Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə49/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   45   46   47   48   49   50   51   52   ...   131

 

152


 

“Mənim gözlərimdədir paytaxtımın vüqarı” deyən lirik 

qəhrəman Azərbaycandan güc  alır,  vüqarlanır.  O, keçmişimizlə, 

tariximizlə  vəhdətləşir, mənəvi təzad və varislik onu azadlıq 

hərəkatına doğru hazırlayır:  

Ürəyimin kədəri, 

  

ürəyimin qüruru – 

Al günəşin doğması, 

  

al günəşin qürubu.  

Qürurum, iftixarım 

  

boğur kədərimi.  

Mənə nişan verərək 

   

əsrlər dalındakı  

   

qızıl səhərlərimi,  

Boğur kədərimi! 

 

 

 

 

(“Əbədi məşəl”)  

Lirik qəhrəmanı yetişdirən ictimai-siyasi mühitdir: “Lənət 

dedim dövrana, nifrət dedim dövrə  mən!”. O, həqiqətlə yalanı, 

ədalətlə  ədalətsizliyi, haqla haqsızlığı özü 'üçün dərk etməyə 

çalışıx - təbiətdən öyrənir. Ondakı ahəngi, harmoniyanı cəmiyyətdə 

görmür - təzadlar təbii olaraq, lirik qəhrəmanda etiraz, inkar 

mövqeyi formalaşdırır. Prof. T.Hacıyevin qeyd etdiyi kimi, 

“şeriyyəti duymaq, təbiəti və  cəmiyyəti poetik mənalandırmaq 

üçün şair ürəyi ilə gördüyü kimi, ürəyi ilə eşidir də. Sərrast görmə 

qavrayışı  və  eşitmə rezonansları onun poeziya dünyasının 

rənglərini və melodiyasını torpaq günəş  şüalarını  və suyu udan 

kimi özündə  cəmləşdirir. Onların bərəkət məhsulu dil 

materiyasından və şeir şəklində oxucuya təqdim olunur. Bu təqdim 

olunan poeziyada oxucu və bədiilik adlandırılan psixoloji hadisə - 

tərənnümün sərəncamında olur” [92, s.65]. 

Lirik qəhrəmanda inam və  qətiyyətin başlanğıc götürdüyü 

mənbə əbədiyyətdir: 

Sən elə bilmə ki, köçdüyüm zaman  

Dünyadan bir yolluq köçəcəyəm mən. 



 

153


 Bir dəfə ölüncə, 

   

 

bəlkə min dəfə  

Ölümü tapdayıb keçəcəyəm mən! 

 

 

 

 

(“Həyat düşüncələri”) 

Sülh, demokratiya, milli-azadlıq uğrunda mübarizə  hərəkatı 

şairlərə  əhəmiyyətli mövzular verirdi. Həmin mövzularda milli 

istiqlalın, demokratik nailiyyətlərin qorunub-saxlanılması  və 

beynəlxalq imperializmin ifşası  əsas ideya idi. “Mübariz çağırış 

ruhu R.Rza, B.Vahabzadə, B.Azəroğlu, S.Tahir, Ə.Tudə, Ə.Kərim, 

N.Həsənzadə və başqa şairlərimizin poeziyasında diqqəti cəlb edir. 

Bey-nəlxalq mövzularda yazılan  şeirlərin mübarizlik ruhunu və 

təsir qüvvəsini artıran cəhət odur ki, şairlərimiz bu mövzunu çox 

geniş  mənada başa düşür, bütün dünyada milli azadhq hərəkatı 

məsələlərinə  nəzər salır, hər hansı bir ölkədə azadlıq uğrunda 

imperializmə qarşı aparılan mübarizəni bütün mütərəqqi 

bəşəriyyətin gələcək taleyi üçün mühüm hadisə kimi 

qiymətləndirir, xalqların azadlığı üçün canlarından keçən 

qəhrəmanları  tərənnüm edir, onların bədii obrazlarını yaradırlar” 

[4, s.87]. 

S.Vurğunun “Zəncinin arzuları”, “Avropa xatirələri”  şeirlər 

silsiləsinin ənənələri ilə başlayan beynəlxalq mövzu O.Sarıvəllinin 

“Sadəcə suallar”, “Ana”, “İqlimdən-iqlimə” silsiləsi, “Misirli 

qardaşlar”, R.Rzanın “Zənci balası Villi haqqında ballada”, “Si-

Au”, “İnqalesyo”, M.Dilbazinin “Əlcəzairli qız”, B.Vahabzadənin 

“Vyetnam balladası”, B.Azəroğlunun “Berlin”, “Sərhəd»”, “Eşidin 

dünyanın səsini”, “Elə  oğul istəyir Vətən”,  Ə.Cəmilin “Kuba 

vətənpərvərlərinə”, M.Arazın “Nobel mükafatı”, S.Tahirin “Yer 

kürəsi”, “Cavab versin tarix mənə”, C.Novruzun “Qərbi Berlin”, 

“Yox, Hitler ölməyib”, F.Qocanın “Salam, Vyetnam”, “Xose Risal, 

T.Bayramın “Los-Anceles matəmi”, P.Qəlbinurun “Ərəb qardaş”, 

“İçimin işığı”, Sabir Rüstəmxanlının “Bütövlük” və 

  

 

  




 

154


başqalarının  əsərləri Vyetnam, Kuba, Qrenada, Fələstin, Koreya 

xalqlarının həyatı ilə bağlı olsa da, milli şüuru ehtiva edən 

xüsusiyyətlərlə güclü idi. Həmin silsilədən Xəlil Rza Ulutürkün 

“Vətən, ya ölüm” (1960-62), “Afrikanın səsi” (1960), “Vyetnam”, 

“Vətən, ya ölüm”, “Prezident kabinəsi”, “Qrenada, Qrenada”, 

“Rədd olun Vyetnamdan, ey qəsbkarlar” (1966-68), “Sofiyada 

festifal”, “Qəzəb marşı”  əsərləri də diqqəti cəlb edirdi. 

O.Sarıvəllinin “Sadəcə suallar” əsərində koreyalıların 

istiqlaliyyətini qoruyub saxlamaq mübarizəsi ifadə olunurdusa, 

X.R.Ulutürkün “Qəzəb marşı”nda Vyetnam xalqının beynəlxalq 

imperializmə qarşı mübarizəsi və onu ifşa başlıca bədii keyfiyyət 

idi. 


Asiya, Afrika xalqları oyanmışdır. Milli şüur və özünüdərk 

onları  məfkurə  uğrunda mübarizəyə qaldırmışdır. Dünyanın 

azadlıq  şairləri müstəmləkəçiliyə, beynəlxalq imperializmin 

işğalçılıq siyasətinə  qəti etiraz edirlər. Amerikanın sənət adamları 

Koren Lindsey, Georqakas, - Robert Blay, Olqa Kibrek, Davud 

Reyn və başqaları xalqlara qarşı yönəlmiş cinayətlərə etiraz edir, 

müstəmləkəçiliyi pisləyirlər. Amerikanın Uoll-strit küçəsini etiraz 

dalğaları bürüyür, tələbələr hərbi nazirlikdə biletlərini cırır, 

oğulları Vyetnamda həlak olmuş analar, rahatlıq is-təyən sadə 

amerikalılar “Ağ Evin qapılarını  lərzəyə  gətirir, Pentaqona 

tüpürürlər. Bu qəzəbin qarşısında Vaşinqton dayana bilmir, buna 

görə  də “polislərin ilanvari dəyənəyi, gürzə gözlü süngüləri, qazı 

və  zəhərləri” işə düşür. Fatehlər və  qəsbkarlar hər cür azadlığı 

yerində boğmağa çalışırlar. 

Vyetnamda gedən döyüşlər neçə-neçə amerikan əsgərini ölümə 

aparır, “hər tabut öz anasını taparaq, onların ağ geyimli libaslarını 

qaraya döndərir”. Hər bir Vyetnam əsgəri məsləkindən dönmür, 

illərlə mübarizə aparıb, azadlıq tələb edir. X.R.Ulutürk “Vyetnam”, 

“Vyetnam qızı Xanoy bala” şeirlərində eyni ideya motivlərini oriji- 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə