374
birliyi elmi, bədii və publisistik vəhdətdə təcəssüm etdirmişdir. Bu
baxımdan şairin tarixi, elmi-tarixi memuarlarında ibrətli
məqamlarla üzləşirik. Onlardan bəzilərinə diqqət yetirməyi
əhəmiyyətli hesab edirik.
“Ənkə”, yaxud “anka” - böyük, ulu deməkdir. Hecalara
ayırmalıyıq. “an-ka” birinci heca göy, ikinci heca yer deməkdir.
“Yer” – “ata”. Deməli, “ənkə” ata-ana birliyidir, ulu və əcdaddır,
kişinin yeddi arxa dönənidir.
...Sibirin ən böyük çaylarından biri olan “Ankara” da
ənkə//anka anlayışı ilə ilgilidir. Həmin çaya bu adı Sibir türkləri
verib. Qara//kara sözünün türkcə ikinci mənası böyük, ulu
deməkdir. Ankara ulu, böyük çaydır... “Ana” sözü də anka
anlayışından törəmişdir. Çünki “ana” sözü də göyün, yerin gücünü
birləşdirir, atanın da qüvvəsini qəbul edir, bətninə köçürür. Türk
anlayışına görə həyatda hər şey cütdür, hər xilqətin əkiz tayı vardır:
göy - yer, ata - ana, gecə - gündüz, Ay - günəş, su - od, şər -xeyir,
Qaraqoyunlu - Ağqoyunlu, Kür - Araz, uçuran - quran...” (4 avqust
1984-cü il tarixli gündəliyindən) [318].
X.Rza gündəliyində davam etdirir ki, Kür ilə Araz birliyində
türk təfəkkürü, türk düşüncəsi qərarlıdır. “Türk təfəkkürünə görə
Kür ilə Araz iki qardaşdır. Birincisi dağıdan, yığan, quran
qüvvədir, buna görə də ona Dəli Kür deyilir. İkincisi ağıllı
qardaşdır. Araz adlı bu qardaş quran, ucaldan, yaradan qüvvənin
timsalıdır. “Su” pozur, işıq qurur, yaradır. Su ilkindir, işıq
ikincidir. Araz işıq, nur timsalıdır. Su dağıdan qüvvə olduğuna
görə enir, hopur yerə, işıq isə quran qüvvə olduğuna görə qalxır
ucalığa, göyə. Həyat bunların ikisinin vəhdətidir, göylə yerin, işıqla
suyun birliyi! Buna görə də qədim türklər həm suyu müqəddəs
sayıblar, həm də odu, işığı. Firdövsinin “Şahnamə”sinə Əfrasiyab
adı ilə düşmüş Alp Ər Tonqa əslində “su” tanrısıdır (4 avqust
1984-cü il tarixli gündəliyindən) [318].
375
X.Rzanın “başının ağrıdığı” çağlar daha çox ana dili məsələləri
ilə bağlı olmuşdur. Təkcə “Ana dili” şeirinə görə şair 8 aydan artıq
“dindirilmiş”, MK səviyyəsində gedən müzakirə və mübahisələrə
çəkilmişdir. Bu barədə yuxarıda ətraflı bəhs etdiyimizdən təfsilat
vermirik (Bax: dissertasiya, s.163-168.)
Xəlil Rza vicdanlı ağılla doğma dilinin keşiyini çəkmiş, dilin
qüruru, təmizliyi, varlığı harada yaşayırsa, oraya yeni nəfəs
ötürmüşdür. O, Şəhriyarın “Heydərbabaya salam” poemasının
yazılma səbəbləri və milli məziyyətlərini Ana dilinə münasibət
baxımından dəyərləndirmişdir. Şəhriyar xəstə olanda anası ona baş
çəkməyə gəlmiş, farsca yazılarından heç nə başa düşülmədiyini
söyləmiş və doğma kənd, təbiət və insanlarla bağlı xatiratlar
danışmışdır. Bunlar Şəhriyarın ürəyində gizli-gizli qaynayan vətən
çeşmələrinin gözünü açmış və belə bir misilsiz səmimiyyət
nümunəsi olan bir əsərin yaranmasına gətirib çıxarmışdır (1964-cü
il tarixli gündəliyindən) [318].
X.R.Ulutürk ardıcıl olaraq milli ideallarla, xalq taleyi
problemləri ilə yaşamışdır. Yaradıcılığının bütün istiqamətlərində
bunu təzahür etdirmişdir. X.Rza dil və mədəniyyət birliyi kimi,
coğrafi-ərazi birliyinin yorulmaz təbliğatçısı olmuşdur. Cənubi
Azərbaycan məsələsi onun bütün yaradıcılığından qırmızı xətlə
keçmişdir. Sənətkarın çoxsaylı şərqşünas və türkoloqların iştirak
etdiyi məclisdə Yusif Ziya Şirvanlı demişdir: “Bu qədəhi içirəm
vahid Azərbaycanın sağlığına! Mən inanıram ki, bütün dünyada
demokratiyanın, xalq səadətinin dayağı sayılan Sovetlər birliyi
bizim Arazın o tayındakı Vətən torpağına nicat verəcək. Ancaq
anlamıram ki, Qərbi Ukraynam, Qərbi Belorusiyanı xilas edən əllər
niyə qısaldı?... Mən inanıram ki, Azərbaycan xalqının günahsız
tökülən qanı yerdə qalmayacaq. 137 ildən bəri davam edən tarixi
ədalətsizlik aradan qaldırılacaq, dili, qanı, ürfam bir olan xalq milli
birliyə
376
qovuşacaqdır!” (20 dekabr 1969-cu il tarixli gündəliyindən)[318].
Həmin sağlıq üstündə Y.Z.Şirvanlı həbs edilmişdir. Onu
“panazərbaycanizm” üstündə ittiham etmişlər. Y.Z.Şirvanlı.
“Dedim ki, Ukraynanın birləşməsini diləy-ən adamı panukraynaçı
sayırsınızsa, onda mən də bu damğanı üstümə götürürəm: mən
panazərəm! Əlbəttə, sonralar bu ittiham ləğv edildi” (20 dekabr
1969-cu il tarixli gündəliyindən) [318]. Göründüyü kimi,
X.R.Ulutürk 60-cı illərdən başlayaraq, poeziya, publisistika və
tənqiddə də xalq taleyini, Azərbaycan bütövlüyünü inikas
etdirmişdir.
X.R.Ulutürk “Millilik - sənətkarın şüurlu fəaliyyətindən
doğmalıdır” (1971), “Milli özəlliklər” (1971) məqalələrində
Azərbaycan birliyi ideyasına geniş yer vermiş, B.Azəroğlu,
H.Bülluri, S.Tahir, Ə.Tudə, M.Gülgün və başqaları ilə bağlı elmi-
tarixi memuarlarında Güney və Quzey Azərbaycanın birliyi ideyası
olmaq etibarilə Şəhriyar, Q.Beqdeli, onların tarixi, iqtisadi və
sosial-siyasi fikirlərini ümumiləşdirmişdir. 90-cı illərə aid olan
memuarlarında Güney mövzusu xüsusi yer tutmuşdur.
Milli özünüdərk, milli şüur və məfkurə, humanizm və
vətənpərvərlik, azadlıq, sülh, müstəqillik məsələlərini əhatə edən
mental fikir və düşüncələr S.Vurğun, M.Müşfiq, R.Rza, Şəhriyar.
Ə.Cəfər, İ.Şıxlı, B.Vahabzadə, S.Tahir, Qabil, H.Arif, C.Novruz,
M.Araz, Ə.Kürçaylı, S.Rüstəmxanlı, Mirzə Cavad və başqaları ilə
bağlı gündəliklərdə (memuarlarda) konkret ifadə olunmuşdur.
Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi, azadlıq,
müstəqillik idealları ilə bağlı olan ideya qaynaqları 80-ci illərin
ikinci yarısı və 90-cı illərin memuar yazıları üçün səciyyəvidir.
1988-ci ilin qovluğunda “Tələblərim” başlıqlı gündəlikdə
deyilirdi:
1. Müsəlmanların ermənilərin əcdadlarına tarixi düşmən
olduğunu unutmamaq üçün gələcək nəsillərə yazılıb
Dostları ilə paylaş: |