Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə52/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   48   49   50   51   52   53   54   55   ...   131

 

162


Gedirəm, əlimdə bayrağın, ay bahar! 

(“Bahar”)  

Təbiət gözəllikləri, lirik qəhrəmanı ehtizaza gətirir. O, 

zəriflikdən yoğrulur, duyğu və düşüncələri Azərbaycanın təbii 

gözəlliklərinə köklənir. “Şəlalə”, “Ürək qızıl gülə bənzər”, “Mənim 

tələbələrim”, “Dağlara qalxıram”, “Bağda xəzan düşüncələri”, 

“Ömrümdə Kür çayını bu rəngdə görməmişdim” (1962) və başqa 

təbiət  şeirləri eyni zamanda şair idealı üçün öyrənmək, görüb-

götürməkdir: 



Süzülür qar suyu qarın altından,  

Dupduru, tərtəmiz o sulara bax.  

Tərlan çolpasını qanadlandırıb  

Yuvadan çıxaran arzulara bax. 

(“Dağlara qalxıram”)  

Lirik qəhrəman zərifliyi təbiətdən öyrəndiyi kimi sərtliyi də 

ondan öyrənir: 

Mənəm bu dağların ilk hökmdarı,  

Yansın ildırımlar. 

Od tutub yansın.  

Suya çəkmək üçün od qılıncları  

Bulaqlar yanımda hazır dayansın. 

(“Dağlara qalxıram”)  

Şairin   lirik   qəhrəmanı      təbiət   hadisələrinə   estetik 

münasibət bildirir. Bu, əsasən, hissi idrakda, duyğu, davrayış, 

təsəvvür qaynağındadır. Doğrudan da, “lirik şeir insan aləminin, 

insan ehtirasının və  fəaliyyətinin miniatür mənzərəsidir.  Ən adi 

təsvir şeirleri, peyzaj lirikası belə menzərənin bədii inikasıdır” [62, 

s.13]:  

Nədir bu təlatüm, nədir bu tufan?  

Dağlarda iğtişaş qoparan mənəm.  

Babəki, Nəbini, qoç Koroğlunu  

Özüylə sabaha aparan mənəm. 

(“Dağlara qalxıram”)  

Lirik qəhrəmanın mənəvi-psixoloji hallarının kökü tə- 




 

163


biətdədir (“Ən böyük səadət”, (1964); “Dağlara qalxıram”, 1965). 

Mən ki kainatla qucaqlaşmışam,  

Deyin dağlarmıdır məni coşduran?  

Yoxsa, mənim arzum - diləklərimdir  

Bu qoca dağları cavanlaşdıran? 

(“Dağlara qalxıram”)  

Şairin lirik qəhrəmanı bəzən təbiət gözəlliklərini mətn boyunca 

mənalandırma yolu ilə gedir: 

Sən şəfəqlər şairi, rənglər bəstəkarısan,  

Fırçan büibüldür sənin, bahar nəğməkarısan  

Gözəlliyi pozulan bu qat-qarış dünyada  

gözəllik meyarısan 

(“Səttar Bəhlulzadəyə”)  

Lirik qəhrəman,  ideyaları  ilə    torpağın bar-bərəkəti arasında 

oxşarlıqlar arayır, sövti-təbii olaraq torpağı fikirlərinə tutalqa bilir: 

Nə gözəldir yağışın 

daş-kəsəyi deşməsi.  

Torpaq yağış təşnəsi, 

torpaq - günəş təşnəsi!  

Sən bir yağışdan sonra 

göyərən güllərə bax.  

Çinarlar göyə qalxar, 

buludları yararaq. 

(“Mənim tələbələrim”)  

Şairə, lirik qəhrəmana görə yağışların, güllərin qiyas edilmiş 

obrazı canlı heyatdır, insandır:  

Məsləkimin məşəli! 

Məramımın mayağı!  

Bu gün yağışlar yağır... 

Yaz nəfəsli yağışlar  

Yağışlar bu dünyaya 

Yeni həyat bağışlar. 

(“Mənim tələbələrim”) 



 

164


60-cı illərin  şeirlərində lirik qəhrəman onu əhatə edən ictimai 

mühitdən, təbiətdən öyrənir, onun varlığı  və estetik məzmunu 

təzadlarda müəyyənlik tapır. 70-ci illərin  əsərlərində lirik 

qəhrəman ictimai etiraz mövqeyində durur, əksliklərdən güc alır, 

bərkişir, mətinləşir. O, ictimai-siyasi təzadlar içərisindən məqam 

və  məramına doğru yol götürür. 80-ci illərin poeziyasında lirik 

qəhrəman milli xarakter, şəxsiyyət səviyyəsində yetkinləşir; yəni 

məqam və məram onu lirik-estetik qəhrəman səciyyəsindən çıxarıb 

milli öndər səviyyəcinə qaldırır. Buna görə də 80-ci illərin əsərləri 

məqam və məramın poeziyasıdır. 

