Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə31/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   27   28   29   30   31   32   33   34   ...   131

 

97 


fərdiləşdirilmir: belə olsaydı bu dil türk dillərinə qarşı qoyulardı. 

Şair türk dilləri birliyindən eyni ehtirasla danışır: Türk, özbək, 

qırğız dillərinə də poetik nümunələr hesr edir. 

X.R.Ulutürk türkçülüyün güclü təbliğatçısı olmuşdur. O, türk 

xalqlarını iqtisadi-mənəvi birliyə çağırmışdır. Onun türk 

qövmlərinə aid şeirləri, onlardan poetik tərcümələri vardır.  Şair 

elmi-tarixi memuarlarında da türk özümlüyündən bəhs etmişdir. 

X.R.Ulutürk yaradıcılığında Özbəkistan mövzusu geniş yer tutur. 

Məlumdur ki, həmin respublika ilə onun həm poetik, həm də elmi 

əlaqələri daha dərin olmuşdur. 

X.R.Ulutürk “Məqsud  Şeyxzadənin bədii yaradıcılığı  və 

Azərbaycan-özbək  ədəbi  əlaqələrinin aktual problemləri” 

mövzusunda doktorluq dissertasiyası yazmışdır [203]. Onun 

M.Şeyxzadə haqqında “Məqsud  Şeyxzadə” (B., Elm, 1978), 

“Məqsud  Şeyxzadənin bədii yaradıcılığı” (B., Elm, 1982) adlı 

monoqrafiyaları vardır. X.Rzanın arxivində “Türküstan divanı”, 

“Özbəkistan poeziyası”, “Şeyxzadə  dəftəri” adlı  əlyazma 

qovluqları saxlanılmaqdadır. O, özbək  şeiri antologiyasını  tərtib 

etmiş, lakin çapını mümkün edə bilməmişdir. X.Rza 50-dən çox 

özbək şeirini, eləcə də M.Şeyxzadənin şeirlərini, “Mirzə Uluğ-bəy” 

və “Cəlaləddin Mənquberdi” pyeslərini dilimizə çevirib çap 

etdirmişdi. Həmin əsərlər 1 992-ci ildə “Turan çələngi” kitabında, 

latın qrafikası ilə eyni adla redaktorluğumuzla 2005-ci ildə çap 

olunmuşdur (Bax: B., Çinar-Çap, 2005). Kitabda Yusif Xas Hacib, 

Səkkakı,  Əlişir Nəvai, Babarəhim Məşrəb, Həmzə  Həkimzadə 

Niyazi, Çolpan, Osman Nasir, Qafur Qulam, Aybək Həmid 

Alımcan, Zülfiyyə, Mirmöhsün, Həmid Qulam, Əsqəd Muxtar, 

Şükrulla, Cüməniyaz Cabarlı, Erkin Vahid, Abdulla Arif, Yusif 

Şahmənsur, Həlimə Xudayberdi, Gülçöhrə Çurayeva, Abdulla Şır, 

Rəzzaq  Əbdürrəşid, Feyzi Şahismayıl, Rəhim Bəyiryaz, Məqsud 

Şeyxzadə, Cəmal Kəmal, Tahir Qəhhar, Dilək Cürə və başqalarının 

əsərlə- 


 

 



 

98 


ri dilimizə uyğunlaşdırılaraq təqdim edilmişdir. X.R.Ulutürk özbək 

ədəbiyyatına dair “Sənət və istedadın qələbəsi” (26 dekabr, 1974), 

“Sənətkar  şöhrətinin sirri”, “Böyük sənət xəzinəsi” (11 sentyabr, 

1978), “Özbək qadın  şairləri”, “Dostluq nədən başlanır” (23 

sentyabr, 1975), “Cəmal Kəmal poeziyası” (19 ocaq, 1986), “İlk 

möhtəşəm abidəmiz” (22 mayıs, 1994), “Poeziya - ən böyük milli 

sərvət”, “Mədəniyyət iftixarı”, “Poeziya xalqın nəfəsidir”, “İki 

xalqın oğlu” və başqa məqalələrin müəllifidir. O, 1969-cu ildən 

başlayaraq, Özbəkistanla, özbək poeziyası ilə bağlı olmuşdur. 

Akademiyanın müxbir üzvü, professor Yaşar Qarayev doğru 

səciyyələndirir ki, X.R.Ulutürkün “Qardaş özbək xalqına, özbək 

təbiətinə, onun tarixinin zənginliklərinə  həsr olunmuş  şeirlər 

silsiləsi poeziyamızda yeni hadisədir. “Bakı-Daşkənd səma yolu”, 

“Özbəklər”, “Səmərqənddən keçərkən” və s. şeirlərində Xəlil Rza 

sadəcə olaraq dostluğu, qardaşlığı tərənnüm etməklə kifayətlənmir, 

bu dostluğun dərinliklərini üzə  çıxarır,  şair ürəyinin alovu ilə 

qızınmış isti, canlı, unudulmaz lövhələr yaradır” [115, s.28-29]. 

Azərbaycan-özbək  ədəbi  əlaqələrınin tarixi qədimdir. X.Rza 

özü “Poeziya - ən böyük milli sərvət” məqaləsində  həmin 

əlaqələrin  ədəbi mənzərəsini canlandırmışdır. X.R.Ulutürk belə 

əlaqələrin ümumiliyinə Turan müəyyənliyindən, ortaq məkan və 

ədəbi zəmin birliyindən baxmışdır. Etnik qohumluq, dil yaxınlığı, 

tarixi-mədəni inkişaf eyniliyi, oxşar  ənənələr, janr, forma 

bənzərliyi, obrazlı  təfəkkür birliyi doğurmuşdur.  İbn Sina, Əbu 

Reyhan Biruni, Kaşqarlı Mahmud, Balasaqunlu Yusifin əsərləri 

bəşər mədəni fikrinin xəzinəsinə daxil olmaqla bərabər, 

Azərbaycan və Özbəkistanın mənəvi yüksəlişi üçün zəmin 

olmuşdur. 

Özbək  şairi Qütbi Nizaminin “Xosrov və  Şirin” poemasını 

dilimizə uyğunlaşdırmış, özbək  ədəbi dilini zənginləşdirmişdir. 

Nəvai və Füzuli ənənələri iki şair arasında 

 

 



 


 

99 


ideya-məzmun, forma, rədif, qafiyə, vəzn, bəhr bənzeyişləri 

doğurmuşdur. 

Milli 

ədəbiyyatda realizmin güclənməsi baxımından 



M.F.Axundzadə, Mirzə Cəlil, Ələkbər Sabirlə Babarəhim Məşrəb, 

Durdu, Müqimi, Zövqi, Nadirə, Fürqət yaradıcılığı arasında fikir, 

qayə, xəlqilik, milli şüur, məfkurə, antihumanizmin tənqidi, dil və 

üslub baxımından paralellər aparmaq da mümkündür. 

XX  əsrin  əvvəllərinə  qədər (1924) əski Türkmənistanın, 

Turanın ümumi bədii sözü olmuş  cığatay  ədəbiyyatı milli 

özümlüyə parçalanmış, sovet siyasi rejimi ayırmalar doğurmuş, bu 

səbəbdən də Türküstan məfkurəsini qoruyub saxlamaq üçün 

Əbdülrauf Fitrət “Cığatay gürüngü” (söhbətləri) adlı ədəbi mərkəz 

təşkil etmiş  və Münəvvər Qarı,  Əbdülhəmid Süleyman, Çolpan, 

Qazi Yusif, Elbək, Batu, Abdulla Əvlani, Zərif Bəşiri, Rafiq 

Mömin, Ziya Səid, Abdulla Qədiri və başqaları  həmin təşkilat 

ətrafında birləşmişdilər. Lakin onlar Stalin rejiminin qurbanı 

olaraq, millətçi kimi öldürülmüşlər. Azərbaycana aid olan 

repressiya eyni qaydada Özbəkistanda, Türkmənistanda da tətbiq 

olunmuşdur. 

20-30-cu illərdə Türkmənistanda hürriyyət tərəfdə durmuş 

H.H.Niyazi, Sədrəddin Ayni, Saken Seyfullin, Sufizadə, Aybək, 

Qafur Qulam kimi sənətkarlar (bizdə olduğu kimi) milli 

qaynaqlardan uzaqlaşaraq “qırmızı axına” qoşulmağa məcbur 

olmuşlar. Aybək, Mirtemur, Abdulla Qəhhar, Məqsud  Şeyxzadə, 

Qafur Qulam, Həmid Alımcan, əsasən, sovet quruluşu mövzusunda 

əsərlər yazmışlar. S.Rüstəm, O.Sarıvəlli, M.Rahim, S.Vurğun, 

M.Dilbazi kimi, əlbəttə, onların da tarixi mövzuda əsərlər yazması 

istisna deyildi (Aybək “Nəvai”, Səməd Vurğun “Vaqif”, 

M.Şeyxzadə “Cəlaləddin Mənquberdi”, “Mirzə Uluğbəy”, 

H.Alımcan “Muğanna”...). 

İkinci Dünya müharibəsindən 60-cı illərə  qədərki dövr 

ümumsovet ədəbiyyatında hərbi, kolxoz və sovxoz, vul- 

 

 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə