371
dı. Əgər bu millət bu vaxtacan ayaq üstə dura bilibsə, igiddir. Bir
azca nəfəs dərmək imkanı olan kimi görün kimləri yetirib? Sabiri,
Cavidi, Hadini. Sənətkar kimi hərəsi bir kainatdır. Sabir bədii
təsvirdə, göstərməkdə, rəssamlıqda misilsizdir. Hadi monoloqda,
lirik “Mən”in zənginliyini aşkara çıxarmaqda. Cavid dramatizmdə,
zidd obrazları toqquşdurub təmkinlə kənardan baxmaqda.
- Bəs Füzuli?! Bəlkə türklükdə birinci olan Füzulidir?
Sabir Şərqi bu sualımı təsdiqləyir.
- Əlbəttə, - deyir. - Füzuli özünü türk adlandırırdı, türk sayırdı...
Sabirlə Mirzə Cəlilin fərqi də tarixən türkə münasibət
məsələsində üzə çıxmışdır. Sabir bizi türk sayır, Mirzə Cəlil
azərbaycanlı. Ancaq hiss olunur ki, Mirzə Cəlilin türkə münasibəti
üzəvaridir, şəraitə və senzuraya ilişməmək gərəkliyi ilə bağlıdır.
Əks haida Sabirin türk çıxışlarına jurnalında meydan verməzdi.
Mirzə Cəlii dahidir. Buna görə Sabirin ikiqat dahiliyinə mane
olnıur. İstanbul - Qara dəniz - Batumi - Tbilisi yolu ilə gəlmiş
ədəbiyyatı tərcümə etmək məsələsini irəli atan Əli Nəzmiyə Sabir
necə divan tutmuşdur!
Osmanlıcadan tərcümə türkə? Bunu bilməm
Gerçəkmi yazır Gəncəli, yainki hənəkdir.
Mümkün iki dil bir-birinə tərcümə, əmma
Osmanlıcadan tərcümə türkə nə deməkdir?
Mirzə Cəlilin ciddi etirazı olsaydı, dərgisində Sabirin bu kimi
şeirlərinə yol verməzdi. Türkiyə türkcəsilə Azəri türkcəsi
arasındakı fərqi aradan qaldırmaq üçün Sabir tərcümə anlayışı
yox, “təhvili-ibarət” söz birləşməsini irəli sürürdü” (Şairin
arxivindən, 21 aprel 1980-ci il) [318].
Xəlil Rza türkçülüyə düşmən mövqedə dayananlara qarşı
amansız olmuşdur. O, kürd, tat, talış, ləzgi və başqalarının türkə
qarşı gizli, məxfi fəaliyyət və xəyanətlərini bağışlaya bilmir, bütün
bunları tribunalardan, uca səslə
372
söyləyib onları ifşa etməyi vacib sayırdı (21, 26 noyabr 1986-cı il
tarixli gündəliyi) [290]. Lakin X.Rza türkçülükdə
azərbaycançılığın qatı təbliğatçısı idi. O, azərbaycançılıq ideyasını
ardıcıl surətdə irəli sürür və təbliğ edirdi. Milli azlıqları, etnik
qrupları Azerbaycan ətrafında sıx birliyə çağırırdı. “Bizim
səhvimiz bunda oldu ki, təxminən 15-20 il bundan irəli milli
şüurun yeni oyanışı çağlarında türkçülüyümüzü car çəkdik və bu
halda bütün etnik qrupların hədəfinə çevrildik” (26 noyabr 1986-cı
il tarixli gündəliyindən) [318]. “Biz türk olduğumuzu bilirik. Lakin
içərimizdəki səkkiz etnik tərkibin birliyini qorumaq üçün
“Azərbaycanlı anlayışından möhkəm yapışmalıyıq, onu əldən
verməməliyiz. Quran da silahımızdır, islam bayrağı da!” (28 aralıq
1989-cu il tarixli gündəliyindən) [318].
X.Rza azərbaycançılıqda daxili, türkçülükdə isə
azərbaycançılığa istinadən xarici etnik keyfiyyəti əsas götürmüş,
ümumtürk xalqlarına, mədəniyyətinə və ədəbiyyatına üstünlük
vermişdir. “Azərbaycanın mənəviyyat mtarixini saxtalıqdan,
yalandan, çirkabdan təmizləməliyik. Bunsuz irəli bircə addım da
atmaq olmaz. Muğamat və Füzuli səviyyəsində mədəni keçmişi
olmayan qazax türkləri bizdən irəlidir. Qırğızlar da eləcə. Bu
ulusların böyüklüyü bundadır ki, müstəqillik duyğusuna,
bağımsızlıq amalına layiq oğullar yetirə bilirlər. Oljas Süleymenin,
Çingiz Aytmatın səsi yalnız qırğızların, qazaxların deyil, ümumən
bütün türklərin səsi kimi yüksəlir. Bizdə bu cür şəffaf və qüdrətli
səs deyəsən yox kimidir. Nədir bunun səbəbi? Görünür, biz etnik
qeyrətimizi itirmişik, yaxud itirmək təhlükəsi qarşısındayıq. XX
əsrdə türk xalqları üçün türkçülük ideologiyasından böyük amal
olmayıb. İşə bax ki, çarlıq mövqeyində duranlar və onların yerli
nökərləri bu böyük amalı da ləkələməyə çalışıblar. Biz redaktoru
Əlibəy Hüseynzadə olan “Füyuzat”ın hər nörarəsini qızıla tutub
qorumalıyıq, faksimilesini çıxarıb yenidən neşr etməliyik.
“Əkinçi”nin, “Molla Nəsrəddin”in daha yüksək
373
mərhələsi kimi dəyərləndirməliyik. Çünki, “Füyuzat” yalnız çar
istibdadına qarşı deyil, həm də eyni qeyrətlə sultan Türkiyəsi
istibdadına qarşı çarpışmışdır... Hazırda Azərbaycan “komprador
ziyalıların”, əslində ziyasızların böyük bir dəstəsi iş başındadır.
Komprador ziyalıların ayağı burda başı ordadır, başı özgələrin
qoltuğundadır. Komprador ziyalı xalqın dilini də, mənliyini də,
adət və gələnəklərini də hər gün satır” (sentyabr 1985-ci il
gündəliyindən) [318].
X.Rza çar siyasətinin mahiyyətini - türk birliyini parçalayan
xüsusiyyətləri aşkarlamaqla səhvlərimizə işıq tutmuşdur. “Ayır,
buyur” siyasətini əldə tutalqaya çevirmiş çarlıq elan edib ki, yakut
xalqı sən qəhrəmansan! Türkmən xalqı sən igidsən! Qırğız xalqı
sən bahadırsan! Hərəsinə bir əlifba veriblər, hərəsinin fərdi
cəhətlərini şişirdib göylərə qaldırıblar. Nəsimini az qala
türkmənlərin əlindən alıblar. Yaxud, “Qisseyi-Yusif” yaradıcısı Əli
yalnız tatar sərvəti elan olunub ki, Azərbaycan türkləri bu qaynağa
əl atanda tatar ilə toqquşsun və qardaş türk ulus-ları arasında ixtilaf
qızışsın. Əslində biz ümumi qaynaqlarımız, ümumi abidələrimiz ilə
daha çox fəxr etməliyik. Orxon-Yenisey yadigarları, Balasaqunlu
Yusif qələmindən çıxmış “Qutadqu bilik”, Əli ilhamının vergisi
“Qisseyi-Yusif”, “Koroğlu”, “Dədə Qorqud”, “Alpamış”, “Yunis
İmrə” əslində birləşdirici sərvətdir, parçalanmış türk mədəniyyətini
birləşdirməyə çağıran qüvvənin özəy-idir. Mən fəxr edirəm ki,
Xəzər dənizinin bu tayında Vaqif, o tayında eyni qüvvəli, bəlkə
filosofluğunda daha yüksək mərtəbəli Məhdimqulu yetişmişdir.
Mən fəxr edirəm ki, eyni dil həm Nəvaini yetirib, həm Füzulini!..
M.Ə.Rəsulzadə və Əlibəy Hüseynzadə bu amal yolunda
sümüklərini də qurban veriblər, şöhrətlərini də... (Sentyabr 1985-ci
il tarixli gündəliyindən) [318].
X.Rza türk birliyi ideyasını üzdən, təbliği əsasda
qavramamışdır. O, kökdən, əcdaddan gələn və onda yaşayan
Dostları ilə paylaş: |