387
həm bilavasitə, həm də sətiraltı anlamlarda görünən Güney
mövzusu, “Araz”, “Təbriz” obrazları ümummilli ədəbiyyatda
olduğu kimi “Qatar gedər”, “Gedər” şeirlərində də şair kədərinin,
şair məqsədinin ideya daşıyıcıları olmuşdur.
İstiqlal məfkurəsi, ideologiyası X.R.Ulutürkün özünüdərkində
fəlsəfi-estetik baxışdır (“Nifrətim var”, “Meyar”, “Böyük sənətkar”
və başqaları). Mayası, cövhəri folklorda olan mənəvi azadlıq
ideyasının rişələri 60-cı illərin şeirlərindən gəlirdi. Vətənçilik
ideyası da 60-cı illərin poetik nümunələrindən başlamışdır.
80-ci illərin əsərlərində X.Rza bir ideoloq, azadlıq mücahidi,
istiqlal məfkurəsinin əzabkeşi, Vətənçi, xalqçı kimi görünmüşdür.
60-70-ci illərin əsərlərində milli şüur və məfkurənin təzahürü
sətiraltı fikir qatlarında təcəssüm olunmuşdursa, 80 - 90-cı illərin
yaradıcılığında bu, aşkar ideya keyfiyyətinə çevrilmişdir. Həmin
ideya-məfkurənin canlı təcəssümü, əsasən, imperiyanın kəskin
ifşası, Azərbaycan xalqının milli müstəqilliyi, suverenliyi, dövlət
yeni istiqlalçılıq ideologiyası ilə bağlıdır.
80-ci illərin şeirləri milli məfkurənin qüdrətli çağırış ruhu ilə
seçilmişdir. Bu mübarizə şairin proqramına, həyat idealına
çevrilmişdir. Şairi mübarizəyə qaldıran mənəvi-daxili təkan geniş
mənada müqəddəs milli kədərdir. 80-ci illərin əsərlərində şair
“Mən”i mənəvi-psixoloji məqamlarını ilk əvvəl mövcud mühitə
tənqidi, ifşaçı baxışdan almışdırsa, 80-ci illərin axırlarına doğru
Azərbaycanın milli həyatında mürəkkəb tarixi-siyasi hadisələrin
baş verməsi ilə həmin milli “Mən” bilavasitə azərbaycançı,
istiqlalçı, sovet imperiyasına qarşı işfaçı və azadlıq bahadırı kimi
konkret xüsusiyyətlər kəsb etmişdir. Bu illərin həyatında və
poeziyasında mövcud milli “Mən” təlatümlü, qaynar lirik
polifoniyadan çıxaraq, onunla birlikdə üsyankar, patetik-publisistik
səciyyəli üslubu da aşkarlamışdır.
388
Şairin milli-estetik idealı Azərbaycanın taleyi ilə möhkəm
bağlıdır. Vətənin, xalqın idealları ilə bağlı problemlərin poetik
ifadəsi tarixlə, cəmiyyətin mürəkkəb, təzadlı həyatı ilə müvazi
inikas etdirilmişdir. 60-70-ci illərin poeziyasında lirik-romantik
polifoniya, ideya-bədii mündəricə daha da zənginləşmişdir. Həmin
tarixi-estetik anlayışlar 80-ci illərin poetik nümunələrində vüsətli
siqləti ilə seçilmişdir. Dövrün axırlarından başlayaraq, lirik-estetik
“Mən” milli “Mən”ə doğru istiqamətlənmiş, 80-90-cı illərin
əsərlərində isə milli xarakter, tarixi-bədii şəxsiyyət müəyyənliyi
kəsb etmişdir.
60-cı illərin əsərlərində (1960-1964) xalq, vətən müəyyənliyi
yalnız dünya gerçəkliyi ilə paralellərdə, müqayisələrdə, lirik-
romantik təsvir və tərənnümdə təzahür olunmuşdur. Həmin
şeirlərdə xalqın aydın, müəyyən, birbaşa bədii doğuşu, həyat və
mənəviyyat aləmi, estetik idealı demək olar ki, görünməmişdir.
Estetik ideal, xalq və vətən məfhumları bir çox şeirlərdə motiv,
ideya və ya simvollar şəklində təzahür etmişdir.
X.R.Ulutürk yaradıcılığında azərbaycançılıq: vətən və xalq
taleyi eyni zamanda milli ideologiyanın daxili keyfiyyəti kimi
özünü göstərmişdir. Azərbaycançılıq (vətənçilik) Xəlil Rza
dünyabaxışında ardıcıl bədii sistem olub, milli ideal və xalq taleyi
deməkdir.
Şairin xalqçılığından danışmaq XIX əsrin rus inqilabçı
xalqçılığından və ya Avropada mövcud olmuş xalqçılıq tipindən
danışmaq demək deyildir. Ulutürkün xalqçılığı əslində
azərbaycançılığın, vətənçiliyin tərkib hissəsi olmuşdur. Yəni
Azərbaycan yalnız azərbaycanlıların yox, həm də onlarla birgə
qeyri-azərbaycanlılarının: lezgilərin, talışların və başqalarının
vətənidir. Şair bu səbəbdən də sadvalçılıq, talışçılıq (Ləzgistan,
Talış-Muğan) kimi niyamçı siyasi təmayülləri ciddi surətdə
pisləmişdir. Ulutürk separatizm, şovinizm və nihilizmin düşməni
olmuşdur. Böyük sənətkar əsərlərində etnik qruplara, milli
azlıqlara,
389
millətlərarası iqtisadi-mədəni birliyə, münasibətlərə, bəşəriliyə
əsaslanan xalqçılığı, azərbaycançılıq və vətənçiliyi təbliğ etmişdir.
X.R.Ulutürk yaradıcılığında vətənçilik, türkçülük və xalqçılıq-
məfkurəsi önəmli bədii-ideoloji keyfiyyətdir. Vətənin bütövlüyü,
onun taleyi X.R.Ulutürkün şəxsiyyət və yaradıcılığında ciddiyyəti
ilə görünən problemlərdəndir. Güney Azərbaycanı mövzusu
Ulutürk yaradıcılığında aparıcı mövzularda n biri olmuşdur.
“Sağlıq, yaxud vəsiyyət” (1962) şeiri Vətənin bütövlüyünə birbaşa
münasibət əsasında yazılmışdır. “Oğlum Təbrizə” (1964),
“Təbrizim mənim” (1965 - 75), “Anam layla çalır” (1966), “Gözün
aydın, Azərbaycan” (1969), “Xiyabani yurdunda” (1975), “Qatar
gedər”, “Səsin gəlsin, Təbrizim” (1980), “Xudafərin körpüsü”
(1980) şeirlərində epik təsvirə meydan yoxdur; lirik mühakimə,
məntiqi məna ilə aşılanmış təhkiyə və intonasiya xasdır. Güney
şeirləri milli ideallarla, Vətən taleyi ilə aşılanmış siqlətli poetik
nümunələrdir. Həmin əsərlərin qanı, vicdanı, oyadış ruhu çox
güclüdür.
X.R.Ulutürkün poeziyasında xalqın həyat və məişəti,
psixologiya və mənəviyyatı epik təsvir və təhkiyə əsasında deyil,
psixoloji-mənəvi məqamların (hərçənd ki, bunlar da lirik
“nüvədən” sərf-nəzər deyil) bədii ifadəsində daha çox aydınlıq və
konkretlik tapmışdır.
60-cı illərin əsərlərində milli varlığa baxış üslub xüsusiyyəti
kimi başlıca olaraq psixoloji-mənəvi məqamlarda: bədii təsdiq
məzmununda, nəqli poetik sintaksisdə, adi intonasiya və lirik-
romantik mühakimələrdə qabarıq duyulmuşdur. Həmin onilliyin
axırlarına doğru yazılmış əsərlərdə intonasiya, ahəng dəyişir,
həyatın, cəmiyyətin təzadları, demokratiya, azadlıq və sərbəstlik
meylləri güc-ləndikcə lirik intonasiya, lirik-romantik publisistika,
müraciət, münasibət, etiraz, inkar yönündə dinamikliyini artırır;
sənətkar mövqeyi, ideal və məram, köhnənin inkarı, yeninin təsdiqi
pafosunda üzə çıxır.
Dostları ilə paylaş: |