 100 illik 

yubileyində Bakıda heykəlinin açılışı münasibətilə  çıxışına görə 

ömrünün sonuna kimi təqib edildi (Bu da bir səbəb idi, lakin birinci 

deyildi - Ə.Ə.). 1969-cu ildə institut müəllimliyindən 

kənarlaşdırılaraq partiya qurultaylarında və plenumlarında həmişə 

“milli məhdudluqda”, “obıvatellikdə” günahlandırılırdı. Azadlığı 

zərrə-zərrə, qram-qram istəmədiyi üçün əzablara, hədələrə, 

şantajlara məruz qaldı” [102]. 

Xalq yazıçısı  İ.Şıxlı yazmışdır: “Bütün bunlar Xəlil Rza 

məsləkinin, Xəlil Rza amalının poetik ifadəsinə görədir. Bütün 

bunlar Xəlil Rzanı böyük poeziya yoluna gətirib çıxarmışdır. Onun 

estetik qənaətini dəqiqləşdirmişdir. Böyük poeziyanı mütləq və 

mütləq xarakter sahibləri yarada bilərlər. Böyük xarakterlər isə 

birdən-birə göydən düşmür, insan fitrətindəki saflığın, qüdrətin və 

haqsevərlik duyğusunun zaman keçdikcə cəmiyyətdə öz antipodları 

ilə toqquşması və təslim edilməsi sayəsində başa gəlir. Bəli, məhz 

təslim edilməsi!” [285, s.6]. 

X.Rzanın təbiətində yaranan sərtlik və etirazlar ilkin olaraq

təbiətdən ruhuna işləyir, onu düşündürürdü. Lirik qəhrəman 

təbiətdən öyrənə-öyrənə, görüb götürə-götürə böyüyür. “Bir dəstə 

çiçək” (1961), “Şəlalə kimi” (1962), “Ürək qızıl gülə  bənzər” 

(1962) şeirlərində olduğu kimi: 

 

Şəlalə - dağların mərd övladıdır.  



Qır bütün sədləri! 

Şəlalə tək qır!  

İldırım - buludun, 

tufan dənizin, 

  



 

170


Cəsarət - ürəyin istedadıdır! 

(“Şəlalə kimi”)  

Lirik qəhrəman qürur və əzəməti də təbiət gözəlliklərindən alır 

(“Ən böyük səadət”. “Dağlara qalxıram”, “Bir dəstə çiçək”, 

“Sonsuz qüvvət”, “Çətin gün”):  



Fikrim - dağ qartalı,  

hissim - asiman. 

Elə bil dünyaya hökmdaram mən.  

İstəsəm, yapışıb bir sal qayadan  

Dağları ovcumda qaldırıram mən. 

(“Dağlara qalxıram”)  

Lirik qəhrəman öz müəyyənliyini hələ ki mücərrəd, ümumi 

ideyaların, etirazların ifadəsində görür. Özünü axtarışdan 

özünütəsdiqə doğru yol götürür:  



Bu dünyaya, 

bu xalqa verə bilsəm ömrümü,  

Bəşər səadətində görə bilsəm ömrümü, 

Zəhmətimlə sevinsə 

vurulduğum məmləkət,  

mənimçün ola bilməz 

bundan böyük səadət! 

(“Ən böyük səadət”)  

Şairin məhəbbət, qəhrəmanlıq və azadlıq ruhunun qaynağı da 

ata yurdu, ata ocağıdır. “Doğma ev” (1960), “Analar” (1960-61), 

“Mənim övladlarım” (1962), “Oğlum Təbrizə” (1964), “Anam 

ocaq qalayır” (1965), “Oğullar gərəkdir Azərbaycana” (1966), 

“Anam layla çalır” (1966), “Oyatmağa qıymaram” (1967), 

“Oğullarıma” (1967), “Atanın  şer dəftərindən” (1968), “Yatır gül 

balalarım” (1968), “Üzü nurlu anam mənim” (1969), “Qollarım 

üstündə” (1969), “Sərvətim” (1969) “Balalarım” (1970), “Gizli 

iftixar”, “Səadətim” (1970), “Rzam üçün”, “Ata ev tikir”, “Biz 

gəldi-gedərik, Vətən  əbədi” və başqaları  həmin mövzudadır. 

Məhəbbət, qəhrəmanlıq və azadlıq ruhunun qaynaqları 50-ci  

illərin  şeirlərindədir 



 

171


“Mənim ata yurdum, ata məskənim” (1957-58), “Ata işdən 

gələndə” (1958), “Zəfər çələngi” (1958), “Ata əlləri” (1959), 

“Sırıqlı” (1959), “Miras” (1959), “Ay ana, yanımda olaydın 

mənim” (1959). Nümunələrdə  əsas ideya yurd sevgisi, valideyn-

övlad məhəbbəti, Azərbaycana və dünyaya olan eşqdir. 

“Doğma ev” şeirində (1960) “təndirinin yanar daşına belə 

bağlanmış” lirik qəhrəman ata ocağından atəş alır, könlü mehr-

məhəbbətdən isinir, onun ürəyi daşında, torpağındadır, vətən 

hissinin qaynağı da oradadır. Lirik qəhrəmana görə dünyaya gedən 

bütün yollar öz başlanğıcını ata ocağından götürür: 



Dünyada heç səni anmayan varmı, 

Dolansın deyirəm boynuna qollar. 

Sənin astanandan başlanmayırmı 

Böyük dahilərin açdığı yollar? 

(“Doğma ev”)  

Lirik qəhrəman doğma evi tərənnüm etmir; onu ağ-qara, yaxşı-

pis, xeyir-şər, sevinc-kədər “rənglərində” tapır.  İctimai təzadların 

mənbəyini də doğma yurdda görür: 



Sən çox dinləmisən şerin səsini, 

Nəsibin gah sevinc, gah da ah olub. 

Sənin pəncərənin ağ pərdəsini 

Titrədən “Şur” olub, Çahargah olub. 

(“Doğma ev”)  

Lirik qəhrəmanın  nəzərində    məskunlaşdığı  ev yer kürəsinə 

qədər böyüyür; belə “böyümə” onun azadəlik ruhundan irəli gəlir: 

Lifti hey səslənən saraylar kimi, 

Nə olar deyilsən yüz mərtəbəli. 

Bu yer kürəsinin özü deyilmi, 

Sənin daş bünövrən, polad təməlin. 

(“Doğma ev”) 

“Analar”, “Anam layla çalır”, “Anam ocaq qalayır”, “Üzü nurlu 

anam mənim” şeirlərində lirik qəhrəman təf- 

  



 

172


silata varır, analar əhval-ruhiyyələrinə  qədər bədiiləşdirilir 

(inqilabçı, vətənpərvər, azadxah anası  və s.), “ata ocağında təkcə 

odun yox, həm də anaların od kimi yan-maları” mənalandırılır. 

Şair, lirik qəhrəman həmin anaları övlad istəyi ilə  tərənnüm edir; 

“dərdlərinin atəşi soyumadığından” da mütəəssir olur. Lakin həm 

də “sevinci dustaq olan” belə analar “kədərindəki azadlıqdan” 

təskinlik tapır. Şair müqəddəs ana kədərindən, Vətən dərdindən söz 

aça-aça, təzadlar aləmindən öz idealına, milli azadlığına boylamr. 

Lirik qəhrəmanın övladları da ata yurdundan, ata ocağından güc 

alır. “Oğlum Təbrizə”, “Mənim övladlarım” (1962), “Oğullarıma” 

əsərlərində övlada ata-ana məhəbbəti təsirli, yanğılı ifadə olunur 

(“Yatır gül balalarım”, “Oğullar gərəkdir Azərbaycana” (1966), 

“Oyatmağa qıymaram”, “Qollarımın üstündə” (1969), “Gizli 

iftixar”(1970): 



Körpə qığıldayır, körpə ağlayır, 

Ana layla deyir lap asta-asta. 

Sanki göy Xəzəri o varaqlayır 

Yellədir beşiyi dalğalar üstə. 

(“Oğullar gərəkdir Azərbaycana”) 

Özüm də bilmirəm sən necə gəldin? 

Yerdənmi, göydənmi tapmışam səni. 

Bəlkə də səni heç tale verməmiş, 

Taleyin əlindən qapmışam səni. 

(“Oğlum Təbrizə”)  

Şairin qəhrəmanı oğlundan ərənlik istəyir. “Arzusu, amalı üçün 

böyütdüyü övladına “səni döyüş üçün yaratmışam mən”, - deyir.-

Təsadüfi deyil ki, ata arzuları ruhunda tərbiyə olunmuş  oğul - 

Təbriz Xəlilbəyli Qarabağ uğruda döyüşlərdə qəhrəmanlıqla həlak 

olmuş, vətənini yaşatmaq üçün şəhid zirvəsinə ucalmışdır! [Bu 

barədə bax: 106] Belə şeirlərində Xəlil Rza bütünlükdə özünü ya-

şayır, o, mənzil şəraitinin çətinliklərindən söz açır, övlad- 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə