Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə45/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   41   42   43   44   45   46   47   48   ...   131

 

139


doğma ana dilinə yüksək qiymət verir, milli dili, heysiyyəti 

olmayanları  qırmanclayır. Milli şərəfi olmayan “alim” belə  şairin 

azərbaycançılıq təfəkküründə dilsiz və dinsiz hesab olunur: 

Balaların həsrətdir Azərbaycan dilinə, Azərbaycan dilinə yas 

saxlayan yekəbaş! Milləti istəyənlər qol çirməyir, iş görür. 

Millətbazlar sənin tək özgələri köçürür. “Mən  Şərqəm” (1968) 

əsəri bütünlüklə azərbaycançılıq, vətənçilik  əhvali-ruhiyyəsini  əks 

etdirir.  Əsərdə elmi məziyyət, poetik obrazlılıq, tarixi-etnoqrafik 

xüsusiyyət üstünlük təşkil edir. Hər bir bədii keyfiyyətin ifadəsində 

şair ruhu, düşüncələri, mənəvi siqlət, arzu, istək və hissiyyatlar 

durur. 

Əsərdə “Günəş”, “Od” obrazları, vətənin təbii sərvətlərinin 



təcəssümü olan  

assosiasiyalardır. Günəş  “Şərq” anlamı,  şairin idealları üçün 

fikir daşıyıcısıdır:  

Baxıram əynimdəki ağ köynəkli səhərə,  

İstəyirəm qışqıram bütün planetlərə:  

- Mən Şərqəm. 

Şöhrətimdə, şanımda al günəşlə şərikəm.  

Sənətkar Azərbaycanı dananları inkar etmək üçün milli 

mənsubiyyətinə,  Şərqin mədəniyyətinə, tarixinə üz tutur; özünün 

təbii sərvətlərini: düşmənə gərək olmuş kömür, neft, gülöyşə narı, 

taxıl və başqa sərvətləri, Səmərqəndin altında yatan Səmərqəndi, 

“Avesta”nı - Zərdüşt  İbrahimi, atəşin sirrini bəşərə verənləri, 

İsgəndər Kəbiri, fateh Napoleonları, Sezarları, onların köksümüzdə 

yüksələn mədəniyyətimizi didib, gəmirdiyini xatırlayır. Elmdə 

Rudəki, sənətdə Firdovsi, “Gilqamış” gövhəri, Xaqani, Nizami, 

Əttar, Sənai,  Ənvəri, Fələki, Məhsəti,  Əbül-üla, Xəyyam və 

Nəsirəddin Tusini mənəvi servət kimi qiymətləndirir. 

Şair həssas bir məqama toxunur. Xatırladır ki, əsrlər boyu 

sərvət içində yaşadığımız halda, qismətimiz, taleyi- 

 

  




 

140


miz zülmət olmuşdur; işığımızı gözlərimizin giləsindən belə 

qoparmışlar,  Ərdəbili, Tac-mahalı karvan-karvan aparmışlar.  Şair 

millətləri özünə övlad, dünyanı vətən bilir, məhəbbətində, istəyində 

hüdudlar tanımır. Qonaqpərvərliyi, səxavəti özü üçün mənəvi 

ləyaqət, insani dəyər hesab edir. Dünya isə bunu - milli 

heysiyyətləri, keyfiyyətləri geri qalmaq kimi yozanda şair qəlbi 

qeyzlənir, NATO, SENTO kimi hərbi təşkilatların yaranmasına, 

özünü ali irq bilib neftinə, pambığına yerikləyənlərə etiraz edir. 

Müəllif nə Qərbi “ali irq” hesab edir, nə də özünü “cılız bir ulus”. 

Ümumən  Şərqi inqilablar, təlatümlər vətəni kimi qiymətləndirir, 

bəşər səadətini Şərqdə, Vətəndə, özündə görür. Şair Şərqi idealizə 

etmir, ifrat mübaliğələrə yol vermir, sadəcə olaraq Günəş Şərqdən 

dünyanı  işıqlandırdığı kimi, Qərbin də  Şərqdən nurlandığını 

dəyərləndirir. Onun təfəkküründə Şərqə fəlsəfi baxış belədir: 



Şərqəm, elə Şərqəm ki, qərblilər də mənimdir. 

Hamlet öz doğma balam, Şekspir də mənimdir. 

Qoy təzədən qaldırsın 

 

 

 

Təbriz rəsədxanası səma xəritəsini 

Uluqbəyin qəbrinə qoyaq çiçək yerinə  

 

  ulduzlar 

dəstəsini.  

“Çıraqqala” (1977), “Mənim  şeirim” (1977) əsərlərində maddi 

və mənəvi mədəniyyət - maddi olanla mənəvi-ideal olanın vəhdəti   

poetikləşdirilmişdir. “Çıraqqala”da Vətən abidələri, maddiləşmiş 

yaddaş dəyərləndirilir, yəni maddi olan mənəvi olanın daşıyıcısına 

çevrilir. Babək, Çıraqqala və  Ərk qalaları  Vətənin polad sipəri, 

güclü səngərləri, çıraqlar isə onun görən gözləridir.  Şeirdə   

“bayquş”   obrazı      mənfi   emosiyanın   daşıyıcısıdır, müsbət 

emosiyanı təsirli aşılatmaq üçün əkslikləri qarşılaşdıran məcazdır: 

Yurdun qalasına bayquşlar qonar, 

Üstündə olmasa yurd oğulları. 

 

  




 

141


“Mənim  şeirim”  əsərində söz, şeir müsbət idealın 

qaynaqlarından olub, xalq, vətən varlığının poetik yaşantıları, əbədi 

ideya-fikir qaynağı kimi dəyərləndirilir. Sənətkar  şeirdə 

“Dərbənddən Təbrizəcən bütün Azərbaycanı ayağa qaldıran” 

qüdrət görür. Özünü sənətin həyatına qurban verməyə hazır 

olduğunu bildirir. Çünki bunda əbədilik, ölümsüzlük vardır. Maddi 

ölüm  şair nəzərində  mənəvi ölümsüzlükdür. Onun poeziyası 

azərbaycançılıq üçün “vüsalı, istiqlalı alqışlayan tərənnüm, iftixar 

və şərəfdir”. 

“Yaxşı ki, bu yurdun balasıyam mən” (1978) əsərində 

X.R.Ulutürk Vətən, xalq haqqında o qədər düşünür ki, başından 

Bayron olmaq havası keçir. Bir zaman Bayron Ellada torpağını 

özünə məskən elədiyi kimi, şair ruhu da Azərbaycanı özünə yurd-

yuva bilir. O, başqa diyarlar həvəsində deyil. “Qanadlı çinarlar 

kimi ömrün çovğunuyla vuruşlarda” olan şair “yaxşı ki, bəxtimə 

düşdü bu ölkə, yaxşı ki, uzaqda mən doğulmadım”, - deyə düşünür. 

Sənətkar fikirlərini təzadlar, bənzətmələr üzərində qurur, təzadlar 

içərisindən Azərbaycanı görür: 



Səni tərk eyləmək fərarilikdir, 

Döyüş meydanımsan Azərbaycanım. 

Qara tikanın da gül ətri verir

Sənin daşlarındır ləlim, mərcanım. 

 

 

 

(“Yaxşı ki, buyurdum balasıyam mən”) 

Azərbaycançılığın, dövlətçiliyin aliliyini təsirli, siqlətli ifadə 

etmək üçün sənətkar orijinal bənzətmələr yaratmışdır: 

Vətən dağ kimidir, övlad-şəlalə, 

Bu birlik, bu vəhdət əkiz doğulur. 

Nə qədər ucasa, möhtəşəmsə dağ, 

Şəlalə o qədər vüsətli olur.  

“Mən Azərbaycanam” (1979) şeirində psixoloji məqam doğma 

Təbriz radiosundan başlanğıc götürür. Vətən və Xalq epik təsvir və 

təhkiyə yönündən deyil, güclü lirik 

 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə