368
qəhrəmanlarındır” (31 avqust 1987-ci il) məqaləsi şairin
“Dramaturgiyada ədəbi əlaqələr”, “Məndən başlanır Vətən”
kitabları və Rəsul Rzanın həyat və yaradıcılığı ilə bağlıdır.
X.R.Ulutürkün keçən əsrin 80-ci illərinin sonlarından
başlayaraq yazdığı publisistik məqalələri əsasən siyasi mövzudadır.
Siyasi publisistika onun yaradıcılığında xüsusi kəsər və bədii silqət
kəsb edir. Bü, onun məqalələrinin adlarından belə ehtiva olunur.
“Nümayişdə tələblərimiz” (16 mayıs 1988-ci il), “Alqışlar,
lənətlər” (8 ocaq 1994-cü il), “Savalan ucalığına yüksələk” (1991-
ci il) və başqaları. Onu da qeyd edək ki, Xəlil Rza bu dövrdə az
siyasi məqalə yazmış, bütün gücünü siyasi hadisələrin qələmə
alınmasına, tarixləşməsi, xronologiyalaşmasına doğru
yönəltmişdir. Azərbaycanın milli azadlıq hərəkatı-nın tarixi həmin
cildlərdə ürək kimi döyünür, yaşayır.
3.4. Elmi-tarixi memuarlarında millilik və xalqçılıq
məsələləri
X.R.Ulutürk elmi-tarixi memuar yaradıcılığına 60-cı illərdən
başlamışdır. O, 1962-63-cü il tarixli gündəliyində bu barədə
məlumat vermişdir. “Gündəlik - ürəyimin tərcümeyi-halıdır. Buna
görə də hər kəsin, xüsusilə də işi peşəsi xalqın taleyi ilə bağlı olan
adamların gündəlik yazması, zənnimcə bir işdir. Amma düz
yazasan. Düz də yazmaq həmişə olmur. Hər halda buna mümkün
qədər səy etmək lazımdır. Çoxdan gündəlik yazmaq fikrindəydim.
Ətalət imkan vermirdi. Axır vaxtlar deyirdim: qoy dissertasiyanı
bitirim, sonra başlaram, bu vədimə əməl edirəm”. Şairin şəxsi
arxivindən (14 noyabr 1962-ci il, Bakı) [318].
Şairin arxivində işləyərkən gördük ki, o, 1962-ci ildən ömrünün
sonunadək gündəlik (elmi-tarixi memuar) yazmaq vərdişini cidd-
cəhdlə davam etdirmiş, zəngin irs ya-
369
ratmışdır. Hətta, şairin arxivində bir ilə aid olan 2-3 qovluğunun
şahidi olduq. Dediyimiz budur ki, X.R.Ulutürkün gündəlikləri çox
geniş və əhatəlidir. Burada 60-90-cı illərin həm tarixi sosial şəraiti,
həm də mənəvi psixoloji və elmi-nəzəri səviyyəsi aydın görünür.
Professor Əkrəm Cəfər yazmışdır: “Xəlil Rza 300 cilddən artıq
gündəliyin müəllifidir. Hərəsi bir dissertasiya həcmində olan bu üç
yüz cild, heç şübhəsiz, elmi-tarixi memuarlar kimi
qiyətləndiriləcək və ən yüksək mükafata layiq görüləcəkdir” [143,
s.260].
Şair isə peşə aludəliyini belə ifadə edir: “Otuz ildən çoxdur ki,
gündəlik yazmaqla məşğulam, vaxtım nə qədər az olsa da, bu
şakərimdən özümü saxlaya bilmirəm. Hərəsi bir doktorluq
dissertasiyası həcmində olan cildlənmiş gündəliklərin sayı üç yüzü
keçib. Şeirlərimlə yanaşı gündəliklərim avtoportretlərimdir, burada
ədəbi mühitimiz və onu təmsil edən insanların fikir və düşüncələri,
ədəbi qurultaylarda, televiziyada, iclaslarda, yubiley
mərasimlərində, gündəlik görüşlərimizdə söhbətləri, çıxışları
mühüm yer tutur. Səyahətlərə çıxdığım, öyrənməyə çalışdığım
Leninqrad, Moskva, Daşkənd, Kazan, Naxçıvan, Ankara, İstanbul
kimi şəhərlərdə əlini sıxdığım insanlar, gördüklərim, eşitdiklərim,
Mixail Şoloxov, Konstantin Simonov, yubiley karvanı Bakıdan,
Bor-çalıdan, Gəncəbasardan tutmuş Leninqradadək uzanıb gedən
Səməd Vurğun... haqqında düşüncələr bu gündəliyin ayrı-ayrı
yarpaqlarıdır” (Şairin arxivindən. 31 avqust 1987-ci il) [318].
Respublikanın ümummilli lideri, cənab H.Ə.Əliyevin 14 noyabr
2002-ci il tarixli sərəncamına əsasən şairin publisistik irsinin (və ya
sənədli nəsrinin) seçmə nümunələri bir cilddə (V cild) toplanıb
çapa təqdim edilmişdir. X.Rzanın ümumən publisistik irsinin (o
sıradan elmi-tarixi memuarlarının) çapa hazırlanması şairin həyat
yoldaşı Firəngiz xanım Ulutürk və bu sətirlərin müəllifi tərəfindən
370
başlanmışdır. Firəngiz xanım 1998-ci ildə “Lefertovo zindanında”
2004-cü ildə isə “Gəl, ey səhər”, 2005-ci ildə “Ustadım Əkrəm
Cəfər”, 2006-cı ildə isə “Lefertovo zindanında” adları altında
X.RUlutürkün elmi-tarixi memuarlarının cüzi bir qismini çap
etdirmişdir.
X.Rza yaradıcılığında mental təfəkkür milli və məfkurəvi şüur,
milli ideologiya və onun daşıyıcıları ilə möhkəm bağlıdır. O, güclü,
vətənpərvər, millətçi və beynəlmiləlçi mütəfəkkir olmuşdur.
Millilik məsələləri onun yaradıcılığından tarixi dövr boyu qırmızı
xətlə keçmişdir. Bu barədə araşdırmalarımızda yazmışdır: [65; 73;
68]. Burada isə Xəlil Rzanın millətçiliyində qabarıq görünən dil
prqbleminə daha yaxından diqqət yetirəcəyik. O, ana dilinin
işləkliyi, təbliği, qorunması və təmizliyi uğrunda ardıcıl mübarizə
aparmışdır. X.Rzanın əcnəbi (rus) sözləri işlədən şəxsləri 5 qəpik
cərimə etməsi faktı əhali arasında geniş yayılmışdı. O, dilə
münasibəti fərdi qaydada Azərbaycan dili kimi yox, türkçülük
siyasəti, ideoloji-mədəni münasibətin üzvi hissəsi kimi ifadə
etmişdir. Hətta, şair bu məsələdə Sabirlə M.Cəlil mövqeyini siyasi
müstəvidə təhlilə cəlb etmişdir.
X.Rza qeyd edirdi ki, türk dilləri bir-birinin hesabına daha çox
qüvvətlənə, türk elləri bir-birinə daha çox yaxınlaşa, vahid ulus
kimi biçimlənə bilərdi. Bunun qarşısını kəsənlərdən biri Stalin
oldu. 1928-ci ildə latın əlifbasına keçdiyimizi görən Atatürk həmin
yolu tutdu ki, türk xalqları bir-birini oxuya bilsin. Stalin erməni,
gürcü əlifbalarına toxunmadığı halda, türk xalqları əlifbasının
yenidən dəyişdirilməsi üçün göstəriş verdi. Əlifba siyasəti elə
aparıldı ki, azərbaycanlı özbəyi oxuya bilməsin, uyğur türkmənin
nə yazğından baş açmasın, tatar qırğızın yazdığına həsrət qalsın.
Stalin 1939-cu ildə beynəlxalq vəziyyətin gərgin çağlarında türk
xalqlarının Türkiyə ilə əlaqəsini kəsdirdi, Krım türklərinə divan
tutdu! Güney Azərbaycanında inqilabı qanda boğmaq üçün şəfait
yarat-
Dostları ilə paylaş: |