Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə27/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   23   24   25   26   27   28   29   30   ...   131

 

85 


 konuşma” (1984), “Barı tanıya bil” (1984), “Bədxaha açıq 

məktub” (1984), “Mənim işim səndən keçir” (1984), “Sənin 

ölümünü gözləyənlər var” (1986), “Toxunmadım ilana” (1986), 

“Son inanma məddahlara” (1986), “Türk sözündən qorxan gəda” 

(1986), “Lənət” (1986), “Hər  şey gəldi-gedərdi...”, “Təslimçi” 

(1986), “Bəs niyə susdun” (1986), “Yunsaqqal” (1986), “Sən 

alçaqsan”, “Sağlıq dilərəm sənə” (1987), “Mən sənə güvənirdim” 

(1987), “Məddah” (1987), “Başkəsən” (1987), “Haçan, hansı 

yerdə?” (1987) və s.), 80-ci illərin axırlarına doğru Azərbaycanın 

milli heyatında mürəkkəb ictimai-siyasi hadisələrin baş verməsi ilə 

əlaqədar olaraq, milli “Mən” bilavasitə, istiqlalçı, yəni sovet 

imperiyasına qarşı mübariz kimi konkretlik alır. Bu illərin 

poeziyasında  şairin “Mən”i təlatümlü, qaynar lirik polifoniyadan 

çıxaraq, onlarla birlikdə üsyankar, patetik-publisistik 

özünəməxsusluğu doğurur. Sənətkarın milli “Mən”i sərt, ağır 

günlərdə Ali Baş Komandan olsa da, olmasa da, Azərbaycan 

adından  əmr edir: Silahlan! Fərsiz rəhbərliklərin göstərişləri 

nəticəsində ov tüfəngləri belə  əllərindən alınmış xalqına qərar 

verir: “Topdan, tüfəngdən üstün, tankdan, raketdən güclü 

qeyrətinlə silahlan!”. 

Qərar verir ki, “Xiyabani ruhunu nəfəsinlə alışdıran cürətinlə, 

düşmənə nifrətinlə silahlan! Çünki o, “36-da batmış, 46-da 

vurulmuş  nəsillərdən güclüdür!”. İstiqlalçı  şair bu səbəbdən də 

dünyaya məhəbbəti ilə silahlanan xalqını “hayqıra-hayqıra” 

səsləyir. Səsləyir ki, “sən tək deyilsən, yer də, göy də  sənindir. 

Bayraq elə özünsən. Qalx döyüşə silahlan! Sən qalib gələcəksən!” 

Beləliklə, Xəlil Rza Ulutürkün, qəhrəmanın idealından, kişi 

bağrından Vətənin mənəvi övladları doğulur.  Şairdən Azərbaycan 

başlayır! 

Xəlil Rza Ulutürk yaradıcılığında milli özünüdərkin 

mənbələrindən biri də türkçülük məfkurəsidir. Türk milli mənlik 

şüuruna qayıdış zaman-zaman imperiya siya- 

 

 



 

86 


sətçilərini, xristianlığı narahat etmiş, onlar həmin ideyalara görə 

Azərbaycan ziyalılarını pantürkist, panislamist kimi qələmə 

verərək, nəzəriyyələr uydurmuş, müsəlman  Şərqini xristianlığa 

qarşı qoymuş, ümumən, türkləşmək ideologiyasını, dövlət və millət 

müəyyənliyini inkar etməyə çalışmışlar. 

Turan dedikdə türk ellərinin Adriatik dənizi sahillərindən 

tutmuş Çin dənizinə  qədər böyük tarixi Vətəni başa düşülür. Bu 

tarixi  ərazi hələ  fərdi vətənçilikdən və azərbaycançılıqdan irəli 

olandır. Türkçülüyün böyük ideoloqu Ziya Göyalpın da yazdığı 

kimi “Turan türklərin oturduğu, türkcənin qonuşulduğu bütün 

ölkelərin toplamıdır” [90, s.63]. Z.Göyalp türkçülüyün son 

məqsədini də Turançılıq kimi sonuclamışdır: Türkçülüyün uzaq 

ülgüsü Turan adı altında birləşən oğuzları, özbəkləri, yakutları 

dildə,  ədəbiyyatda, kültürdə birləşdirməkdir” [90, s.63]. Turan-

çılığı biz həm də ümumtürk, ümumislam mədəniyyəti, mənəviyyatı 

kimi qavrayırıq. 

Vətənçilik və azərbaycançılıq şüuru böyük ümumtürk genindən

dilindən və dinindən nəşət almışdır. Ümumtürk vəhdətində mövcud 

milli “Mən” özünü dərk etdikcə Türkçülük və İslamçılıq baxışları 

da dərinləşmişdir. 

M.Ə.Rəsulzadə 1930-cu ildə Parisdə çap etdirdiyi “Panturanizm 

haqqında” (Qafqaz problemi ilə  əlaqədar) ciddi məqaləsində 

türkçülüyün ideya-nəzəri  əsaslarına  əhəmiyyətli münasibət 

bildirmişdir. 

Rusiyanın kölələrindən biri, erməni jurnalisti A.Xondkaryan 

“panturanizm”i təhrif etməyə çahşaraq, məsləkdaşı Zarevandın 

“Türkiyə  və panturanizm” kitabından istifadə edir. Kitabın 

ideyasına görə guya türk-tatar separatistləri güzəranlarını 

yaxşılaşdırmaq yox, Rusiyadan ayrılaraq, Türkiyəyə birləşmək 

istəyirlər. Həmin təhriflərə ciddi etiraz edən M.Ə.Rəsulzadə 

yazmışdır: “Bizim rus xalqına qarşı heç bir ədavətimiz yoxdur, 

əksinə, bizim qəlbimiz ona qarşı ən xoş niyyətləriə doludur. Lakin 

bununla yana- 

  



 

87 


şı, biz həqiqətən zor və  qəsbkarlıq yolu ilə bizi də öz arabasına 

qoşaraq həyatımızı və mədəniyyətimizi istədiyimiz formada inkişaf 

etdirməyimizə mane olan rus imperializminin düşməniyik” [154, 

s.106]. 


M.Ə.Rəsulzadə qeyd edir ki, slavyan xalqlarında olduğu kimi, 

türk xalqlarında da milli birlik ideyası yaranmışdır və o, romantik 

səciyyə daşıyır. Həmin birləşmədə Türkiyə mühüm rol oynamışdır. 

Türk mütəfəkkirləri və ictimai-siyasi xadimləri də bunu öz 

siyasətlərində müdafiə etmişlər. Konsepsiyaya görə “türk 

millətçiliyi” tek-milləşdirilmişdir. Məşhur tarixçi Mükrimin Xəlil 

bəy başda olmaqla təbliğ etdikləri ideyaya əsasən “türklük” bir 

millət deyil, “irsi” mənada anlaşılmışdır. “Anadolular” belə hesab 

edirdilər ki, vahid türk milləti deyil, ayrı-ayrı türk millətləri vardır. 

Böyük öndərə görə Türkiyədəki müasir millətçilik də 

“panturanizm” və pantürkçülük” deyil, sadəcə “türkçülükdür”. 

Azərbaycanda da həmin ideya belə  qəbul olunur və  dərk edilir. 

Rəsulzadə yazır: “Türklərin birləşməsi ideyasının Azərbaycanın 

müstəqilliyinin təşəkkül tapmasına müəyyən dərəcədə  təsir 

göstərdiyini inkar etmədən biz israr edirik ki, siyasətdə realist olan 

Azərbaycan millətləri üçün bu ideyanın yalnız mədəni məsələlər 

sahəsində əhəmiyyəti olduğu gün kimi aydındır: buna görə də biz 

müstəqil Qafqaz federasiyasını zəruri sayır və tam səmimiyyətlə bu 

tezisi müdafiə edirik” [154, s.106] “Xodkaryan kimi Rusiyanın 

dərdini çəkənlər belə bir halı indi də Türkiyəyə birləşmək kimi 

qələmə verirlər. Rusiyaya sədaqətlə Qafqazın müstəqilliyi bir araya 

sığa bilməz”[154, s.107]. 

M.Ə.Rəsulzadə milli hərəkatları milli özünüdərkin nəticəsi 

hesab edir. Bu səbəbdən də özünü demokrat, radikal sosialist 

adlandıran Kerenski və onun nəzəri baxışlarına irad tutur. Kerenski 

Rusiyanın bölüşdürülməsi haqqında yazmışdır: “Qafqaz gürcülərə, 

dağlılara və azər- 

  

 



  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə