380
çağırırız.
2. Qara qüvvələr çox çalışır ki, türk və islam birliyini
parçalasın. Azərbaycanı içəridən darmadağın etsin, lahıc, talış, tat,
ləzgi, kürd kimi etnik qrupları Azərbaycan türklərinin üstünə
yeritsinlər. Buna nail olmayacaqlar. Yenidənqurma,
demokratikləşdirmə milli ədavət ilə bir araya sığmaz.
3. Mənim atam Rza kişi Xəlil oğlu 1943-cü ildə müharibədən
17 yara ilə qayıtdı, 47 yaşında bu yaralardan vəfat etdi. Təbriz
uğrunda gedən döyüşlərdə ölmədi. ADR uğrunda çarpışmalarda
ölmədi. Səttarxan, Xiyabani, Doktor Tağı Ərani, Seyid Cəfər
Pişəvəri kimi böyük tarixi şəxsiyyətlərimizin idealları ilə bağlı
vuruşmalarda ölmədi. Bu cür ölüm bəlkə mənə qismət oldu.
Atamdan on yaş böyüyəm. Mən, 57 yaşlı Xəlil Rza belə bir şanlı
ölüm axtarıram.
X.R.Ulutürk 17 noyabr 1989-cu il tarixli mitinqdə Azərbaycan
KP MK katibi Ə.Vəzirovdan tələblərinin əsas cizgiləri belə
olmuşdur:
1. Bakıda və ümumən Azərbaycanda bütün qara heykəllər
uçurulsun: S.Şaumyan, S.M.Kirov, S.Orconikidze qaragüruhuna
son qoyulsun. Mirzə Davud Hüseynov, Əliheydər Qarayev kimi
milli satqınlar ifşa olunsun.
2. 318 min didərginə, Fərqanədən qovulan türklərə yardım üçün
SSRİ büdcəsindən ayrıca fond ayrılsın, bu məsələyə dair Moskva
qarşısında vəsatət qaldırılsın.
3. Azərbaycan və özbək xalqları arasında böyük mədəniyyət
körpüsü sayılan Məqsud Şeyxzadəyə dair doktorluq əsərimin
Daşkənddə rusca və özbəkcə basılması təmin edilsin. Özbəkistan
KP MK qarşısında buna dair vəsatət qaldırılsın.
4. Planetin 300-dən çox şairindən etdiyim çevirmələr və öz
orijinal əsərlərim on cild həcmində Azərnəşrin planına daxil
edilsin. Nəsr əsərlərim, gündəliklərim basılsın.
X.R.Ulutürk Azərbaycan SSR Ali Soveti binası önündə
381
31 oktyabr 1989-cu II, 17 noyabr 1989-cu il tarixli mitinqlərdə
çıxış edərkən, velikorus şovinizmini, Kirovu, MK katibi
Ə.Vəzirovun yeni xəyanətlərini ifşa etmişdir. Onun 16 noyabr, 22
noyabr 1989, 8, 9 ocaq, 14 ocaq, 15 ocaq, 19 ocaq, 23 ocaq, 26
ocaq, 27 ocaq, 28 ocaq, 29 ocaq, 30 ocaq 1990-cı il tarixli
gündəliklərində ömrünün tarixi məqamları ifadə olunmuş və
“Lefortovo zindanı” kitabında çap etdirilmişdir. Şairin zindan
həyatının “günləri” tarixi ardıcıllıqla həmin elmi-tarixi
memuarlarında özünə yer tutur.
Xəlil Rza Ulutürk zindandan azad edildikdən sonra da ictimai-
siyasi fəaliyyətini davam etdirmiş, S.Lazo adına 18 nömrəli Kirov
seçki dairəsindən deputatlığa namizədliyi irəli sürmüş, 3318 səs
toplayaraq, birinci yerə çıxmış, lakin seçkinin nəticələri
saxtalaşdırıldığından o, xalq deputatı ola bilməmişdir. Bununla
əlaqədar olaraq onun vəkilləri, müdafiəçiləri müvafiq orqanlar
qarşısında məsələ qaldırsa da, faydasız olmuşdur (Şairin
arxivindən. “Lefortovo məhkəmə sənədləri” qovluğu. 15 noyabr
1990; Azərbaycan Respublikası prezidenti Ayaz Mütəllibov
yoldaşa. Azərbaycan Respublikası Xalq Deputatlığına seçkilər üzrə
Mərkəzi Seçki Komissiyasına müraciəti. Bakı, 17 dekabr 1990-cı
il) [318].
Azərbaycan-Türkiyə, İran-Naxçıvan dövlət əlaqələrində yaxın
iştirak etmiş X.R.Ulutürkün 1990-1994-cü illər həyatının mühüm
səhifələri Türkiyə, Almaniya və Fransa ilə bağlı olmuşdur.
Xəlil Rza Ulutürk Azərbaycanın haqq işinə, onun gələcəyinə
həmişə inamlı olmuşdur. 18 mayıs 1988-ci il tarixli mitinqdə
demişdir:
- Ey əlli milyonluq Azərbaycan! Ey 200 milyonluq türk
dünyasının, bir milyardlıq İslam aləminin şah budağı! Ey dünyanın
mədəniyyət və qəhrəmanlıq tarixinə Atilla, Dədə Qorqud, Koroğlu,
Uzun Həsən, Nəsimi, Çingiz xan, Cəlaləddin, Cavad xan, Dəli Alı
kimi ölməzlər, Füzuli,
382
Saib Təbrizi, Səttarxan, Xiyabani, doktor Tağı Ərani, Şəhriyar,
Cavid və Üzeyir bəy kimi qılınc, qələm bahadırları vermiş
məmləkətim! Bir-birinə toxunmadan dayanmış bu 700 minlik
izdihama, millətə, bu millətin nümayiş mədəniyyətinə, intizam və
səliqəsinə baxanda fikirləşirəm ki, sən bütün əngəl və maneələri
qıra biləcəksən, bütün arzularına çatacaqsan! (18 mayıs 1988-ci il
tarixli gündəliyindən) [318].
Biz X.R.Ulutürkün elmi-tarixi memuarlarında millilik və
xalqçılıq məsələləri ilə bağlı olanlara diqqət yetirdik. [84]. Onun
memuarlarının geniş surətdə araşdırılması isə xüsusi tədqiqatın
mövzusudur.
Xəlil Rza Ulutürkün qüdrətli ictimai-siyasi poeziyası, ədəbi-
tənqidi görüşləri, bədii tərcümə və publisistikası, elmi-tarixi
memuarları ədəbiyyatımızda, ictimai fikir tariximizdə orijinal
ədəbi hadisə olub, milli-bəşəri idealları və xalq taleyi problemlərini
daha yüksək səviyyədə təcəssüm etdirmiş, görkəmli şair, filosof,
mütəfəkkir şəxsiyyət, ictimai-siyasi xadim və azadlıq hərəkatının
mücəssəmi olan sənətkarı Milli İdeal mücahidi kimi
fərdiləşdirmişdir.
383
NƏTİCƏ
Xəlil Rza Ulutürk görkəmli xalq şairi, filosof, mütəfəkkir
şəxsiyyət, ədəbiyyatşünas-alim, tərcüməçi-publisist, milli-azadlıq
hərəkatı mücahidi və ictimai-siyasi xadim olduğundan onunla bağlı
olan milli ideal və xalq taleyi problemi milli ədəbiyyat
kontekstində şairin yaradıcılığı əsasında qabardılmış, diqqət -
tədqiqat mərkəzinə çəkilmişdir.
Ötən əsrin 20-30-cu illərində X.Rzanın babalarının əllərindən
torpaqlarının alınması və həbs edilib öldürülməsi, şairin ali təhsil
illəri, Moskvanın ədəbi-ictimai mühiti və görkəmli adamlarının
azadfikirliyi, 60-cı illərdə Asiya, Afrika, Avropa xalqlarının milli
azadlıq hərəkatının ədəbiyyata gətirdiyi yeni mündəricə, ideoloji
fikir və məfkurələrin mənimsənilməsi - bütün bunlar X.R.Ulutürklə
bağlı olan milli şüurun, milli özünüdərkin hərəkətverici
qüvvələrindən olmuşdur.
Millilik X.R.Ulutürk yaradıcılığının səciyyəvi xüsusiyyəti
olmuşdur. “Ata borcu”, “Ehkamçıya”, “Səttar Bəhlulzadəyə”,
“Vətən”, “Xiyabani yurdunda”, “Yurdum sənin sağlığına”,
“Laylam mənim, nərəm mənim”, “Qoca arxeoloq”, “Mən nəyəm
ki, ey Vətən”, “Yetkinləş Xəlil”, “Ayağa qalx, Azərbaycan”,
“Bahar kibi”, “Xalqımın səsi”, “Ürəyimdə qalan tikan”, “Yalnız
pasportunda”, “Bozqurda öygü”, “Beşik türküsü”, “Apardı sellər
Saranı”, “Gedər”, “Sən mənim vüqarımsan”, “Saz”, “Mən günəş
ürəkli Xəlil Rzayam”, “Mən Azərbaycanam” və başqa əsərlərində
ana dili, vətənpərvərlik, humanizm, xalqı mübarizəyə çağırış ruhu,
ilkinliyə, soy-kökə bağlılıq, vətənçilik, azərbaycançılıq, türkçülük,
milli şüur və milli vicdanı oyadış ideyaları güclü inikas etdirilmiş,
mürəkkəb tarixi şərait, sosial mühit təzadlı cəhətləri ilə bədii əksini
tapmaqla yanaşı, xalq psixologiyası, mənəviyyatı, milli dil və
ənənə xüsusiyyətləri qabarıq ifadə
Dostları ilə paylaş: |