142
hissiyyatlarla gələn ideyalar şəklində təcəssüm olunur. Burada
sənətkar ruhunun ehtirasları, sarsıntı və sevinc emosiyaları
poetikləşdirilir. Şair dərdinin, kədərinin səciyyəsi fərdi deyil,
Vətənə məxsus olan müqəddəs ictimai kədərdir. Biz şairin obrazlar
silsiləsində qədim Albaniya, Turan müharibələri, Dumanlı Təbriz,
Çənli Zəncan, Xiyabani, Doktor Ərani, İsfahan, Beyləqanı və
Naxçıvan abidələrini - tarixi keçmişi ideya şəklində xəyal edirik.
Milli Azərbaycan kədəri tarixi nikbinlik işığında əzəmətli təsir
bağışlayır:
Ey cahan, bir daha sən məni dinlə,
Göz, könül dolusu hələ gülməyən,
Min yol öldürülən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam!
“Sən hansı cəbhədənsən” (1979) şeirində xalqın müəyyənliyi
psixoloji-mənəvi məqamlarda görünür. Adamlarda özünü göstərən
mənəvi naqislik nəticə etibarilə xalqa dəyir. İnsan yalan danışırsa,
susmaq vacib olanda hay-haray qoparırsa, danışmaq lazım gələndə
lal-kar olursa, xalqı üçün haqqına olanı demirsə, şair bunu mənəvi
“qısırlıq”, “cəbhəsizlik” hesab edir. Müəllifə görə xalqına,
torpağına yad baxanlarda milli hissiyyatlar, mənəvi dəyərlər
korşalanda xalq unudulur.
“Qayalar şahid olsun” (1979) əsərində qayalar aləmini seyrə
dalan, oxucu ilə həsb-hal edən sənətkar mühakimələr yürüdür,
vətənçiliklə vətənsizliyi qarşılaşdırır:
Hesabla gör nə qədər
Sözdə “Vətən” söyləyən
Vətən dəyyusları var.
Qoparaq dargözləri,
Ataq ürəksizləri
Silək məsləksizləri,
Ölkənin ayağından,
görək nə qalır onda,
Xəlil Rza buqələmun tək rəng alanları, hörümçək kimi
143
tor qurub qan soranları, yalnız kürsülərdən el dərdinə qalanları,
təfəkkürü qotur olanları, “baş” sayılan başsızları, müasir
müaviyələri, şöhrət üçün vəzifə üstündə əsənləri, rüşvətlə can
bəsləyib pambıqla baş kəsənləri, xalqın sinə-sində xərçəng olanları,
Vətən, millət adından kürsüyə dartmanları xalq içərisindən ayırıb
oxucuya təqdim edir, “yurddaşın” mürəkkəb aləmini, naqis
xislətini damğalayır. Belələrini “vətənbaz hərzələr, insanvari
gürzələr” adlandırır.
Bütün bunlara qarşı şair Azərbaycan, Vətən idealını qoyur,
xalqın mürəkkəb, ziddiyyətli psixoloji xüsusiyyətlərini emosional
təzahür etdirir:
Azərbaycan!
Köksümdə arzuların Xəzəri!
Mənim gözümün zəri, ürəyimin atəşi,
Gecəli-gündüzüm, yuxum!
Həyəcanım və qorxum!
Məhəbbətim və nifrətim!
Görünməz yarasından
Araz
uzunluğunda qan axsa da,
Sarğısı açılmayan Vətənim!
Hələ mərdi namərddən
seçilməyən Vətənim!
80-ci illərin əsərləri içərisində “Məndən başlanır vətən” (1983),
“Azərbaycan” (1988), “Gəlir Böyük Azərbaycan” (1986-90)
əsərləri azərbaycançılıq idealı, xalq taieyi, vətənçilik və xalqçılığın
poetik ifadəsi olan əsərlər kimi xüsusi yer tutur.
“Gəlir böyük Azərbaycan” əsəri Azərbaycanın müstəqil
dövlətçilik ideologiyası, xalqın gücü və səbatının poetik
təcəssümüdür. Bu qəbildən olan əsərlərdə şair xalq, tarix, azadlıq,
müstəqillik məfkurəsini yaşatmaq və uğrunda mübarizə aparmaq
məramında müəyyənləşir:
...Sən deyirsən: Gəmiriblər, sümürüblər
Çox didilib, çox talanıb
144
Dönə-dönə şaqqalanıb,
Neçə yerə parçalanıb,
Mən deyirəm: - Kül altında qalan qordu,
Gözlərimdə yanan nurdu
Yalnız Araz, ya Kür deyil,
Ərzi qucan ekvatordu
məmləkətim.
...Sən deyirsən: - Havalanma!
Kəmnəfəsdir, o kəmnəfəs
Məndeyirəm: neçə-neçə uluslara
öz qanını bağışlayan
dahi millət ölə bilməz!
(“Gəlir böyük Azərbaycan”)
Xəlil Rzanin lirik-epiks) hissi-romantik təsvirlərində mənəvi
birlik ideyası bütün millətə, hər vətəndaşa ünvanlanır, milli şüura,
məfkurəyə doğru yönəlir, bütün insanları mənəvi axtarışlara
səsləyir:
Mən yardıma səsləyirəm!
Hər nəfəri, hər milləti,
Hər fitnəni yuvasında haqlamalı!
Yalnız mətbu sözləri yox,
ürəkləri, şüurları,
şüuraltı düşüncəni yoxlamalı!
Millətləri udmaq üçün gizli nəşə çəkənləri
rüsvayçılıq divarına,
boş məzara mıxlamalı!
Xəlil Rza Azərbaycanı başqa ruhda təsəvvür edir. Azerbaycarı
Məsləki onun İdealıdır. O, əmindir ki, cəsurluğu və qəhrəmanlığı
ilə Azərbaycan Dövlət müstəqilliyini əldə edəcək və dünya
meridianlarına qovuşacaqdır:
Bu məsləkin havasıyla
yaşa dolur Azərbaycan!
Zirvələrdən üzü bəri
gəlir məğrur Azərbaycan!
gəlir cəsur Azərbaycan!