377
əmanət qoyulmuş kitabı (erməni şairi tərəfindən) erməni ailələri
hazırda öz qızlarına cehiz verirlər. Bu nə deməkdir? Bunu
yazanlarla, buraxanlarla və əzizləyib saxlayanlarla dövlət orqanları
nə üçün məşğul olmurlar?
2. 1918-ci ildə türklərin ermənilərə vurduğu tələfatı 1988-ci ilin
fevral ayında lentə köçürüb Yerevanda nümayiş etdirməkdə
məqsədin nədən ibarət olduğunu dövlət orqanları nə üçün
soruşmurlar? Bu, ədavət qaldırmaq deyilmi? Millət qırğınına səbəb
olmazmı?
3. 1949-50-ci illərdə Ermənistandan Azərbaycana köçüb gələn
neçə minlərlə müsəlman ailəsi nə səbəbə köçürüldülər? Həmin
zamanda Azerbaycandan Ermənistana heç erməni ailəsi
köçürüldümü, köçüb getdimi? Köçməyin və ya köçməməyin
səbəblərini bilirsinizmi?
80-ci illərdə X.Rzaya müraciət olunan və onun da yuxarı
orqanlara çatdırdığı tələblərin mahiyyəti daha dərin və kəsərlidir.
1988-ci ilin 16 və 18 mayıs tarixli gündəliklərində deyilirdi:
“Azərbaycan xalqının milli və mənəvi birliyini təmin etmək üçün
Cənubi Azərbaycan Komitəsi yaradılsın”, “Azərbaycan dövlət
dilinin hüquqları yerinə yetirilsin!”, “Bakıda yaşayan ruslar və
başqa millətlər Qarabağ məsələsi ilə əlaqədar konkret fikirlərini
söyləsinlər”, “Qarabağdakı abidələrdə tariximizin yaddaşı yatır.
Onun bərpasında işləyən erməni ustaları rədd olsun!”, “Erməni
dilində Azərbaycan televiziyası və radiosunda gedən verilişlər ləğv
edilsin”, “Naxçıvanla Təbriz arasında əlaqə yaradılsın”, “Rədd
olsun televiziyanın erməni dilində proqramı”, “Xudafərin
körpüsünə toxunulmasın! Onlar bizim cənublu qardaşlarımızla
birləşməyə olan ümidimizdir! [318].
1988-ci il qovluğunun 129-130-cu səhifələrində X.Rza
Z.Balayanın “Ocaq” və “İstoriya armyanskoqo naroda”
kitablarından sitatlar gətirərək, onların azərbaycanlılara olan mənfi
münasibətini göstərir. “Ocaq” kitabında İrəvan xanlığı və onun
tarixi, Azərbaycan, o cümlədən, sovet
378
Azərbaycanının indiki ərazisi Şərqi Ermənistan, başqa sözlə,
“Böyük Ermənistan” kimi təqdim edilir. X.Rza tələb edir ki,
erməni müəlliflərinin kitablarındakı tarixin saxtalaşdırılması
faktlarını öyrənən xüsusi komissiya yaradılsın. Həmin
komissiyanın topladığı materiallar şərhləri ilə birlikdə Azərbaycan,
erməni və rus dillərində nəşr edilsin. Qarabağın tarixinə aid olan
ədəbiyyat yenidən çap olunsun. Qarabağın tarixi ləngidilmədən
öyrənilsin. Və tarixi materiallar geniş xalq kütlələrinə çatdırılsın.
X.Rza Qarabağ hadisələri törəyəndə bir ideoloq, mücahid və
azadxah kimi fəaliyyətə başlamışdır. Onun siyasi-ideoloji
fəaliyyətinin əsasları 1998-ci ildə Firəngiz xanım Ulutürkün
tərtibatı, İmran Xəlilovun redaktorluğu ilə çap olunuş “XəliI Rza
Ulutürk Lefortovo zindanında” elmi-tarixi memuarında ifadə
edilmişdir. Kitab X.R.Ulutürkün 1988-93-cü illər həyatının tarixi
əksidir. Xəlil Rza mitinqlərə çıxanda irəlicədən çıxışlarının baş
cizgilərini müəyyənləşdirmiş, elmi və siyasi səbatla əzəmətli
nitqlər etmişdir. İndiyədək çap edilməmiş həmin tezislərin bir
neçəsini təqdim edirik.
1. Azərbaycan hüquqçularının cəmiyyəti təşkil olunsun. Bu
cəmiyyət SSR-nin ədliyyə orqanlarına, BMT-yə, İnsan hüquqlarını
qoruyan təşkilata, beynəlxalq məhkəməyə üz tutsun.
Ermənistandan öz dədə-baba torpaqlarından qoparılmış 300 min
türk azərin tapdanmış hüquqları barədə məsələ və cinayət işi
qaldırılsın. Daşnaklərin türkazər millətinə qarşı əsrin əvvəllərindən
başlamış soyqırımları ifşa olunsun.
2. Qafan rayon mərkəzini və kəndlərini, Basarkeçər mahalını,
Zəngibasar elatını, Göyçə mahalını, Arpaçay vadisini, Dilican
dərəsini və Dilican rayonunu, Ararat ovdanını, İrəvan xanlığı
torpaqlarını
və klassik Azərbaycanın digər
ərazilərini
Azərbaycandan qoparmış velikorus şovinizmi, çar hökuməti və
onun sovet dövründəki varisləri ifşa edilsin. Həmin torpaqların
Azərbaycana qaytarıl-
379
ması tələbi Azərbaycan SSR Ali Sovetinin diqqət mərkəzində
dayansın!
3. Doğma Qarabağı və yuxarıda adlarını çəkdiyim Türkazər
torpaqlarını erməni daşnaklarından tamamilə təmizləmək üçün
bütün bəşəriyyətə, Sovet İttifaqı xalqlarına, Qərbə və Şərqə, islam
türk dünyasına və bu sırada İrana, Güney Azərbaycanına xitab
ediriz, onlardan maddi və mənəvi yardım istəyiriz! Cənubi
Azərbaycan xalqı öz klassik xəritəsini, dədə-baba torpaqlarını
silahı və qanı ilə qorumağa borcludur. Qardaşlarımızı,
həmvətənlərimizi öz müqəddəs borclarını yerinə yetirmeyə
çağırırız.
4. Bir nömrəli düşmənimiz biganəlikdir, daşnak təbliğatına
uyanlardır.
5. DTK sisteminə soxulmuş 12 erməni zərərsizləşdirilsin.
6. DİN sisteminə soxulmuş velikorus şovinistləri ifşa olunsun.
X.R.Ulutürk 24 sentyabr 1989-cu il tarixli mitinqdəki nitqinin
baş cizgiləri Azərbaycan türklərinin dini, əxlaqi, ideoloji, cismani
soyqırımı əlifba siyasəti, “yenlənən” ziyalı məsələləri ilə bağlı
olmuşdur.
23 oktyabr 1989-cu il tarixli mitinqdə çıxışının baş cizgiləri
daha ciddi məramları işıqlandırmışdır. Proqramda deyilirdi:
1. Aşkarlama və demokratikləşdirmə yalnız görkəmli
şəxsiyyətlərin işi deyil, tarixin hərəkətidir. Qaragüruhun, irqçiliyin,
milli ədavət salanların bütün cəhdlərinə baxmayaraq, bəşəri
tərəqqinin qarşısını almaq mümkün deyil. Sivilizasiya irəliləyir,
bizim milli mübarizəmiz bəşəriyyətin azadlığı, səadəti uğrunda
gedən mübarizənin tərkib hissəsidir. Buna görə biz sionizm,
velikorus şovinizmi, erməni daşnakçılığı ilə vuruşa-vuruşa
bəşəriyyətin vicdanına üz tuturuq, ruslan, ingilisləri, almanları,
yaponları, çinliləri, farsları, ümumən, bütün millətləri, öz xalqını
təmsil etməyə qadir olanları bu mübarizəyə qovuşmağa
Dostları ilə paylaş: |