Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə122/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   118   119   120   121   122   123   124   125   ...   131

 

380


 çağırırız. 

2. Qara qüvvələr çox çalışır ki, türk və islam birliyini 

parçalasın. Azərbaycanı içəridən darmadağın etsin, lahıc, talış, tat, 

ləzgi, kürd kimi etnik qrupları Azərbaycan türklərinin üstünə 

yeritsinlər. Buna nail olmayacaqlar. Yenidənqurma, 

demokratikləşdirmə milli ədavət ilə bir araya sığmaz. 

3. Mənim atam Rza kişi Xəlil oğlu 1943-cü ildə müharibədən 

17 yara ilə qayıtdı, 47 yaşında bu yaralardan vəfat etdi. Təbriz 

uğrunda gedən döyüşlərdə ölmədi. ADR uğrunda çarpışmalarda 

ölmədi. Səttarxan, Xiyabani, Doktor Tağı  Ərani, Seyid Cəfər 

Pişəvəri kimi böyük tarixi şəxsiyyətlərimizin idealları ilə bağlı 

vuruşmalarda ölmədi. Bu cür ölüm bəlkə  mənə qismət oldu. 

Atamdan on yaş böyüyəm. Mən, 57 yaşlı Xəlil Rza belə bir şanlı 

ölüm axtarıram. 

X.R.Ulutürk 17 noyabr 1989-cu il tarixli mitinqdə Azərbaycan 

KP MK katibi Ə.Vəzirovdan tələblərinin  əsas cizgiləri belə 

olmuşdur: 

1. Bakıda və ümumən Azərbaycanda bütün qara heykəllər 

uçurulsun: S.Şaumyan, S.M.Kirov, S.Orconikidze qaragüruhuna 

son qoyulsun. Mirzə Davud Hüseynov, Əliheydər Qarayev kimi 

milli satqınlar ifşa olunsun. 

2. 318 min didərginə, Fərqanədən qovulan türklərə yardım üçün 

SSRİ büdcəsindən ayrıca fond ayrılsın, bu məsələyə dair Moskva 

qarşısında vəsatət qaldırılsın. 

3. Azərbaycan və özbək xalqları arasında böyük mədəniyyət 

körpüsü sayılan Məqsud  Şeyxzadəyə dair doktorluq əsərimin 

Daşkənddə rusca və özbəkcə basılması  təmin edilsin. Özbəkistan 

KP MK qarşısında buna dair vəsatət qaldırılsın. 

4. Planetin 300-dən çox şairindən etdiyim çevirmələr və öz 

orijinal  əsərlərim on cild həcmində Azərnəşrin planına daxil 

edilsin. Nəsr əsərlərim, gündəliklərim basılsın. 

X.R.Ulutürk Azərbaycan SSR Ali Soveti binası önündə  




 

381


31 oktyabr 1989-cu II, 17 noyabr 1989-cu il tarixli mitinqlərdə 

çıxış edərkən, velikorus şovinizmini, Kirovu, MK katibi 

Ə.Vəzirovun yeni xəyanətlərini ifşa etmişdir. Onun 16 noyabr, 22 

noyabr 1989, 8, 9 ocaq, 14 ocaq, 15 ocaq, 19 ocaq, 23 ocaq, 26 

ocaq, 27 ocaq, 28 ocaq, 29 ocaq, 30 ocaq 1990-cı il tarixli 

gündəliklərində ömrünün tarixi məqamları ifadə olunmuş  və 

“Lefortovo zindanı” kitabında çap etdirilmişdir.  Şairin zindan 

həyatının “günləri” tarixi ardıcıllıqla həmin elmi-tarixi 

memuarlarında özünə yer tutur. 

Xəlil Rza Ulutürk zindandan azad edildikdən sonra da ictimai-

siyasi fəaliyyətini davam etdirmiş, S.Lazo adına 18 nömrəli Kirov 

seçki dairəsindən deputatlığa namizədliyi irəli sürmüş, 3318 səs 

toplayaraq, birinci yerə  çıxmış, lakin seçkinin nəticələri 

saxtalaşdırıldığından o, xalq deputatı ola bilməmişdir. Bununla 

əlaqədar olaraq onun vəkilləri, müdafiəçiləri müvafiq orqanlar 

qarşısında məsələ qaldırsa da, faydasız olmuşdur (Şairin 

arxivindən. “Lefortovo məhkəmə  sənədləri” qovluğu. 15 noyabr 

1990; Azərbaycan Respublikası prezidenti Ayaz Mütəllibov 

yoldaşa. Azərbaycan Respublikası Xalq Deputatlığına seçkilər üzrə 

Mərkəzi Seçki Komissiyasına müraciəti. Bakı, 17 dekabr 1990-cı 

il) [318]. 

Azərbaycan-Türkiyə,  İran-Naxçıvan dövlət  əlaqələrində yaxın 

iştirak etmiş X.R.Ulutürkün 1990-1994-cü illər həyatının mühüm 

səhifələri Türkiyə, Almaniya və Fransa ilə bağlı olmuşdur. 

Xəlil Rza Ulutürk Azərbaycanın haqq işinə, onun gələcəyinə 

həmişə inamlı olmuşdur. 18 mayıs 1988-ci il tarixli mitinqdə 

demişdir: 

- Ey əlli milyonluq Azərbaycan! Ey 200 milyonluq türk 

dünyasının, bir milyardlıq İslam aləminin şah budağı! Ey dünyanın 

mədəniyyət və qəhrəmanlıq tarixinə Atilla, Dədə Qorqud, Koroğlu, 

Uzun Həsən, Nəsimi, Çingiz xan, Cəlaləddin, Cavad xan, Dəli Alı 

kimi ölməzlər, Füzuli, 

  

 



 

382


Saib Təbrizi, Səttarxan, Xiyabani, doktor Tağı  Ərani,  Şəhriyar, 

Cavid və Üzeyir bəy kimi qılınc, qələm bahadırları vermiş 

məmləkətim! Bir-birinə toxunmadan dayanmış bu 700 minlik 

izdihama, millətə, bu millətin nümayiş  mədəniyyətinə, intizam və 

səliqəsinə baxanda fikirləşirəm ki, sən bütün əngəl və maneələri 

qıra biləcəksən, bütün arzularına çatacaqsan! (18 mayıs 1988-ci il 

tarixli gündəliyindən) [318]. 

Biz X.R.Ulutürkün elmi-tarixi memuarlarında millilik və 

xalqçılıq məsələləri ilə bağlı olanlara diqqət yetirdik. [84]. Onun 

memuarlarının geniş surətdə araşdırılması isə xüsusi tədqiqatın 

mövzusudur. 

Xəlil Rza Ulutürkün qüdrətli ictimai-siyasi poeziyası,  ədəbi-

tənqidi görüşləri, bədii tərcümə  və publisistikası, elmi-tarixi 

memuarları  ədəbiyyatımızda, ictimai fikir tariximizdə orijinal 

ədəbi hadisə olub, milli-bəşəri idealları və xalq taleyi problemlərini 

daha yüksək səviyyədə  təcəssüm etdirmiş, görkəmli  şair, filosof, 

mütəfəkkir  şəxsiyyət, ictimai-siyasi xadim və azadlıq hərəkatının 

mücəssəmi olan sənətkarı Milli İdeal mücahidi kimi 

fərdiləşdirmişdir. 

  



 

383


NƏTİCƏ 

 

Xəlil Rza Ulutürk görkəmli xalq şairi, filosof, mütəfəkkir 

şəxsiyyət,  ədəbiyyatşünas-alim, tərcüməçi-publisist, milli-azadlıq 

hərəkatı mücahidi və ictimai-siyasi xadim olduğundan onunla bağlı 

olan milli ideal və xalq taleyi problemi milli ədəbiyyat 

kontekstində  şairin yaradıcılığı  əsasında qabardılmış, diqqət - 

tədqiqat mərkəzinə çəkilmişdir. 

Ötən  əsrin 20-30-cu illərində X.Rzanın babalarının  əllərindən 

torpaqlarının alınması  və  həbs edilib öldürülməsi,  şairin ali təhsil 

illəri, Moskvanın  ədəbi-ictimai mühiti və görkəmli adamlarının 

azadfikirliyi, 60-cı illərdə Asiya, Afrika, Avropa xalqlarının milli 

azadlıq hərəkatının  ədəbiyyata gətirdiyi yeni mündəricə, ideoloji 

fikir və məfkurələrin mənimsənilməsi - bütün bunlar X.R.Ulutürklə 

bağlı olan milli şüurun, milli özünüdərkin hərəkətverici 

qüvvələrindən olmuşdur. 

Millilik X.R.Ulutürk yaradıcılığının səciyyəvi xüsusiyyəti 

olmuşdur. “Ata borcu”, “Ehkamçıya”, “Səttar Bəhlulzadəyə”, 

“Vətən”, “Xiyabani yurdunda”, “Yurdum sənin sağlığına”, 

“Laylam mənim, nərəm mənim”, “Qoca arxeoloq”, “Mən nəyəm 

ki, ey Vətən”, “Yetkinləş  Xəlil”, “Ayağa qalx, Azərbaycan”, 

“Bahar kibi”, “Xalqımın səsi”, “Ürəyimdə qalan tikan”, “Yalnız 

pasportunda”, “Bozqurda öygü”, “Beşik türküsü”, “Apardı sellər 

Saranı”, “Gedər”, “Sən mənim vüqarımsan”, “Saz”, “Mən günəş 

ürəkli Xəlil Rzayam”, “Mən Azərbaycanam” və başqa əsərlərində 

ana dili, vətənpərvərlik, humanizm, xalqı mübarizəyə çağırış ruhu, 

ilkinliyə, soy-kökə bağlılıq, vətənçilik, azərbaycançılıq, türkçülük, 

milli şüur və milli vicdanı oyadış ideyaları güclü inikas etdirilmiş

mürəkkəb tarixi şərait, sosial mühit təzadlı cəhətləri ilə bədii əksini 

tapmaqla yanaşı, xalq psixologiyası, mənəviyyatı, milli dil və 

ənənə xüsusiyyətləri qabarıq ifadə 

  

 

  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə