384
olunmuşdur.
Vətənçilik və azərbaycançılıq şüuru X.R.Ulutürk poeziyasında
böyük ümumtürk mənəviyyatından, dilindən və dinindən nəşət
almışdır. Ümumtürk vəhdətində mövcud milli “Mən” özünü dərk
etdikcə türkçülük, islamçılıq, ürfançılıq, baxışları da
dərinləşmişdir. X.R.Ulutürk türkçü, azərbaycançı, xalqçı, vətənçi,
istiqlalçı şair olmuşdur. Həmin məsələlərə xüsusi yanaşılmış, Xəlil
Rzanı türkçülüklə, azərbaycançılıqla, xalqçılıqla bağlayan məfkurə
xüsusi başlıqlar altında tədqiqata cəlb olunmuş, həmin baxışların,
ictimai-siyasi və bədii keyfiyyətləri izahını tapmışdır.
X.R.Ulutürkün milli özünüdərkində İnsanın fəal heyat
mövqeyinə xüsusi poetik nəzər vardır. Həmin fəallıq mənfiliklərlə
üz-üzə gələndə yenini göstərmək meyllərində, özünütəsdiqdə və
ictimai ədalətsizliklərlə qarşılaşanda barışmazlıq mövqeyində
müəyyənlik tapmışdır. Xəlil Rzanın fərdi fəallığı sadəcə şair
fəallığı olmamış, bu, milli-bəşəri səciyyə daşımışdır. Şair mövcud
mühitə öz içindən baxmış, onlara ictimai-siyasi və milli “Mən”ini
aşılatmaq istəmişdir. Buna görə də X.Rza poeziyası polifonik
cəhətləri ilə poetik üslublar sistemindən ayrılıb fərdiləşmişdir.
Daxili fəallıq, narahatlıq X.R.Ulutürk poeziyası və
şəxsiyyətinin ruhu olmuşdur. Güclü ictimai fəallıq şeirlərini
adilikdən çıxarmış, onlara zəngin hiss və emosiya aşılamış,
müdriklik, etik-estetik və ictimai-fəlsəfi məzmun gətirmişdir.
X.R.Ulutürkün milli özünüdərkinin bədii məzmunu 60-cı illər
yaradıcılığında əksini tapmış, vaxt keçdikcə güclənmişdir. Xalqın
bədii dünyagörüşünün ifadəsi daha qabarıq olan əsərlərdə fəlsəfi
düşüncələr mücərrəd, romantik xarakter daşımamış, güclü həyati
zəminə, realizmə əsaslanmışdır.
XIX əsrin 50-ci illərindən rüşeymlərini göstərən, 70-
385
80-ci illərdə mənəvi inkişafı sürətləndirən milli şüur həm də
özündə milli məfkurə və idealı yetişdirmişdir. X.R.Ulutürkün
yaradıcılığında milli məfkurə 60-cı illərin poetik nümunələrindən
əksini tapmışdır. Həmin şeirlərin leytmotivində əsasən
Azərbaycanın ərazi bütövlüyü, onun imperiya istismarından xilası,
dövlət müstəqilliyinin təmin olunması kimi ideyalar durmuşdur.
Milli idealın, xalq taleyinin mərkəzində isə mövcud milli “Mən” –
Xəlil Rza Ulutürk ömrü dayanmışdır.
1980-ci ildə və ondan sonra çap olunmuş kitablar: “Məndən
başlanır Vətən”, “Uzun sürən gənclik”, “Davam edir 37” və
başqaları Xəlil Rza Ulutürkün istiqlalçılıq məfkurəsinin poetik
təcəssümüdür. 60-cı illərin şeirlərində sənətkar erməni daşnakları,
rus və fars şovinizminin siyasi düşmən olduğunu dərk etmiş və
bütün bunlara mətnarası etirazını bildirmişdir. Milli məfkurə şairin
tarixi özünüdərkindən, fərdi poetik “Mən”indən başlamış, getdikcə
vüsət alaraq dünyaya, bəşəri dərkə mənəvi keçid olmuşdur.
Milli “Mən” ilk əvvəl şair varlığı, özünüifadəsi ilə obrazlaşmış
və xalqı, Vətəni dərklə doğulmuşdur. Mövcud bədii “Mən” özünün
böyüməsini, inkişafını, çəkişib-bərkiməsini Vətənə mənən
yaxınlaşmasında görmüşdür.
X.R.Ulutürkün məslək və əqidə yaşantıları 60-cı illərin
şeirlərindən başlamışdır. Şairə görə məsləkə, məfkurəyə yetməklə
Vətənin doğuşu, milli özünüdərki başlanır. Bu məqamda o,
Z.Göyalp,
Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, M.F.Köprülüzadə,
İ.Qasprinski, C.Əfqani, ədəbi olaraq H.Cavid, M.Hadim, A.Şaiq,
A.Səhhət, M.Ə.Sabir, Ə.Cəfər, M.Yurdaqul, Y.Qədri, O.Seyfi,
X.Ədib, Y.V.Çəmənzəminlini öyrənmiş və başqalarının türkçülük
məfkurəsinə yiyələnmişdir.
Milli “Mən” yalnız Vətəni özünüdərklə hüdudlanmış, özünə
geniş mənada “Mən Şərqəm” fəlsəfi bütövlüyündə yanaşmışdır;
Qərbi də özündə birləşdirməklə dünyanı
386
dərkə can atmışdır. Şairin məfkurəsində gözəlliyi dərk etmək
idraka doğru gedilən yol deməkdir. Şairə görə gözəllik idealını
dəyərləndirmək yalnız sevinc emosiyasına görə deyildir, həm də
müqəddəs Vətən, millət kədərinə yiyələnmək, Vətən ruhunda
tərbiyə olunmaqdır. Şairin məsləkinin doğuşu da insanın azadlıq
qüdrətindən, məfkurəsindən vüsət almışdır.
X.Rzanın azadlıq haqqında fikirləri yalnız çağdaşlıq,
müasirlikdən müəyyənlik tapmamış, qədim, mifik, tarixi, əfsanəvi
hadisələrdən belə başlanğıc götürmüşdür. Spartak, Babək, Koroğlu
cəngisi, Nəbi nərəsi, Misri qılınc Xəlil Rza idealının hərəkətverici
qüvvəsi olmuşdur. “Məşəl silahlar”, “Babək”, “Gedər”, “Əbədi
məşəl” və başqa şeirlərdə azadlıq ideyası tarixi motivlər əsasında
simvol-laşdırılmışdır. Həmin şeirlərdə milli şüuru, məfkurəni
oyadan rəmzlər Cavanşir, Babək, Misri qılınc, Nəsimi, Sabir, Od,
Dağ, Təbriz xalısı, Dədə Qorquddur.
Şair müstəmləkə, əsarətdən qurtuluş düşüncələrini 70-ci illərin
şeirlərində milli məhdudluqla ifadə etməmişdir; o, beynəlxalq
mövzuda yazdığı şeirlərində belə özünün milli ruhunu əks
etdirmişdir; bəşəridə milli, millidə bəşəri ideal axtarmışdır.
60-70-ci illərin şeirlərində milli məfkurə ilə bağlı düşüncələr,
ideyalar sızmalar şəklində özünü göstərmişdirsə, 70-ci illərin
axırları, 80-ci illərin əvvəllərində böyüyərək etirafa, elana
çevrilmişdir. Şair “Mən”i milli məramından söz açmış, onun
miqyası fərd, sonra məmləkət və millət hüdudlarına qədər
genişlənmişdir.
Ulutürkün dünyabaxışında dil əxlaqda, ruhda, mənəviyyatda
özüldür. Milli dilə verilən qiymət yalnız milli düşüncənin
səciyyəsini əks etdirmir, o, həm də məfkurə, millət aydınlığı, əzəli
və əbədi bir varlıqdır.
Milli məfkurənin tərkib hissəsi kimi Vətənin vəhdəti,
xalqçılığın ərazi-mənəvi bütövlüyü Xəlil Rza yaradıcılığında
önəmli problem olmuşdur. 60-cı illər şeirlərində
Dostları ilə paylaş: |