60-cı illərin  əvvəllərindən başlayaraq Xəlil Rzanın 

yaradıcılığında vətəndaşlıq, vətənpərvərlik ideyaları gücləndikcə 

onunla hakim ideologiya, üstqurum arasında təzadlar da 

güclənmişdir. Mərkəzi Komitə  Xəlil Rzanı “nişangaha” almış, 

nəzarətə götürmüşdür.  Şair müsahibələrinin birində demişdir: 

“Lefortovo zindanı  əslində  mənim üçün 1969-cu ilin 3 ocaq 

(yanvar) günü başlanıb. Həmən gün APİ-yə, iş yerimə  gələndə 

gördüm ki, işdən azad edilməyim haqqında  əmr verilib. Anladım 

ki, işdən azad edilməyim... mənim fəaliyyətimi çoxdan bəri izləyən 

DTK-nın tələsidir. Tələbələrimə çox bağlı idim, onların hər birinin 

şəxsində Azərbaycanı düşdüyümüz fəlakətlərdən xilas edə biləcək 

qəhrəman görmək istəyirdim. Başlıca məqsədim onlara milli şüur 

enerjisi aşılamaqdır. DTK-ın maraqlandıran, həm də mənim bəzən 

tələbələri Yazarlar birliyinə, Natəvan klubuna, disputlara, yazıçılar 

ilə görüşə, filarmoniyaya, teatra aparmağım idi” [20]. 

X.Rza ona edilən haqsızlıqla əlaqədar olaraq 3 yanvar 1969-cu 

ildə Azərbaycan KP MK-nın katibi Cəfər Cəfərova  ərizə ilə 

müraciət etmişdir. Həmin ərizəni olduğu kimi təqdim edirik: 

“Sizə çoxdan məlumdur ki, Lenin adına APİ-nin rektoru uzun 

zamandan bəri MK-dan dönə-dönə, təkidlə edilən zənglərə görə, 

məni nəhayət, bu il yanvarın 3-də iş- 

  



 

165


dən azad etməyə  məcbur olmuşdur.  Əmr məşğələlərə guya 

vaxtında gəlmədiyim üçün verilmişdir. Munist yoldaşlardan bir 

çoxu bu hadisəyə irtica və siyasi dələduzluq kimi baxırlar. Şəxsən 

mən özüm bu fikrə o qədər də  şərik deyiləm. Görünür, müəyyən 

nöqsanlarım olub və bunlar sizin gözünüzdən yayınmayıb. Ancaq 

öz xalqım, partiyam və vicdanım qarşısında üzü ağ olmağım, on 

ildən bəri tələbələrimə candan bağlılığım, qarşılıqlı məhəbbətimiz, 

rüşvətxorlara, nadanlara, milli simasını itirmişlərə qarşı bircə santi 

belə güzəştə getmədən apardığımız mübarizə  və bundan doğan 

şəxsi ləyaqət duyğusu mənə böyük qüvvət verir. Yazı-pozu ilə 

məşğul olduğum üçün ruhdan düşməyə  əsla vaxtım yoxdur. Hər 

cür mənəvi, iqtisadi blokadaya dözürəm.  İnanın ki, qaz pulu, işıq 

pulu, ev kirayəsi vermək zərurəti olmasaydı, balalarım gündəlik 

ruzuya, duza, çörəyə, bir atımlıq çaya möhtac olmasaydı bu gün 

ağız açıb sizdən iş istəməzdim, son altı ayda dözdüyüm kimi yenə 

dözərdim. 

Mənim nöqsanlarımı yalnız təbiətimdə aramayın. Ümummilli 

gerilik həyatda, redaksiya və  nəşriyyatlarda rast gəldiyimiz 

karyerizm, namərdlik, bürokratlıq, canavarcasına qənimətçilik, 

kommunist bileti ilə maskalanmış quldarlıq münasibətləri ilə 

ideallarımızın təbiəti arasındakı kəskin təzadlar qaynar təbiətli saf 

adamların səbr kasasını doldura bilər. İnstitutda müəllim, professor 

heyəti, partiya təşkilatı  və  tələbələrin mənə  bəslədiyi etimadı 

qırmağa çalışmayın. Yenə dərs ilində işə başlamağım üçün günü bu 

gün qayğınızı əsirgəməyin. İnanın ki, mənim üçün tələbələrə dərs 

deməkdən böyük səadət yoxdur” (Şairin arxivindən. 3 yanvar 

1969-cu il) [318]. 

Xəlil Rza 60-cı illərdə “Ana dili” (“Laylam mənim nərəm 

mənim”), “ Məftillə sarınmış yaralar” (“ Apardı sellər Saranı”), 

“Dəlidağ” kimi əsərlərini yazmaqla ideoloji məsələlərə  bədii 

üsullarla müdaxilə etmiş, KP MK plenumları, Yazıçılar  İttifaqı 

Rəyasət Heyətinin tənqid ob- 

  

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə