Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə37/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   33   34   35   36   37   38   39   40   ...   131

 

115


Ümid alışanda, tutuşub yananda şair doğma səsi, dili deyil, 

“ruhu candan aparan yad dilli bir marş dinləyir: “...Ey şəhid, ey 

şəhid. Xuni tu iftixar...”; öz dərdləri ilə Təbrizi danışdırır. 

Sənətkarın üsyankar ruhu, Vətəni bütöv görmək təşnəliyi qəlbi 

riqqətə gətirir və damarda qanı coşdurur:  

Fəxr edim ki, o tayda həm güclüyəm, həm mətin,  

Mən də bir övladıyam üzü ağ bir millətin!  

Səsin gəlsin, Təbrizim, öz avazın, öz səsin!  

Yandırsın daş qəfəsi, söksün beton məhbəsi.  

Haqq, ədalət uğrunda alov - tutan nəfəsin!  

Bərkdən danış, əzizim, səsinin möhtacıyam.  

Yurdu vahid görməyin, yurdu xoşbəxt görməyin  

 

 

 

 

 

təşnəsiyəm, acıyam! 

 

 

 

 

 

(“Səsin gəlsin, Təbrizim”)  

“Xudafərin körpüsü” (1980) əsərinin mövzusu iki sahili 

birləşdirən tarixi körpünün rəmzi mənası ilə bağlıdır.  Əslində 

Xudafərin şeirdə bütövlüyün təcəssümü, şair ideyasını əks etdirən 

vasitədir. Körpü xəyalları uzaq zamanlara, tarixi keçmişlərə 

uçurmuşdur. Sənətkar xatırlayır ki, “bu körpü Naxçıvanı  Təbrizə 

bağlayıb”. Xatırlayır ki: 

Bu körpünün üstündən dövranlar gəlib keçib,  

Su axtaran marallar, ceyranlar gəlib keçib.  

Zınqırovlu, ovsarlı karvanlar gəlib keçib. 

 

 

 

 

 

(“Xudafərin körpüsü”) 

Şair ona görə qəzəblidir ki, “Qıfıllanmış qapısı, körpünün yolu 

bağlıdır”. Müəllif ideyanı, ümid və inamını ifadə etmək üçün 

eyhama, mənaya əl atır və məramını vurğulayır: 



Cahanda hər abidə gözəl bir iş üçündür.  

Körpülər çay üstündə gediş-gəliş üçündür. 

 

 

 

 

 

(“Xudafərin körpüsü”) 

X.R.Ulutürk Azərbaycanın milli birliyini, ərazi bütövlüyünü 

yorulmadan,  usanmadan təbliğ etmişdir. Həmin 

  



 

116


təbliğat və  səfərbərlik lirik təsvirdə, lirik-epik təhkiyədə görünür. 

Şair adi lirik mövzulara yanaşanda belə xalq taleyini, milli idealı 

əsas tutur, nikbin tərənnümlə oxucuya həyat eşqi, mübarizə ruhu, 

gələcəyə inam aşılayır, inam təlqin edir: 



Böyük vəhdətdədir şairin canı,  

Şad günə xəstəhal gəlməyəcəyəm.  

Birləşdirməyincə Azərbaycanı,  

Yüz il yaşasam da ölməyəcəyəm! 

 

 

 

 

(“Yaşasın həyat”) 

Xəlil Rza Ulutürkün Cənub (Güney) şeirləri, milli ideallarla

Vətən taleyi ilə  aşılanmış alovlu nəğmələrdir. Həmin  əsərlərin 

qanı, vicdanı, oyadış ruhu çox güclüdür. Bu ruh vətəndaş  qəlbini 

həmişə narahat etmiş və onu milli mübarizələrə səfərbərliyə doğru 

daha çox səsləmişdir. 

Xalqçılıq da X.Rzanın yaradıcılıq məfkurəsidir. X.R.Ulutürkün 

xalqçılıq baxışlarından danışmaq XIX əsr rus inqilabçı-

xalqçılığından və ya Avropada mövcud olmuş xalqçılıq tipindən 

danışmaq demək deyil. 

Rus xalqçılıq tipi Azərbaycanda bilavasitə olmamışdır. Qərb və 

Şərq mədəniyyətlərinin sintezi olan xalq maarifçiliyi olmuşdur ki, 

bu da XIX əsrin 30-cu illəri və sonrakı dövrə aiddir. A.Bakıxanov, 

M.Ş.Vazeh,  İ.Qutqaşınlı, H.Zərdabi, N.Vəzirov, M.F.Axundzadə, 

S.Ə.Şirvani, N.Nərimanov və başqaları xalq içərisinə inqilabçılığı 

yox, maarifçiliyi aparmışlar. 

Xəlil Rzanın xalqçılığı azərbaycançılığın, vətənçiliyin tərkib 

hissəsidir. Yəni Azərbaycan Vətəni yalnız azərbaycanlıların yox, 

həm də onlarla birgə qeyri-azərbaycanlılarındır. 

Sənətkarın ideya və baxışlarında Azərbaycan  ərazisində 

yaşayan başqa etnik qruplara, azsaylı xalqlara hörmətlə yanaşılmış, 

xalqın bütövlüyünə  zərbə vuran sadvalçılıq, talışçılıq, ləzgiçilik 

kimi “xətti-hərəkatlar” ciddi surətdə pislənmişdir.  Şairin 

vətənçiliyində yalnız Azərbaycanın mənəvi birliyi ifadə 

olunmuşdur. Respublikada rus-erməni şovinizminin təsiri ilə 

  



 

117


"Ləzgistan" problemi qaldırılanda onun əleyhinə  səsini ilkin 

qaldıranlardan biri X.R.Ulutürk idi. Talış-Muğan Respublikasının 

yaradılması - 1918-ci ildə  əsası qoyulmuş bu mənfur ideyanın 

(siyasətin) 1988-ci ildə yenidən dirçəldilməsi əleyhinə səsini ilkin 

qaldıranlardan biri yenə də Xəlil Rza olmuşdur. 

X.R.Ulutürk separatizm, şovinizm və nihilizmin amansız 

düşməni idi. Böyük sənətkar  əsərlərində tarixi xidmətlərinə görə 

M.Ə.Rəsulzadənin, müasir zəmanəmizdə isə  cənab H.Ə.Əliyevin 

ideya-nəzəri baxışlarını poetik surətdə təcəssüm etdirmişdir. Onun 

zəngin bədii yaradıcılığında xalqlar, millətlər arasında iqtisadi-

mədəni birlik, qarşılıqlı əlaqə və münasibətlər zəminində xalqçılıq, 

azərbaycançılıq, türkçülük və  vətənçilik ideyaları canlı ifadə 

olunmuşdur. Ölməz sənətkarın  əsərlərində xalq obrazının canlı 

inikası vardır. 

XX  əsrin 80-90-cı illərinə aid olan əsərlərdə prototipə, fərdi 

obraza qarşı tənqid, ifşa pafosu gücləndikcə onların ideya-məfkurə 

mərkəzində xalq obrazı getdikcə konkret şəkil almışdır.  Şairin 

“Göylərdən gələn kişi” (1980), “Bizim Zeynal” (1980), “Şeirim” 

(1980), “Şeirimizin Babəki” “Mənə  bənzə” (1981), “Məmməd 

Araza” (1982), “Sənin cavabın” (1984), “Məndən başlanır Vətən” 

(1983), “Şair ömrü” (1985), “Məzar keşikçisi” (1985), “Hər  şey 

gəldi-gedərdi” (1986), “Sağlıq dilərəm sənə” (1987), “Zürafə 

ölümü” (1987), “Məddah” (1987), “Haçan, hansı yerdə” (1987), 

“Qəzəbliyəm” (1987), “Azərbaycan” (1988), “Yaşasın Xalq 

Cəbhəsi” (1989), “Milli satqın” (1986-91), “Gəlir böyük 

Azərbaycan” (1986-90) əsərlərində  Vətənçilik, vətəndaşlıq və 

xalqçıldıq baxışları ilə yanaşı, başlıca bədii obraz xalqdır. 

Xəlil Rza Ulutürkün xalqı  səfərbərlik ruhu və  təbliği “Şeirim” 

(1980), “Məndən başlanı  Vətən” (1983) əsərlərindən başlamışdır. 

“Şeirim”, “Bizim Zeynal”, “Göylərdən gələn kişi”  əsərlərində 

xalqın, millətin ləyaqət və  şərəfindən, qeyrət və qüdrətindən, 

mənəvi-psioloji və insani keyfiyyətlərdən söz açılır. Mübariz 

sənətkar harada cəsarətsizlik və  ləyaqətsizlik görürsə, oraya 

“döyüş” elan edir. Şair inamı qüdrətli və 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə