Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə25/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   21   22   23   24   25   26   27   28   ...   131

 

79 


Sandım ki, hardasa artdı bir çiçək, 

Bir bənövşə bitdi - ətirli, göyçək. 

İpək yatağından qopardı məni, 

Qalx - dedi - dağların yoxuşlarına 

Saflıq aldı məni, apardı məni, 

Çəkdi ölüm-dirim vuruşlarına. 

Hər gün tələb edir: - Yuxudan tez dur! 

Qılınc qurşamalı, qandal qırmalı! 

Yalnız özün üçün saf olmaq azdır, 

Bütün kainatı saflaşdırmalı. 

   

 

 

 

(“Saflıq”)  

Ulutürkün milli istiqlal məfkurəsinin daxili tutumu, onun 

hüdudları genişdir. Hər bir xalqın təcrübəsi, azadlıq idealı onun 

üçün sadəcə  şüar, anlayış deyildir, mənəvi zənginlik, ləyaqət və 

bəşəri dəyərdir; düzlük, mərdlik, həqiqət, cəsarət, cəsurluq onun 

daxili təkanları, hərəkətverici qüvvələri, milli xarakterin davamlı 

mənəvi keyfiyyətlərindəndir. Onda qətiyyət, dözüm, mərdlik, 

barışmazlıq və mübarizlik vardır. “Əyilmə” (1962), “Şəlalə kimi” 

(1962), “Təmizlik uğrunda” (1970), “Sarsılma” (1970), “Kəsə yol” 

(1982), “Min bir dərdin dərmanı” (1982), “Düzlük” şeirlərində 

mübarizə pafosu mənəvi-əxlaqi düşüncələrdən ayrılmazdır: 

Görünür dünyada təmiz yaşamaq 

Çörəyim, suyumdur, havamdır mənim. 

Paxır götürməyən düzlük, açıqlıq 

Sarsılmaz qalamdır, yuvamdır mənim. 

Dəniz ləngərilə, çiçək ətrilə 

Qartal uçuşuyla yaşadığı tək 

İnsanı tanıdır, alışıb yanan 

Ciyərlərindəki haqqın nəfəsi. 

Həqiqət uğrunda təsadüfü yox, 

Gündəlik, güzəştsiz mübarizəsi. 

   

 

 

 

(“Düzlük” ) 

 

  




 

80 


60-70-ci illərin  şeirlərində milli istiqlal məfkurəsi ilə bağlı 

düşüncələr, ideyalar candan sızmalar  şəklində özünü göstərirdisə, 

70-ci illərin axırları, 80-ci illərin  əvvəllərinə aid olan şeirlərdə 

etirafa, elana çevrilir, şair “Mən”i milli məramından söz açır; milli 

məram fərd, sonra isə  məmləkət və millət hüdudlarına qədər 

müəyyənlik tapır: 



Dinləyin, dinləyin, mən bir kamanam, 

Dağ-daşı yandıran aham, amanam. 

Bir vaxi Albaniya dedilər mənə, 

Dağlardan vüqarlı alpam, alpanam. 

Neçə Keyxosrovun açıq döyüşdə 

Brilyant tacını bomboş qoyanam. 

Rüstəm-Zal öldürdü öz Söhrabını 

Söhrabam, mən onu bağışlayanam. 

Təkcə öz dibinə işıq salmayan, 

Hamıya nur verən şamam, şamdanam, 

Dinlə qoca dünya, ey mənim anam: 

Min yol öldürülən, yenə ölməyən 

Əzəli, əbədi Azərbaycanam!  

“Oğlum Təbrizə” (1964), “Təbrizli  şairin düşüncələri” (1970), 

“Xiyabani yurdunda” (1975) “Mən Azərbaycanam” (1979) və 

başqa  əsərlərində istiqlal məfkurəsi Güney və ya Quzey azadlığı 

demək deyildir; şair Azərbaycanı bütöv dərk edir, onun təqdimatı 

belədir: 



Ey bala Təbrizim, gün o gün olsun

Ana Təbrizimə mən azad deyim. 

Baban Şəhriyara kürəkən ol sən, 

Qovuşsun Təbrizə Şəhrizad deyim. 

   

 

 

(“Oğlum Təbrizə”) 

 80-ci illərdə Xəlil Rza Ulutürk bir ideoloq, azadlıq mücahidi, istiqlal 

məfkurəsinin  əzabkeşi olaraq poetik proqramını elan etmişdir.  Şair milli 

ideallarında mübarizəni, əqidə və məsləki əsas götürmüş, milli bütövlüyü 

təcəssüm etdirmişdir. 60-70-ci illərin  əsərlərində milli mənlik  şüur və 

məfkurəsinin təzahürü sətiraltı fikir qatla- 

  



 

81 


rında ifadə olunmuşdursa,  80-90-cı illərin yaradıcılığında bu, 

birbaşa özünü göstərmişdir. Həmin məfkurənin təcəssümü, əsasən, 

imperiyanın kəskin ifşası, yəni mübarizə ideologiyası, Azərbaycan 

xalqının müstəqilliyi, suverenliyi, yəni milli istiqlaliyyəti ilə bağlı 

olan tarixi, bədii-estetik axtarışlarla bağlıdır. 

80-ci illərin şeirlərində qüdrətli çağırış ruhu fərdi xüsusiyyətdir. 

Çağırış, səfərbərlik ruhu 40-50-ci illər poeziyasının poetik ruhu 

deyildir. Bu dövrün çağırış ruhu milli qayə, meram və ideallarla 

aşılanmış qətiyyətli sənətkar mövqeyidir: 

İlk Allahım, son Allahım - Mübarizə! Mənə bənzə! 

Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə, 

Məramımdır Mübarizə! Mənə bənzə! 

   

 

 

 

 

(“Mənə bənzə”)  

Mübarizə  şairin həyat idealı olmuşdur. Həmin məqsəd və 

məram birdən-birə hasil olmamışdır, milli “Mən” bunun üçün 

gərgin hazırlıq illəri keçmişdir. Şairi mübarizəyə qaldıran mənəvi-

daxili təkan geniş mənada müqəddəs milli kədərdir. O, 70-ci illərin 

şeirlərində yazmışdır: 



Kiminsə sevinci bir az bulaşıq, 

Kiminsə qəlbində büllur bir qəm var. 

Kimsə dinc... mənimsə damarlarımda 

Hələ də qışqıran mübarizəm var! 

   

 

 

 

(“Geri qaldım”)  

İstiqlal yolunda tərəddüdlər, büdrəmələr də  şair varlığına yad 

olmamışdır. Onun millilik uğrunda mübarizəsi əvvəl özündən, “Bir 

mən vardır məndə məndən içəri” deyən təsəvvüf şairi Yunus İmrə 

kimi iç “Mən”indən başlamışdır. “Əyilmək qorxusu” (1973), 

“Gücüm, gücsüzlüyüm” (1978), “Çılğınlıqdan dözümə keçid” 

(1984), “Dözümlü ol, dəli könül” (1984) şeirlərində olduğu kimi: 

Döyüş amansızdır, yoxdur orta yol: 

Ya cəsur olmalı, ya da ağciyər 

Ya mərd yaşamalı, ya da bir təhər. 

  

 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə