Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə39/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   35   36   37   38   39   40   41   42   ...   131

 

121


mətsiz edənlər, “bu müti qullar, kənizlər, fər önünə  sədd çəkən 

fərsizlər, gözü aclar, acizlər, ləin, yava, baş  kəsənlərdir” (“Açıq 

konuşma”, 1985). “Diz qoyuban ədlin, haqqın boğazına çökənlər” 

(“Məzar keşikçisi”, 1985) olsa da, “xalqı azdı-ranlara xalqın 

tüpürməyi də var” (“Sağlıq dilərəm sənə”, 1987). Şair qəti bildirir, 

“nə  qədər ki, diriyəm, canım var hələ canda xalq qarşısına sədd 

çəkənləri bütün Azərbaycanda rüsvay edəcəyəm” (“Vəzifə ölüsü”, 

1987). Çünki onlar “Vətəni dərdlər, qəmlər kələfinə 

döndərənlərdir” (“Qəzəbliyəm”). 

Böyük sənətkar xalqı, Vətəni dərdlər, qəmlər kələfi hesab edir. 

O, “Şair ömrü” (1985) şeirində  dərd fəlsəfi dərkinin siyasi, 

mənəvi-psixoloji əsaslarına bədii münasibət bildirir, bütün bunları 

orijinal üslub xüsusiyyətləri ilə oxucunun nəzərinə çatdırır.  Şairin 

baxışlarında vətən dərdlər kələfidir ona görə ki, vətənbazlar 

hərisliklə “Azərbaycan” qışqırmağa güc verirlər. Vətən dərdlər 

kələfidir ona görə ki, ruhu qısır, qəlbi yoxsul olub, maddi zənginlər 

dağ başına qaldırılır, sadəlövhlərin çiçək və alqışlarına qərq edilir. 

Vətən dərdlər kələfidir ona görə ki, nur zülmətlə  pəncələşdiyi 

məqamlarda neçə-neçə mikromühitlər “qorxu” yaşadırlar. 

Xəlil Rza fikirlərini, psixoloji düşüncələrini təzadlar üzərində 

inkişaf etdirir. Göstərir ki, saysız-hesabsız cib kəsənlər, iş kəsənlər 

milyon-milyon manatlarla rüşvət udduqları, caniləri, cinayətkarları 

“bəslədikləri”, azadlığa buraxdıqları, xalq mahnı, mülkiyyətini 

talan etdikləri halda, özləri “balıq tutan bir kəndçiyə” iş  kəsirlər. 

Şair sosial təbəqələrin hamısına diqqət yetirir, yalnız idarəetmə 

orqanlarında yox, həm də ziyalı, alim mühitində belə özünü 

göstərən naqisliklərə də işıq tutur: 

Vətən-dərdlər kələfidir, 

yarı satqın, yarı nadan 

Alimlərə öyüd verir 

utanmadan tribunadan 

Vətən döyüş meydanıdır, 

bacarırsan köksünü gər. 

 



 

122


Medallanmış bir ağciyər  

macal versən igidlikdən  

Sənə əxlaq dərsi deyər. 

 

 

 

(“Şair ömrü”)  

Əsərdə sosial münasibətlər, təzadlar içərisindən sənətkar obrazı 

da canlanır, onun sosial-siyasi mövqeyi fərdiləşir.  Şair hakim 

orqanlar qarşısında bəzən aciz olduğunu,  şəxsiyyət və ziyalının 

hakimiyyətdən, zordan aşağı dayandığını etiraf edir:  

Vətən dərdlər kələfidir,  

Şair Vətən dağlarını  

Sağ çiynindən sol çiyninə alan qeyrət!  

Uçurumdan zirvələrə  

dartıb çəkə bilməyəndə  

bir azca pərt.  

X.R.Ulutürkün 80-ci illərdəki əsərləri içərisində “Xalq qüdrəti” 

(1986),   “Silahlan”   (1988),   “Gəlir  böyük  Azərbaycan” (1986-

90), “Yaşasın Xalq Cəbhəsi” (1989), “Davam edir 37” şeirləri 

özünün ideya-məzmun və tərənnüm ladlarına görə diqqəti daha çox 

cəlb edir. “Xalq qüdrəti”  şeirində  sənətkar xalqın mənəvi 

tərcümanı kimi görünür. Onun qüdrəti  şair qüruru ilə 

dəyərləndirilir: 



Mən həmin gün inandım qüdrətinə xalqımın,  

Xalq qasırğa, önündə çör-çöp dayana bilməz.  

Heyran qaldım yenilməz vəhdətinə xalqımın,  

Ehkamları kül eylər bu ehtiras, bu nəfəs. 

 

 

 

 

 

(“Xalq qüdrəti”)  

Xələl Rza xalq qüdrətinin bütün təsisatlardan  əzmli, dəyanətli 

olduğunun psixoloji-mənəvi əsasını siqətli əks etdirir: 

Xalq-qasırğa. Önündə heç nə dayana bilməz,  

Hökumət də özüdür, partiya da, dövlət də.  

İçəridən nurlusa, baş heç kəsə əyilməz,  

Ümmanlardan ləngərli qeyrət yaşar fitrətdə. 

 

 

 

 

 

(“Xalq qüdrəti”)  

“Xalq iradəsi” şeirində həmin ideya-məzmunu davam etdi- 




 

123


rən sənətkar həm də xalq, millət varlığının tarixi-psixoloji 

kökldərinə qürurlu, təntənəli, intonasiyalı münasibət bildirir. 

Əsərdə xalq sonsuz güc, qüdrət mənbəyidir; yer gücü qasırğasa, sel 

gücü qaynar ümmansa, el gücü qasırğa və okeandan da güclüdür. 

Xalq ağı qaradan, haqqı nahaqdan, həqiqəti yalandan seçə bilir, 

“kəsafəti söküb-tökə bilirsə”, gözəlliyi də qurub-yaradır. Hər bir 

insan taleyi və arzusunun gətirdiyi ahkədər, əslində xalq əlində bir 

qılınc misalıdır. Göz yaşına tab etməyən xalq əslində hakimiyyət 

qərarlarına, boş şüarlara, təbliğatbazlara təslim olmur. 

Xəlil Rza əsrin 80-ci illərini, bu illərin xalq qüdrətini bəşər 

tarixində işıqlı mərhələ hesab edir. O, bədii fikri siyasi baxışlarına 

doğru yönəldir. Bu baxışda üç yüz min Azəri türkünü pərən-pərən 

salmış kor xəyanətlər - imperiya siyasətləri pislənir və onun 

ideoloqları hədələnir. “Satqınların arxasından təpəcəkdir qəzəb seli 

coşan millət” - deyib fikirlərinə N.Hikmət ideyalarını dəstək tutur. 

Özünü xalq, millət içərisində “köləliyi alt-üst edən bir azadlıq 

məşəli” bilən tribun sənətkar yeri gəldikcə xalq və millətə 

münasibətdə özünə  də  işıq tutur; göz yaşlarını boğa-boğa fərəhli, 

nəşəli olan sənətkarın lirik ricətli, əzəmətli, müraciətli, münasibətli 

nidalarında “xalq” ifadəsi xüsusi, emfatik vurğularda, təsirli və 

obrazlı görünür, epiforaların yaratdığı danışıq intonasiyasında xalq 

məfhumunun qüdrəti, məna və mahiyyəti məqam və məramlı təsir 

bağışlayır: 

Yaşa, var ol, ey Kazbekdən, Savalandan uca Xalqım! 

Bənövdə tək daim cavan, dağlar qədər qoca Xalqım! 

Rəzillərin, qatillərin axırına çıxan Xalqım! 

Hətta düsmən balasını ürəyinə sıxan Xalqım! 

Yaşa, var ol! 

Bəxtiyar ol! 

Ehkamlara, meydanlara sığışmayan mənim Xalqım! 

Rəzalətə, əsarətə, hər zillətə qənim Xalqım! 

 

 

 

 

 

 

(“Xalq iradəsi”) 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə