Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə47/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   43   44   45   46   47   48   49   50   ...   131

 

145


   

 

 Nur və büllur Azərbaycan!  

Dar: gözlərin görmədiyi 

   

 

Tamam yeni Azərbaycan!  

Varlığımda od yerinə 

   

 

gəzən qanım Azərbaycan!  

Acgözlərə, zalimlərə 

   

 

yağı, qənim Azərbaycan!  

Ey yol kəsən, çəkil, rədd o l! 

   

 

Açır yolu Azərbaycan!  

Böyük, ulu Azərbaycan!  

Mənim canım kibi dəli, 

   

 

Dəli-dolu Azərbaycan!  

Köhlənimə çata bilər kimin atı 

   

 

Gözlərimdə ulduzlanır Azərbaycan  

 

  kainatı!  

Şair yeni zəmanənin, təzə dünyanın doğuşunda xalqla şəxsiyyət, 

sənətkarla xalq arasında tamliq, vəhdet təsəvvür edir: 

Qupquru zoğlar içindən 

   

 

qalxır cavan Azərbaycan!  

   

 

yaşıl fidan Azərbaycan!  

Sən mənə bax, ora baxma, ey yarımcan!  

   

 

Mən özüməm yeni era,  

 

  tamam 

yeni 

Azərbaycan!  

Xəlil Rza Ulutürkün poetik təfəkküründə milli özünüdərklə 

bağlı ideya-fikir qaynaqları zəngindir. Biz bütün bunların 

təfərrüatlarına varmadıq, önəmli görünən xüsusiyyətlər üzərində 

dayandıq. Məqsəd şairin yaradıcılığındakı  milli şüur,  məfkurə,  

türkçülük,  azərbaycançılıq, xalqçılıq, vətənçilik ideyalarını 

aşkarlamaq və onların tarixi əhəmiyyətini göstərmək olmuşdur. 

Xəlil Rza Ulutürkün adı Azərbaycanın milli azadlıq hərəkatı 

tarixi ilə möhkəm bağlıdır. Həmin hərəkatın bədii ifadəsi onun 

yaradıcılığında da güclüdür. Xəlil Rza poeziyası birdən-birə 

kamala dolmamış, çətin təkamül yolu keçmişdir.  

 



 

146


Bu səbəblən də  sənətkarın yaradıcılığında ictimai-siyasi lirikanın 

keçib gəldiyi yola və poetik xüsusiyyətlərə diqqət yetirmək zərurəti 

vardır. 

  



 

147


II FƏSİL 

SAİRİN POEZİYASINDA MİLLİ AZADLIQ 

HƏRƏKATININ ƏKSİ 

 

2.1. İctimai-siyasi lirikasının təkamülü və fərdi 

müəyyənlik xüsüsiyyətləri 

 

Xəlil Rza bədii yaradıcılığa XX əsrin 40-cı illərinin sonlarından 



başlamışdır.  Şairin arxiv sənədlərində ilk mətbu  əsəri 1948-ci il, 

“Kitab”  şeiri (“Pioner>” qəzeti) göstərilir; Lakin həmin ildə 

“Pioner” qəzetində şairin “Abşeron” şeiri dərc edilrnişdir. Şair 50-

ci illərdə “Qatar gedir” (1951), “Budapeştdə heykəl” (1951), 

“Müqəddəs yol” (1952), “Böyük günlər bayramı” (1953), 

“Radionu dinlərkən” (1954), “Həyat düşüncələri” (1954) şeirlərini 

yazmışdir. Həmin nümunələrdə patetik intonasiya (xitablar, 

emfatik vurğular) güclü olub, obrazlılıq, obyektə psixoloji 

münasibət azlıq təşkil edir. “Şərqin gozləri” (1956), “Şairin 

cavabı” (1956), “Bəzənin, a qızlar”(1961), “Böyük günlər 

bayramı” kimi ictimai-siyasi şeirlərdə  ənənəvi motivler, emfatik-

məntiqi vurğular, III şexslə bağlı olan münasibətli, məsnəvi 

üzərində qurulan epik-lirik tehkiyə görünən xüsüsiyyətlərdir. 

60-cı illərdə dünyada baş verən ictimai-siyasi hadisələr, azadlıq 

hərəkatları milli ədəbiyyatlara xəlqi-bəşəri dəyərlər gətirmiş, 

poeziyada bədii keyfiyyət dəyişiklikləri doğurmuşdu. “Altmışıncı 

illərin  şeirlərində üslub polifonizmi xüsusilə diqqəti cəlb edirdi. 

Fərdi üslublar get-gedə püxtələşir, poeziyada rəngarənglik 

yaradırdı... Zamanın yeni inkişaf meyllərini, onun aparıcı 

tendensiyalarını da altmışıncı illərdə yazıb-yaradan  şairlər eyni 

üsulla qəbul edə bilməzdilər” [317, s,6]. Xəlil Rzanın “Mən”i daha 

tez”«özümləşdi”; Xəlil Rza Afrika, Amerika, Avropa hadisələrinə 

üz tutanda daha çox milli “Mən”ini,  şüur və  məfkurəsini 

düşünmüşdür. Günün adilikləri mövzüsünda 

  

 



 

148


yazılmış  şeirlərdə belə ictimai (siyasi) məzmun və  məna özünü 

ciddi təzahür etdirmişdir, 60-cı illərdə yazılmış “Mərmi” (M.Araz), 

“Soyuq olun, insanlar”, “Hind masalı” (R.Rza), “Bizim əsr”, 

“Qorunun” (C.Novruz), “Raketlər keçir” (N.Həsənzadə), “Şim-

sim, qapını aç” (S.Rüstəmxanlı), “Tapılmaz” (M.İsmayıl), “Daşa 

düşər” (F.Qoca), “Fikir qanadlarım” (B.Vahabzadə) və 

başqalarında ictimai-şiyasi ideya-məzmun qabarıq əks olunmuşdur. 

60-çı illərin poetik axtarışları X.Rza idealının mənbələrini 

əsasən aydınlaşdırmış, türkçülük, Vətənçilik, azadlıq, istiqlalçılıq 

ideyalarını  təzahür etdirmişdir. “Atrikanın səsi” (1960) (sonralar 

“Şairin  şəsi”, “Azərbaycanın səsi”, “Xalqımın səsi”, “Mənim 

səsim”)  şeirində azadlıq ideyasının məna, tutumu, onun poetik 

intonasiyası, ifadə vasitələri, bəşəri “Mən” güclü inikas 

olunmuşdur,  



Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,  

Qolumdakı zəncirləri qıram gərək,   

   

 

 

Qıraml   

   

 

 

 

Qıram!  

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi  

İstəyirəm Səma kimi

  

Günəs kimi, 

 

   Cahan 

kimi! 

 

Çəkil!  

   

Çəkil, ey qəsbkar! 

   

 

Mən bu əsrin gur səsiyəm!  

Gərək deyil sısqa bulaq! 

   

 

Mən ümmanlar təşnəsiyəm!  

Lirik qəhrəman  əzmi, qətiyyəti, inam və mübarizəsi, dünya, 

günəş,  şəma boyda olan Azadlıq idealı ilə  Xəlil Rza poeziyasına 

bəşəri məzmun gətirmişdir. B.Vahabzadə  təsadüfi yazmırdı ki, 

“Afrikanın  şəsi” adlı  yığcam bir şeirdə yalnız Afrika xalqlarının 

deyil, öz azadlığı  və istiqlalı  uğrunda ayağa qalxan və 

müştəmləkəçiliy fa- 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə