Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə116/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   112   113   114   115   116   117   118   119   ...   131

 

362


Arxiv sənədləri göstərir ki, X.R.UIutürk 70-ci illərdə  də  bədii 

publisistika sahəsində ciddi çalışmışdır. Bəzən elə olur kl, belə 

publisistik yazılar memuar xüsusiyyətləri ilə cilalanır, spesifik 

forma müəyyənliyi kəsb edir. Xəlil Rza Azərbaycanın müxtəlif 

bölgələrinə  səfərləri zamanı  təkcə gündəlik (elmi-tarixi memuar) 

yazmaqla kifayətlənməmiş, konkret başlıqlar, tarixlər altında 

publisistik məqalələr də hazırlamışdır. Görünür, bunları o, daha 

çox çap materialları kimi nəzərdə tutmuş, lakin demək olar ki, bəlli 

səbəblər üzündən çapına nail olmamışdır (“Millilik sənətkarın 

şüurlu fəaliyyətindən doğmalıdır” (1971), “Milli özəlliklər” (1971) 

və başqaları). 

70-ci illərin publisistik yazıları da tarixi fakt, milli-bəşəri 

dəyərlərlə yüklüdür. Həmin illərin  ədəbi-publisistik yazılarından 

“Böyük Axuminin sorağında” (21 fevral 1973-cü il), “Əziz, 

sevimli Suyimə xanım!” (8 fev-ral 1975-ci il), “Qardaşım  Əli 

Mahmud” (23 iyun 1971-ci il), “Türkana doğru” (26 iyun 1971-ci 

il), “Alimin qayğıları” (18 fevral 1973-cü il tarixli) məqalələri qeyd 

oluna bilər. 

Bir neçə xarakterik nümunə ilə kifayətlənəcəyik. “Qardaşım Əli 

Mahmud” (23 iyun 1971-ci il) məqaləsində  “İnsanın mənəvi 

ucalığa çağırışı ideyası  bədii qüvvətlə verilib. Asif Gündoğanın 

(Ata – Ə.Ə.) dediklərindən: “Norveç dramaturqu Henrix İbsenin 

“Brant”  əsərinin eyni adlı  qəhrəmanı insanları ucalığa, paklığa 

səsləyir. Ancaq aciz, balaca, bəsit adamlar ardınca getmək 

istəmirdər. Onu daşa basırlar. Daşa basılan, qana bulaşan Brantın 

öz amalından dönməməsi, nadanlığın yerində mismarlanıb 

durması, onun polad iradəsi insanlarda elə güclü heyrət doğurur ki, 

onlar Brantın dalınca gəlirlər. O, əqidəsində müstəsna dərəcədə 

yetkin olduğundan fanatikcəsinə, məcnuncasına idealına 

bağlandığından insanları heyrətləndirir və insanlar onun ardınca 

irəliləyirlər. Demək, qeyri-adilik hətta,  ən adi adamlara belə  təsir 

göstərməyə 

  



 

363


bilməz. Ən alçaq adamın ürəyində belə heyrət qığılcımı yox deyil, 

Heyrətsiz insan yaşaya bilməz. Ancaq bu qığılcımı alova 

döndərmək üçün müstəsna oğullar gərəkdir. Buna görə  də daim 

dahilərə  təşnədir cəmiyyət, toplum. İnsanlar adətən özünə 

bənzəyənlərə hörmət edir. Ancaq insanlar yalnız özündən 

yüksəklərin ardınca gedir. Buna görə öncə insanlardan çox 

yüksəkdə duran bir şəxsiyyət olmaq gərəkdir. Mənəvi zirvədə 

durmalısan. Bu zirvədən enib insanları həmin ucalığa aparmalısan” 

(Şairin arxivindən, 23 iyun 1971-ci il) [318]. 

Dostluğun mahiyyəti də X.R.Ulutürkdə  mənəvi yetkinlik 

nümunəsidir. “Türkana doğru” (26 iyun 1971-ci il) məqaləsində 

oxuyuruq: “Dostluğu bilməyib yetişdirmək her şeydən öncə 

içəridən işıqlanmaq, boy atmaq deməkdir, yəni  şəxsi yetkinlikdir. 

Biz özümüz bir insan kimi nə  qədər mərd, bilikli, əməksevər 

oluruqsa, dostluğumuz da bir o qədər zənginləşir. Mən cılız 

adamların dostluğunu saymıram. Yaşasın böyük təbiətlərin, böyük 

zəkaların dostluğu! Dostluq həm də bizim çiynimizdə yeni 

vəzifələr qoyur. Bunu yerinə yetirmədikdə dostluğun bir qütbü 

ölür” (26 iyun 1971-ci il) [318]. 

“Zaqatala muzeyində” (4 iyun 1972-ci il) məqaləsi filologiya 

elmləri doktoru Q.Beqdelinin eyni adlı  məqaləsi  əsasında 

hazırlanmış  və arxivdə “X.R.” imzası ilə saxlanılmışdır. Zaqatala 

qala tarix ölkəşünaslıq muzeyinin bir illiyi münasibətilə yazılmış 

məqalədə metal pulların tarixindən söz açılır. Oxuyuruq: 

“Muzeydə müəyyən miqdarda sikkə saxlanır. Bunlar Sasani 

dövründən tutmuş  Səfəvilərin sonuna qədərki çağlara aiddir. 

Əməvilər, Abbasilər, Səfəvilər hökmdarlarına dair metal pullar 

xüsusilə çoxdur. Sasani dövrünə  mənsub gənc bir hökmdarın sik-

kədəki  şəkli onun Xosrov Pərviz olması ehtimalını doğurur (26 

iyun l971-ci il)[318]. 

“Alimin qayğıları” (18 fevral 1973-cü il) təbiətə edilən qəsdlərə 

etiraz təriqilə yazılmış məqalədir. Şair təbi- 

  

 



 

364


ətdə quşların azaldılması, meşələrin qırılması səbəbləri ilə bağlı 

torpaqşünas, Lənkəran torpaqlarını öyrənmiş Bəqrəddin Həsənovu 

danışdırır: “Vaxtilə  tərifi dünyanı bürümüş  Qızılağac qoruğuna 

qanadlılar düşərgəsi demək olardı.  İndi burada qızıl qazın, 

qırqovulun, turacın, gözəl kəkliyin, nəhəng qanadlı qu quşlarının 

sayı azalır. Niyə?” “Təbiəti qorumaq yalnız alimin, təsərrüfatçının 

işi deyil, hamının borcudur. Bir də görürsən ki, yaylağa gəlmiş bir 

adam kabab çəkmək üçün odun axtarır, tapmayanda balta götürüb 

üz qoyur meşəyə. Məgər bu insani hərəkətdir? Bəzi nadanlar 

ağacın qabığım soyurlar ki, gövdəsi gələn iləcən qurusun...” (Şairin 

arxivindən 18 fevral 1973-cü il) [318]. Şairin niyənələri, 

həyəcanları bu gün də aktual səslənir. 

X.Rza publisistikasında diqqəti cəlb edən bir xüsusiyyət də 

müsahibə janrı ilə bağlıdır. 70-ci illərdə Xəlil Rza ilə bir neçə dəfə 

müsahibə aparılmışdır. Həmin müsahibələrin ideya məzmunu da 

mənəvi dəyərləri təbliğ baxımından qiymətlidir. “Sevimli şairimiz, 

ustad Bəndəroğlu həzrətlərinin sorğularına cavabım” (5 fevral 

1976-cı il), “Əməkdaşımızın  şair Xəlil Rza ilə müsahibəsini 

dinləyin” (1977-ci il), “Telegüzgü əməkdaşları Nazim bəy və 

Tarıyel bəyin sorğularına cavab” (8 aprel 1980-ci il) 

müşahidələrində sorğular və cavablar milli-mənəvi keyfiyyətlərlə 

bağlıdır. Birinci müsahibədə xalqlar arasında mədəni  əlaqə  və 

vəzifələr, ikinci müsahibə  də ana dilinin təmizliyi, M.Ş.Vazeh, 

Əcəmi Naxçıvani, Nəsirəddin Tusi, M.Füzuli, A.Ələsgər, Ə.Vahid 

, klassik irs gəncliyə, milli geyimlərə münasibət, üçüncü 

müsahibədə isə valideyn və övlad borcu, poeziyanın sirri, “Sirlər 

xəzinəsi” nin tərcüməsi, azərbaycanlıların soy tərkibi, “Krasnodon 

qartalları”nın yazılması, tatar dilinin necə öyrənilməsi, “Babək”in 

səhnəmizdə niyə göstərilməməsi, tərcüməyə geniş yer 

verilməməsinin səbəblərindən danışılır. 

80-ci illərin publisistikası ədəbi portretlər - oçerklər 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə