Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə119/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   115   116   117   118   119   120   121   122   ...   131

 

371


dı. Əgər bu millət bu vaxtacan ayaq üstə dura bilibsə, igiddir. Bir 

azca nəfəs dərmək imkanı olan kimi görün kimləri yetirib? Sabiri, 

Cavidi, Hadini. Sənətkar kimi hərəsi bir kainatdır. Sabir bədii 

təsvirdə, göstərməkdə, rəssamlıqda misilsizdir. Hadi monoloqda, 

lirik “Mən”in zənginliyini aşkara çıxarmaqda. Cavid dramatizmdə, 

zidd obrazları toqquşdurub təmkinlə kənardan baxmaqda. 

- Bəs Füzuli?! Bəlkə türklükdə birinci olan Füzulidir? 

Sabir Şərqi bu sualımı təsdiqləyir. 

- Əlbəttə, - deyir. - Füzuli özünü türk adlandırırdı, türk sayırdı... 

Sabirlə Mirzə  Cəlilin fərqi də tarixən türkə münasibət 

məsələsində üzə  çıxmışdır. Sabir bizi türk sayır, Mirzə  Cəlil 

azərbaycanlı. Ancaq hiss olunur ki, Mirzə Cəlilin türkə münasibəti 

üzəvaridir,  şəraitə  və senzuraya ilişməmək gərəkliyi ilə bağlıdır. 

Əks haida Sabirin türk çıxışlarına jurnalında meydan verməzdi. 

Mirzə  Cəlii dahidir. Buna görə Sabirin ikiqat dahiliyinə mane 

olnıur.  İstanbul - Qara dəniz - Batumi - Tbilisi yolu ilə  gəlmiş 

ədəbiyyatı tərcümə etmək məsələsini irəli atan Əli Nəzmiyə Sabir 

necə divan tutmuşdur! 



Osmanlıcadan tərcümə türkə? Bunu bilməm  

Gerçəkmi yazır Gəncəli, yainki hənəkdir.  

Mümkün iki dil bir-birinə tərcümə, əmma  

Osmanlıcadan tərcümə türkə nə deməkdir?  

Mirzə  Cəlilin ciddi etirazı olsaydı, dərgisində Sabirin bu kimi 

şeirlərinə yol verməzdi. Türkiyə türkcəsilə Azəri türkcəsi  

arasındakı  fərqi aradan qaldırmaq üçün Sabir tərcümə    anlayışı 

yox,  “təhvili-ibarət” söz birləşməsini irəli  sürürdü”  (Şairin 

arxivindən,  21   aprel   1980-ci  il) [318]. 

Xəlil Rza türkçülüyə düşmən mövqedə dayananlara qarşı 

amansız olmuşdur. O, kürd, tat, talış, ləzgi və başqalarının türkə 

qarşı gizli, məxfi fəaliyyət və xəyanətlərini bağışlaya bilmir, bütün 

bunları tribunalardan, uca səslə 

  

 

  




 

372


söyləyib onları ifşa etməyi vacib sayırdı (21, 26 noyabr 1986-cı il 

tarixli gündəliyi) [290]. Lakin X.Rza türkçülükdə 

azərbaycançılığın qatı təbliğatçısı idi. O, azərbaycançılıq ideyasını 

ardıcıl surətdə irəli sürür və  təbliğ edirdi. Milli azlıqları, etnik 

qrupları Azerbaycan ətrafında sıx birliyə çağırırdı. “Bizim 

səhvimiz bunda oldu ki, təxminən 15-20 il bundan irəli milli 

şüurun yeni oyanışı çağlarında türkçülüyümüzü car çəkdik və bu 

halda bütün etnik qrupların hədəfinə çevrildik” (26 noyabr 1986-cı 

il tarixli gündəliyindən) [318]. “Biz türk olduğumuzu bilirik. Lakin 

içərimizdəki səkkiz etnik tərkibin birliyini qorumaq üçün 

“Azərbaycanlı anlayışından möhkəm yapışmalıyıq, onu əldən 

verməməliyiz. Quran da silahımızdır, islam bayrağı da!” (28 aralıq 

1989-cu il tarixli gündəliyindən) [318]. 

X.Rza azərbaycançılıqda daxili, türkçülükdə isə 

azərbaycançılığa istinadən xarici etnik keyfiyyəti  əsas götürmüş

ümumtürk xalqlarına, mədəniyyətinə  və  ədəbiyyatına üstünlük 

vermişdir. “Azərbaycanın mənəviyyat mtarixini saxtalıqdan, 

yalandan, çirkabdan təmizləməliyik. Bunsuz irəli bircə addım da 

atmaq olmaz. Muğamat və Füzuli səviyyəsində  mədəni keçmişi 

olmayan qazax türkləri bizdən irəlidir. Qırğızlar da eləcə. Bu 

ulusların böyüklüyü bundadır ki, müstəqillik duyğusuna, 

bağımsızlıq amalına layiq oğullar yetirə bilirlər. Oljas Süleymenin, 

Çingiz Aytmatın səsi yalnız qırğızların, qazaxların deyil, ümumən 

bütün türklərin səsi kimi yüksəlir. Bizdə bu cür şəffaf və qüdrətli 

səs deyəsən yox kimidir. Nədir bunun səbəbi? Görünür, biz etnik 

qeyrətimizi itirmişik, yaxud itirmək təhlükəsi qarşısındayıq. XX 

əsrdə türk xalqları üçün türkçülük ideologiyasından böyük amal 

olmayıb.  İşə bax ki, çarlıq mövqeyində duranlar və onların yerli 

nökərləri bu böyük amalı da ləkələməyə çalışıblar. Biz redaktoru 

Əlibəy Hüseynzadə olan “Füyuzat”ın hər nörarəsini qızıla tutub 

qorumalıyıq, faksimilesini çıxarıb yenidən neşr etməliyik. 

“Əkinçi”nin, “Molla Nəsrəddin”in daha yüksək 

  



 

373


mərhələsi kimi dəyərləndirməliyik. Çünki, “Füyuzat” yalnız çar 

istibdadına qarşı deyil, həm də eyni qeyrətlə sultan Türkiyəsi 

istibdadına qarşı çarpışmışdır... Hazırda Azərbaycan “komprador 

ziyalıların”,  əslində ziyasızların böyük bir dəstəsi iş başındadır. 

Komprador ziyalıların ayağı burda başı ordadır, başı özgələrin 

qoltuğundadır. Komprador ziyalı xalqın dilini də, mənliyini də, 

adət və  gələnəklərini də  hər gün satır” (sentyabr 1985-ci il 

gündəliyindən) [318]. 

X.Rza çar siyasətinin mahiyyətini - türk birliyini parçalayan 

xüsusiyyətləri aşkarlamaqla səhvlərimizə  işıq tutmuşdur. “Ayır, 

buyur” siyasətini əldə tutalqaya çevirmiş çarlıq elan edib ki, yakut 

xalqı  sən qəhrəmansan! Türkmən xalqı  sən igidsən! Qırğız xalqı 

sən bahadırsan! Hərəsinə bir əlifba veriblər, hərəsinin fərdi 

cəhətlərini  şişirdib göylərə qaldırıblar. Nəsimini az qala 

türkmənlərin əlindən alıblar. Yaxud, “Qisseyi-Yusif” yaradıcısı Əli 

yalnız tatar sərvəti elan olunub ki, Azərbaycan türkləri bu qaynağa 

əl atanda tatar ilə toqquşsun və qardaş türk ulus-ları arasında ixtilaf 

qızışsın. Əslində biz ümumi qaynaqlarımız, ümumi abidələrimiz ilə 

daha çox fəxr etməliyik. Orxon-Yenisey yadigarları, Balasaqunlu 

Yusif qələmindən çıxmış “Qutadqu bilik”, Əli ilhamının vergisi 

“Qisseyi-Yusif”, “Koroğlu”, “Dədə Qorqud”, “Alpamış”, “Yunis 

İmrə” əslində birləşdirici sərvətdir, parçalanmış türk mədəniyyətini 

birləşdirməyə çağıran qüvvənin özəy-idir. Mən fəxr edirəm ki, 

Xəzər dənizinin bu tayında Vaqif, o tayında eyni qüvvəli, bəlkə 

filosofluğunda daha yüksək mərtəbəli Məhdimqulu yetişmişdir. 

Mən fəxr edirəm ki, eyni dil həm Nəvaini yetirib, həm Füzulini!.. 

M.Ə.Rəsulzadə  və  Əlibəy Hüseynzadə bu amal yolunda 

sümüklərini də qurban veriblər, şöhrətlərini də... (Sentyabr 1985-ci 

il tarixli gündəliyindən) [318]. 

X.Rza türk birliyi ideyasını üzdən, təbliği  əsasda 

qavramamışdır. O, kökdən, əcdaddan gələn və onda yaşayan 

  

 



  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə