Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə43/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   39   40   41   42   43   44   45   46   ...   131

 

133


dələrin rəsmi təsir dairəsinə düşəndə milli ruhu öz şəxsi həyatı 

bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da 

olsa, yaşadan və bir əmanət kimi nəsillərə ötürən həmin böyük 

ziyalılar estafeti öz əllerinə almalı olurlar [105, s.70]. Öz idealı 

uğrunda ayağa qalxan ziyalılar ordusu içərisində Xəlil Xza Ulutürk 

istiqlal şairləri -Məhəmməd Hadi, Əhməd Cavad kimi tarixi önəm 

kəsb etmişdir. Bu üç böyük istiqlal şairi fəaliyyətləri ilə milli 

idealda sonucu - tarixi Vətənçiliyi, Turançılığı, yaxın məqsəd kimi 

Azərbaycan müstəqilliyini, azərbaycançılığı təcəssüm etdirmişlər. 

X.R.Ulutürkün milli idealında azərbaycançılıq - Azərbaycanın 

taleyi və idealları ilə möhkəm bağlıdır. Vətənin, xalqın taleyi ilə 

bağlı problemlər tarixlə, cəmiyyətin inkişafı ilə müvazi inikas 

olunmuşdur. Sənətkarın poeziyasında vətənin, xalqın ümumiləşmiş 

obrazı  zəngin mənbələrlə, qaynaqlarla müşayət olunmuşdur. Bu, 

əslində fonetik qabıqdan tutmuş söz-ad, ideya, məqsəd, məzmun və 

məna, arzu, istək, məslək və  əqidə, məfkurə kimi müxtəlifdəki 

birliyi çevrələyir. Bunlardan qabarıq inikas etdirilənlər, dil, tarix, 

ənəne, psixologiya və mənəviyyat problemləri ilə bağlıdır. 

Azərbaycan, vetən, xalq anlayışlarının bədii ifadəsi Xəlil 

Rzanın 50-ci illər şeirlərindən görünməyə başlamışdır. 60-cı illərin 

şeirlerində ideya-estetik məzmun genişləndirilmişdir. 70-ci illərin 

əsərlərində lirik polifoniya, ideya-bədii mündəricə daha da 

zənginləşmişdir. Həmin tarixi-estetik anlayışlar (dil, tarixi reallıq, 

ənənə, psixologiya, mənəviyyat) 80-ci illərin  şeirlərində vüsətli 

bədii siqlətilə seçilmişdir. Həmin illərdən başlayaraq, lirik “Mən” 

milli “Mən”ə doğru təkamüldə olmuş, 80-90-cı illərin  əsərlərində 

milli xarakter, tarixi-bədii şəxsiyyət müəyyənliyi kəsb etmişdir. 

50-ci illərdə yazılmış “Bizim doğma təbiət” (1959) şeirində 

“Azərbaycan”, “Vətən” və “Xalq” sözləri təbiə- 

 

  




 

134


tə münasibətdə şairin fərdi şüurunu ülfət, istək, niyyət duyğuları ilə 

qidalandırmışdır. Xəlil Rzanın arzuları poetik obrazlarda, ritorik 

halda ifadə olunmuşlar: 

Mənə ildırım ver qələm yerinə, 

Dəftərim Muğanın sinəsi olsun. 

Bəşər dəryasında Azərbaycanın 

Ən güclü səadət ləpəsi olsun. 

 

 

 

 

(“Bizim doğma təbiət”)  

60-cı illərin  əsərləri “Afrikanın səsi” (1960) şeiri ilə başlayır. 

Əsər Azərbaycan gerçəkliyi üçün epiqraf, proloq təsiri bağışlayır. 

Şeir “Afrikanın səsi” adlandırılsa da, əslində mövcud “Mən” 

özünüdərkinin ümumi ifadəsidir. Bədii nümunədə “azadlıq” 

ideyası patetik intonasiyada bəşəri dəyər,və  məzmunda inkişaf 

etdirilmişdir.  Əsərdə konkret milli “Mən” və azadlıq məramı 

yoxdur, mücərrəd, bəşəri azadlığın ifadəsi vardır. Təsadüfi deyil ki, 

şair sonrakı kitablarında bu şeiri “Mənim səsim”, “Şairin səsi” kimi 

təqdim etmişdir. 

“Mənim tələbələrim” (1964) şeirində  Xəlil Rza tələbələrinə 

müraciətində Azərbaycana, varlığa yaxınlaşır; o, vətənə 

xidmətlərini hələ ki, arzularında, diləklərində görür, Azərbaycan 

ümumi, mücərrəd, ritorik tərənnümdə duyulur: 



Gedin... gedişin izlə 

   

 

təbiət gəlsin cana 

Sizi gül toxumu tək 

   

 

öz əlimlə səpirəm 

Arzu yağışlarında çimən Azərbaycana.  

“Meyar” (1962), “Əyilmə” (1967) şeirlerində Azərbaycan 

(Vətən və xalq) anlayışları  fərdi  şüurda ona sevgi kimi təzahür 

edir: 


Tutaq ki, var istedadın, 

İlhamın da, 

Biliyin də. 

Rədd oll İtil gözlərimdən 

 



 

135


Əgər yoxsa Vətən eşqi  

Sümüyündə, iliyində. 

(“Vətən eşqi”) 

60-cı illərin şeirlərində (1960-64) vətən düşüncələri, xalq, vətən 

müəyyənliyi yalnız poetik obrazlarda: müqayisələrdə, təşbeh və 

metaforalarda, təsvir və tərənnüm lirikasında təzahür etmişdir. Bu 

şeirlərdə xalqın aydın, konkret, birbaşa bədii doğuşu, həyat və 

mənəviyyat aləmi, estetik idealı  hələ görünmür. Xalqın, vətənin 

ifadəsi mecazlar şəklində müəyyənləşir: 

Bir Muğam zilidir - ox çinarların,  

Mehdəyən budaqlar - incə kamanım  

Sən - Zərdüşt zəkalı, 

Babək baxışlı,  

Üzeyir nəfəsli Azərbaycanım! 

 

 

 

(“Vətən düşüncələri”)  

Yaxud:  


Kəpəzin vulkanı sönmüşdür demə,  

Külünün altında közlər yaşadır.  

Kəpəz - Vətənimin bir dağ üzüyü  

Maralgölü - onun zümrüd qaşıdır. 

 

 

 

(“Vətən düşüncələri”)  

Azərbaycan - vətən və xalq təsvirlərdə, psixologiya və 

mənəviyyat rənglərində predmetli əksini tapmır, motiv, duyğu 

halında görünür: 



Təkcə pardaqlanmış qızılgülün yox,  

Toxumun, tərlanın, boz çınqılın da  

Nəbzimdən nəbzimə od, alov gərək.  

Azərbaycanıma məhəbbətimdir  

Hər bir hüceyrəmdə çırpınan ürək!  

50-80-ci illərin  əsərlərində Azərbaycan ideyası (dil və reallıq) 

tərənnüm, vəsf, etiraf, qənaət halında üzə çıxır. “Tamam doğmayan 

günəş” (1962), “Vətən”  şeirlərində milli-mənəvi dəyər torpağa 

vətəndaş kimi yiyə, sahib olmaqdır. Vətəndaşı yetişməyən 

məmləkətdə vətənçilikdən 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə