Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə53/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   49   50   51   52   53   54   55   56   ...   131

 

166


yektinə çevrilmişdir. O, dissident olmaq həddinə  gəlmiş

mövqeyindən çəkinməmişdir

1

.  Şairin elmi-tarixi memuarlarında 



(gündəliklərində) həmin hadisələr olduğu kimi ifadəsini tapmışdır. 

Obyektivlik naminə 7 yanvar 1963-cü ildə MK-da təşkil olunmuş 

görüşdən fraqmentləri olduğu kimi veririk. Görüşdə xalq yazıçısı 

M.Hüseyn çıxış etmişdir. O demişdir: 

- Bəzi tənqidçilər həddən artıq sərt yazırlar.  Əsərlə  bırlikdə 

müəllifi də  qırmaclayırlar. Yaxşı ki, Nəzərli yoldaş buradadır, elə 

onun yanında deyirəm. Hüseyn Abbaszadənin  əsəri barədə 

buraxılan məqalə çox kobud idi. Düzdür, o əsəri tənqid eləmək lazımdır, 

ancaq elə yox. Tənqid həlim, mehriban, prinsipial olmalıdır. Tənqid gərək 

müəllifə kömək eləsin, onu şikəst eləməsin. 

Mehdi Hüseynin bu cümlələrindən sonra Axundov yoldaşın atdığı bir 

replika məni tərlətdi. 

V.Axundov:  Əgər müəllif tənqiddən nəticə  çıxarmırsa, bizim 

dediklərimizi saya salmırsa, Xəlil Rza kimi baş aparıb “Dəlidağ”  şeirini 

yazırsa, öz fikrinə qoşulub, “Yaşamaq istəyirəm” povestini çap etdirirsə, 

onda nə olsun? 

Etiraf edim ki, qabaqlar, xüsusən də keçən ilin aprel günlərində 

haqqımdakı  tənqidlərin gücləndiyi dövrdə adımın hər dəfə  çəkilməyi 

ürəyimdən bir tel qırardı. Qorxardım. Bu dəfə nədənsə heç bir qorxu hissi 

duymadım. Lakin deyəsən, alnım və gözlərimin altı tərləmişdi. 

M.İbrahimov, A.Gəraybəyli,  Ə.Kürçaylı  həmin görüşdə  çıxış etmiş, 

X.Rza  şeirinə  mənfi münasibət ifadə olunmuşdur. O da fasilə zamanı 

salonda V.Axundovla görüşmüş  və ona söz verməsini xahiş etmişdir. 

Katib X.Rzanı görəndə sözü belə olmuşdur:  İgidin adını  eşit, üzünü 

görmə... 

Xəlil Rzanın çıxışından: - Yoldaşlar, bir zamanlar vardı ki, - deyə sözə 

başladım, - burada oturanları bu divarlar sıxardı. Divarların zəhmindən 

insan tər tökərdi.  İndi isə  məclisimizdə xoş bir hava var. Bizi tənqid 

edirlər. Həm 

                                                 

 

1

 H.Ə.Əliyevm R.İbrahimbəyovun 60 illik yubileyinə  həsr olunmuş  tədbirdəki çaxışından. 



“Ədəbiyyat qəzeti”, 12 fevral 1999, N 6 (3131), MTN-nin yubiley tədbirindəki rəsmi çıxışından. “Xalq 

qəzeti”, 6 iyul 1997. N 146 (22542) 

  

 



 

167


də tənqiddən qorunmaq imkanı, öz qəlbimizdəkiləri demək imkanı 

verirlər. Mən bu imkan üçün, salondakı  təmiz hava üçün bu yeni 

ruhu yaradanlara təşəkkür edirəm. Siz bilirsiniz ki, “Ana dili” şeiri 

ilə  əlaqədar olaraq, 8 aydan çoxdur ki, mənim  ətrafımda tənqid 

davam edir. Mən bu barədə fikrimi Yazıçılar  İttifaqında açıq 

partiya iclasında bildirmişəm. Bir daha təkrar edirəm ki, mənim 

nəinki “Ana dili” şeirim, habelə, digər yazılarımda, hətta 

söhbətlərim və  hərəkətlərimdə kamala yetməmiş  cəhətlər çoxdur. 

Mən “Ana dili” şeirinin qüsurlu çıxdığını etiraf etdim. Niyə görə 

belə etdim. Ona görəmi ki, özümü qorumaq üçün heç bir vasitəm 

yox idi? Mən deyə bilməzdimmi ki, bu şeirim hələ neçe il bundan 

qabaq rus dilində  çıxıb. Mən deyə bilməzdimmi ki, şeiri yazanda 

birinci növbədə Lenin milli siyasətindən ilham almışam. Deyə 

bilməzdimmi ki, məndən hələ xeyli qabaq xalq şairi S.Vurğun 

“Yandırılan kitablar” şeirində Azərbaycan dili haqqında daha 

qüvvətli, daha kəsərli sözlər demişdir: 



Söylə sənmi xor baxırsan mənim ana dilimə? 

Dahilərə süd vermişdir Azərbaycan gözəli. 

Sənmi “türkə” “xər” deyirsən, ulusuma, elimə 

Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli.  

Dahilərə süd vermişdir Azərbaycan gözəli! Mən bu şeiri deyə 

bilməzdimmi? 

- Elə deyirsən ki. - Axundov yoldaşın bu replikası hamını 

güldürdü. 

Davam etdim: 

- Mən bu sözləri birinci dəfə burada deyirəm. Amma o vaxt 

demədim. Ona görə demədim ki, biz ana dili məsələsinə  və o 

cümlədən, hər hansı milli məsələyə yalnız Azərbaycan xalqının 

mənafeyi nöqteyi-nəzərindən, yalnız Azərbaycan miqyasinda olan 

bir məsələ kimi baxmamalıyıq. Nəzərdən qaçırmamalıyıq ki, 

dünyada iki system mövcuddur və bunların arasında mənəvi 

mübarizə gedir. Azərbaycan  şairinin ağzından çıxan hər bir sözü 

İran din- 

  



 

168


ləyir, Türkiyə dinləyir, Birləşmiş  Ştatlar dinləyir. Siyasi 

düşmənlərimiz SSRİ-nin üzərinə çirkab atmaq üçün hər cür alçaq 

vasitələrdən istifadə etməyə can atırlar. Onların əlinə heç bir kirli 

təbliğat vasitəsi verməmək üçün, məhz bunun üçün mən “Ana dili” 

şeiri ətrafındakı söhbətlərin mümkün qədər tez yatmasını istəyirəm. 

Əslində ana dili haqqında danışmaq ixtiyarını Lenin vermişdir, 

Lenin partiyası vermişdir. Bundan da böyük səadət olarmı ki, 

Azərbaycanda ana dilində istənilən qədər ali məktəb, orta məktəb, 

ibtidai məktəb, texnikum var. Bizim doğma dildə akademiyamız 

var. Siz bunu Arazdan üçcə addım o yana, doğma torpağımızın 

böyük parçası ilə müqayisə edin. Orada İran faşistlərinin 

Azərbaycan dilini məhv etmək yolunda necə  dəridən-qabıqdan 

çıxdıqlarını  təsəvvür edin. Məgər mən bunları görmürəmmi? 

Məgər mən görmürəmmi ki, Azərbaycana dair şəhər, kənd, çay, 

çəmən adlarını  dəyişdirənlər Acı çayı - Təlxrud, Qara çəməni -

Siyahçəmən, Salması - Şahpur, Xiyovu - Şeşkinşəhr,  Urmiyəni - 

Rizaiyyə adlandıranlar və bu təhqirlərə dözməyənləri 

cəzalandıranlar nə  qədər qatı irqçilik qanı ilə  zəhərlənmişlər” 

(Şairin arxivindən, 13 yanvar 1963-cü il tarixli gündəlikdən) [318]. 

X.Rza “Dəlidağ”  şeirinə görə  də  tənqidin hücumlarına məruz 

qalmışdır. Həmin şeirə münasibətini o, MK-da belə ifadə etmişdir: 

“ - Fitnəkarlar “Dəlidağ”  şeirini Sizə  gətirmiş  və pis yozmuşdur. 

İzn verin, həmin  şeirin bəzi parçalarını oxuyum. Məqsədimi 

aydınlaşdırım. Şeirimi oxudum. Bu şeiri sizə təqdim edən fitnəkar 

mənasını  yəqin belə yozur ki, Xəlil burada özünü tərənnüm edir. 

Tənqid şimşəklərinin, tufanlarının altında Dəlidağ kimidayandığını 

iddia edir. Lakin bu fikir nə  qədər yoxsuldur, kiçik və miskindir. 

Şeirin əsl ideyası genişdir... Əgər im-perialistlər bizim vətənimizə 

qarşı  əl qaldırmağa cəsarət etsələr, onda biz öz böyük 

ideallarımızın, böyük baharımızın yolunda Dəlidağ kimi vüqarla 

dayanacağıq. Onda 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə