393
dur. Şairin ictimai etirazları 80-ci illərin poeziyasında bir məqama,
bir mərama tuşlanmışdır: bəşəri humanizmin ifadəsi, beynəlxalq
imperializmin, rus sovet imperiyasının ifşası, bəşəriyyətin, millətin
azadlıq uğrunda mübarizəsi, milli hərəkatların təsviri və
tərənnümü.
Humanizm və vətənpərvərlik X.R.Ulutürk idealının tərkib
hissəsi club xəlqi-bəşəri məzmundadır. 80-ci illərin şeirlərindəki
humanizm, vətənpərvərlik və vətəndaşlığın ideya daşıyıcılarından
biri - şəxsiyyət və tale müəyyənliyidir.
80-ci illər poeziyasının bədii keyfiyyətlərindən biri başlıca
olaraq iki cür ideya xəttinin davam və inkişaf etdirilməsidir:
ictimai-siyasi haqsızlıqların, imperiyanın tənqidi və milli azadlıq
hərəkatının yetişməsi. Bu iki xətt sənətkarın humanizm və
vətənpərvərliyində daha qabarıq təzahürünü tapmışdır. X.Rza
Vətən - Xalq - Azərbaycan bütövlüyünü bütün bədii məqamlarda
gözləmişdir. Şairin humanizminin mənbə və axarları bu ülvi
qüdrətdən başlanğıc götürmüşdür.
1988-ci ildən X.R.Ulutürk tarixi şəxsiyyət, gerçəklikdə milli
xarakter müəyyənliyinə daxil olmuşdur. Həmin tarixdən başlayan
milli azadlıq hərəkatı şairi Vətən səngərinə çəkmişdir.
X.R.Ulutürkün milli idealı: Azərbaycanın müstəqil dövlət
müəyyənliyi və turançılıq ideyası birbaşa, açıq-aşkar ifadəsini 80-
90-cı illərin poeziyasında göstərmişdir.
X.R.Ulutürk 70-ə qədər poemanın müəllifidir. Şairin
poemalarına baxış onun yaradıcılığını bütövlükdə tədqiq etmək və
milli ideallarını həm də bu janrda izləməkdən irəli gəlmişdir. Bu
bölmədə həm də X.R.Ulutürkün lirik, lirik-epik poema, poema-
pamflet, poema-monoloqlarından danışılmışdır. “Gələcəksən
baharda” (1970), “Təbrizli şairin düşüncələri” (1970), “Həsrət”
(1971) əsərlərində azadlıq, mübarizə “Dədə sərvəti” kimi
qiymətləndirilir. 80-ci illərin “Hara gedir bu dünya”, “İki qardaşın
söhbə-
394
ti”, “Ağ günlərin qaraldımı”, “Çinar sınar, əyilməz”, “Məni bir
dərd yandırır”, “Qalx ayağa, Vətənim”, “Məktublar gedər-gələr”,
“O gün gələcək”, “Vətən oğlu” poemalarında lirik təhkiyədə İnsan
obrazı psixoloji-hissi məntiqdə, analitik-didaktik, patetik-
publisistik təsvirlərdə təqdim edilmişdir. Bu, insanın tarixə siyasi
etirazları, xalqın taleyinə vətəndaş yanğısının ifadəsi üçün əsas
olmuşdur.
“Ağ günlərin qaraldımı”, “Məktublar gedər-gələr”, “O gün
gələcək”, “Qalx ayağa, Vətənim”, “İki qardaşın söhbəti”, “Vətən
oğlu”, “Məni bir dərd yandırır” poemalarında azadlıq mübarizəsi
Təbrizin, Güneyin obrazı canlandırılmışdır. Bunlar vətənçilik
məfkurəsi ilə sıx bağlıdır.
“Şuşa səfəri poemasında Qarabağla, Şuşa ilə əlaqədar olaraq
tarixə, tarixi keçmişə epik təsvir görümü vermək yox, məntiqi
hökm və qənaətlərdə yanaşmaq ustalığı diqqəti cəlb edir. “Adımız,
soyadımız” (1965), “Yadındamı, Səmirə” (1986) poemalarında dil
dövlətçilik, türkçülük səviyyəsində dəyərləndirilmişdir.
“Məftillə sarınmış yaralar” və “Qanım bayrağıındadır”
poemaları 90-cı illərdə yazılmış, Azadlıq hərəkatı ideyasını, milli
ideal, xalq taleyi ilə bağlı poetik məramı canlı əks etdirmişdir.
“Qanım bayrağımdadır” (1991 - 1994) poeması 20 yanvar
şəhidlərinə həsr olunmuş, turançılıq tarixi ideya kimi bütöv
qavranılıb dəyərləndirilmişdir. X.R.Ulutürkün istiqlal mübarizəsi
yalnız milli hadisə ol-mayıb dünya azadlıq hərəkatının tərkib
hissəsidir. X.R.Ulutürkün adı gələndə Azərbaycanın şərəfli
mübarizə tarixi göz önündə canlanır. Xəlil Rzanın milli azadlıq
hərəkatının öndərlərindən olmaq missiyasının müqəddəm şərtləri
vardır. O, özünü siyasətçi, siyasi xadim kimi tanıtmaq istəyindən
uzaq olsa da, tarixi gerçəklik özü onu bu yola çəkib gətirmiş, Xəlil
Rza varlığında “tarix və şəxsiyyət”, “xalq və ziyalı”, “siyasətçi və
ziyalı”, “xalq
395
və şəxsiyyət” birliyini təcəssüm etdirmişdir.
X.R.Ulutürk Azərbaycan SSR Cinayət Prosessual Məcəlləsinin
67-ci maddəsi ilə milli ədavəti qızışdırmağa görə 6 yanvar 1990-cı
ildə həbs edilmişdir. SSRİ DTK-nm Lefortovo zindanına
salınmışdır. O, 26 yanvar 1990-cı il tarixdən 9 oktyabr 1990-cı
ilədək, 8 ay 13 gün Lefortovo zindanının izolyatorunda
saxlanılmışdır. Şair zindanda 2000 səhifədən artıq cildlər
yaratmışdır ki, bunun 196 şeirini azadlığa buraxıldıqdan sonra çap
etdirmişdir. Həmin şeirləri “Qıfılı o üzdən olan qapılar” adı altında
ümumiləşdirmişdir.
Zindan həyatı azadxalının özünüdərkinə bir daha baxışdır.
Azadlıq bahadırı belə həyatdan əsla darılmamış, sarsılmamış,
bədbin olmamışdır. X.Rzanın əsərləri müqəddəs kədərin ifadəsi
olan nikbin, ehtiraslı poeziyanın nümunələridir.
Ulutürk zindan şeirlərini yalnız siyasi motivlər, ideyalar
üzərində qurmuşdur. Zindan şeirlərində mübaliğə, təşbeh güclü,
romantik təsvir-təfərrüat artıqdır.
Tarixi həqiqətlər milli xarakterin varlığını, mənəvi-psixoloji
vəziyyətini müəyyənləşdirmişdir. X.R.Ulutürkün Lefortovo
şeirlərində mübarizə, qəhrəmanın fərdi aləmi, psixologiya və
mənəviyyatı şeirləşmişdir - xalq taleyi qəhrəmanlıq, şəxsiyyət,
xarakter mənasında bir fərdin üzərində müəyyənlik tapmışdır. Milli
ideal da həmin fərdin xarakterindən doğulmuşdur. Şair - milli
xarakter mənliyindən, dostlarından, Əşrəf Şəfidən aldığı şeirdən,
həyat yoldaşı Firəngiz xanım Ulutürkün ilahi məhəbbətindən,
məhəbbətin qadir gücündən qüvvət almışdır. Şair Firəngiz xanımı
dustaq qadını yox, Azadlığın gəlini kimi dəyərləndirmişdir.
Firəngiz məhəbbəti möhnətkeşlik və əzabkeşlik nümunəsidir!
Xəlil Rzanın Lefortovo şeirləri, əsasən lirik-ictimai, patetik,
lirik-poetik - etiraf, lirik - tonik, lirik - siyasi, lirik, lirik - epik
şeirlərdir. X.R.Ulutürk mürəkkəb tarixi
Dostları ilə paylaş: |