112
Nəfsin ləkəsi düşsə təmiz ürək güzgünə,
Öz atalıq haqqımı haram bilərəm sənə
Rütbə, sərvət önündə səcdə qılsan, əyilsən,
Mənim oğlum deyilsən!
(“Təbrizim mənim”)
Şair özü ilə oğlu arasında vəhdəti Güneylə Quzeyin birliyi kimi
mənalandırır:
Hələlik qolunu dola boynuma,
Eşidim Arazın, Kürün səsini
Səni qucmaq ilə bitişdirim qoy
Yurdumun yaralı xəritəsini!
(“Təbrizim mənim”)
“Anam layla çalır” (1966) şeiri Təbriz milli hökumətinin
həyatından götürülmüşdür. Şeirdə Cənuba (Güneyə) münasibət
hissiyyatlı, obrazlı, bədii vasitələrlə ifadə olunmuşdur. Yanıqlı
bayatılarla ayrılıq dərdini ifadə edən şair bələklə Xudafərin
arasında oxşar assosiasiyalar tapır;
Xudafərini yeni obrazda təqdim etməyə çalışır:
Saçılır göz yaşı ulduzlar təki,
Ümidlər, arzular pərən-pərəndir
Bəlkə bələk deyil, qarşısındakı
Qapısı çırpılmış Xudafərindir.
(“Anarın layla çalır”)
Təbriz Milli hökuməti devrilmiş, şair-xalq qəhrəmanı Yüzbəndi
isə İran irticaçıları tərəfindən vəhşicəsinə öldürülmüş, başı ayaqlar
altına atılmışdır. “Sevinci dustaq, kədəri isə azad olan” Nəsibə ana
başı bədənindən ayrılmış balasına laylalar deyir:
Laylalar qoşulur əsən küləyə,
- Çəkilsin yollardan qırov, qar deyir.
Ana ümidini büküb bələyə,
Ümidin üstündə laylalar deyir.
(“Anam layla çalır”)
M.H. Şəhriyarın bu taya, Quzeyə gələcəyi xəbəri çı-
113
xanda yazılmış “Gözün aydın, Azərbaycan” (1969) şeiri tərənnüm
səciyyəli əsərdir. Şeirin leytmotivində ayrılıq, birlik əhvali-
ruhiyyəsi, Vətənin bütövlüyü, taleyi dayanır:
Sığmır yatağına nə Araz, nə Kür,
Xəzərə qəlbimdən Xəzər tökülür.
Ayrılıq sədləri lay-lay sökülür.
Yurdumun yarısı mənə dar gəlir.
(“Gözün
aydın, Azərbaycan”)
Şairin poetik nəzərində ulu Şəhriyarın qədəmləri uğurlu,
düşündürücü mənalıdır.
Xəlil Rza Şəhriyarın timsalında vətən yanğısı, məhəbbət və
həsrətini ifadə etmək üçün təsirli poetik vasitələr tapa bilmişdir:
Bir az gecikmisən, möhtərəm ustad!
Vahid çox gözlədi, görmədi, heyhat!
Mən elə bilirəm: bura bu saat
Sökülüb tökülən bir məzar gəlir.
(“Gözün
aydın, Azərbaycan”)
Birləşmək ideyasını təzahür etdirən bədii vasitələr də yenidir;
şairin ideallarını, xalq taleyini, milli özünüdərki orijinal təcəssüm
etdirir:
Mətin, əqidəli, mərd, etiqadlı,
Tərlan arzuları, Təbriz qanadlı,
Koroğlu qılınclı, Babək inadlı,
Savalan kökslü sənətkar gəlir.
Can atır çayları Kürləşdirməyə,
Xırda duyğuları irəliləşdirməyə.
Quzeyi Güneylə birləşdirməyə
Fəxr eylə, ey Vətən, Şəhriyar gəlir.
(“Gözün
aydın, Azərbaycan”)
“Xiyabani yurdunda” (1975) şeiri milli dilə verilən poetik
qiymətlə səciyyəvidir. Şair milli dilə münasibətlə əlaqədar olaraq,
“Ata borcu” (1979), “Laylam mənim, nərəm mənim”, “Türk
sözündən qorxan gəda” (1986),
114
“Ürəyimdə qalan tikan”, “Azərbaycan türkcəsi”
və başqa
əsərlərini yazmışdır. Ulutürk milli dilimizə münasibətdə
“azərbaycanlı” sözünə etiraz edərək, “türk dili” anlayışını məqbul
saymışdır. Türk dilinə o, Quzeylə Güneyi birləşdirən Körpü, Qılınc
və Günəş anlamlarında yanaşmışdır.
“Qatar gedər” şeirində epik təsvirə meydan yoxdur; lirik
mühakimələr, məntiqi məna ilə aşılanmış təhkiyə və intonasiya
güclüdür. Şair gördüyü, müşahidə etdiyi mənzərələrdə bir məna
arayır, obyektiv mövcud vəziyyəti duyğu və düşüncələrinə
uyğunlaşdırmaq istəyir, çünki zəhnini məşğul edən həmin duyğu
və hissiyyatlardır. Bu səbəbdən də əsərdə bədii hökm və
mühakimələr, suallar, qənaətlər üstünlük təşkil edir:
Kirpiyimi uzadıb göz qoyaram Araza,
Azərbaycanı görər, kim gözümü arasa.
İçim deyə bir ovuc ləpələnən axından,
Əyilərəm, Araza baxaram lapyaxından...
Qəzəbini-qeyzini çırparaq daşdan-daşa,
Relslərin qırağından,
Təkərlərin dibindən,
Məftillərin altından axıb gedər birbaşa!
Əynimdə sonsuz gecə - od və zülmət qarışıq
Qatar axara qarşı, axar qatara qarşı,
.. Mən Arazı az qala gözlərimlə içərəm,
O dirəyin üstündən alov kimi keçərəm...
(“Qatar gedər”)
Əsərdə “qatap”, “külək”, “ildırım”, “Şimşək” assosiasiya-
metaforalarından tez-tez istifadə olunmuş, şair intizarları obyektə
münasibət əsasında ifadə edilmişdir.
“Səsin gəlsin, Təbrizim” (1980) əsəri “Qatar gedər” şeirinin
ideya, mündəricə davamıdır. Şair efirdə, radioda Təbrizi axtarır,
onun səsini eşitmək istəyir. Radionun mili sanki “kirpiyin ucu
boyda ümidinin telidir”.