Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə115/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   111   112   113   114   115   116   117   118   ...   131

 

359


müqayisələr elmi nəticələrə aparıb çıxara bilir. Misirə bu 

mədəniyyətin Liviyadan, Liviyaya isə Saxaradan keçməsi haqqında 

fikirlər var. Bu barədə  ətraflı  məlumat almaq üçün Q.Linde və 

E.Bretşneyderin “Do prixoda beloqo çeloveka” kitabını oxumaq 

olar. Skandinaviyada Buquslen qayalarında da günəş  gəmisi 

fəsilləri vardır. Orada 15-20, bizdə isə 30 günəş  gəmisi var. 

Bizimkilər daha qədimdir. Bunu ondan bilmək olur ki, burada 

adamlar sadə  xətt ilə  çəkilmişlər, həm də silahsız. Lena çayı 

boyunda,  Şişkin çaylarında da belə  gəmilər az deyil, amma 

günəşsiz. İslandiyada, Fransada, Alp dağında, bütün Sibirdə bu cür 

gəmilərə rast gəlmək olur. Ancaq heyf ki, günəş gəmiləri lazımınca 

tədqiq olunmamışdır, mənası tam açılmamışdır” (Şairin arxivindən, 

1976,-VII-VIII-IX cild) [318]. 

Məqalədə Qaraquşla bağlı  rəsmlər də  mənəvi dəyərlərimizin 

qədimliyindən, totemizm dövündən xəbər verir. Ən qədim 

etiqadlarımız barəsində ilkin məlumatları da Qobustan qayaları 

deyir. Məqalədə oxuyuruq: “Qaranquş vasitəsilə totem olmuşdur. 

Onun ziyarətinə getmişlər. Qaradağın üstündə haçadağ var. Ruslar 

ona “Bakinskie uşi” deyirlər. Azərbaycanlılar isə onun bir haçasını 

Kərkəs, o biri haçasını Şonqar adlandırırlar. Başında tükü olmadığı 

üçün bizdə  Kərkəsə  həmişə keçəl Kərkəs deyirlər.  Şonqar kimi o 

da müqəddəs quş sayılır.  İndi fakir vermək lazımdır ki, o dağın 

başında ziyarətgah varmı? Ehtimal üzrə belə ziyarətgahlar 

olmalıdır. Qəribədir ki, Misir kosmosunun təsvirində  də baş-başa 

yaşayan qaraquş şəkilləri, dənizdə üzən balıqların əksi vardır... 

Bizdə Cingirdağ, Yazılı  təpə, Kiçikdaş dağı müqəddəs sayılır. 

Cingirbabaya uzun müddət ziyarətə gəliblər. Baba sözünün mənası 

“pir” deməkdir. Cingir baba - yəni Cingirpir. Cingirdağda 

Sarıbaba, Sofihəmid pirləri də vardır. İlanvuranları sağaltmaq üçün 

Sofihəmid pirlərinə aparırlar. Orada bir daşın üstündə bu cümlə 

həkk olunmuşdur. Umad Şaki dua qoftrət (“Umad Şaki dua edib 

getdi”) (Şai- 

 

  



 

360


rin arxivindən. 1967, VII-VIII-IX cild) [318]. 

Məqalə ciddi həqiqətlərin qaya yaddaşını oyadan faktlarla 

zəncindir. Məqalədə daha sonra oxuyuruq: “Daşlardan birinin 

üstündə bu sözlər yazılmışdır: İmperator Domitiano Sezar Avqust. 

Germonik.  İyulius. Maksimum Legion XII. Fulminat. - Domitian 

Roma imperatoru olmuşdur. Senat ilə hesablaşmayan böyük 

hökmdar hakimi mütləqmiş. Arvadının əli ilə öldürüldükdən sonra 

Domitianın adı ilə bağlı olan bütün izlər, nişanələr imperiya 

hüdudları daxilində  məhv edilmişdir.  Əgər Azərbaycanda 

Domitiananın adı ilə bağlı bu daş salamat qalıbsa, bu o deməkdir 

ki, Azərbaycan o zaman Roma imperiyasından asılı olmamışdır. 

Roma sərkərdəsi bura öz ordusunu göstərmiş, ancaq uzun müddət 

duruş gətirə bilməmişdir. Yalnız yadigarını qoyub getməyə macal 

tapmışdır. Belə bir daş başqa bir qüdrətli millətin, tutaq ki, 

gürcülərin  əlinə düşsə, onu göz bəbəyi kimi mühafizə edərlər... 

Görəsən romalılar nə üçün məhz Qobustandan gəlib keçmiş-lər? 

Bəlkə o zaman məşhur olan Şamaxıya doğru gedirlərmiş. Bəlkə 

bulaqları olduğuna görə burada düşərgə salmışlar (Şairin 

arxivindən. 1967, VII-VIII-IX cildlər) [318]. 

X.R.Ulutürk 6 noyabr 1968-ci ildə “Niyazi düz deyir” adlı 

məqalə yazmış  və  həmin məqaləyə görə çox incidilmişdir. O, bu 

məqaləsində “xanım”, “bəy” sözlərinə  mənəvi dəyər verir və 

işlədilməsini təklif edirdi. Bütün başqa soyad şəkilçilərimizə qarşı 

“lı, li, lu, lü” şəkilçilərini qoyurdu. Məqalədə deyilirdi: “Cəfər 

Cabbarlı, Firudin bəy Köçərli,  Ənvər  Əlibəyli,  Əfrasiyab 

Bədəlbəyli,  Şəm-si Bədəlbəyli, Fərhad Belədbəyli, Fəridə 

Əliyarbəyli, Mikayıl Rəfili, Nigar Rəfibəyli, Novruz Gəncəli, 

İslam Səfərli,  Əliağa Kürçaylı kimi ad və sayadlardakı gözəlliyə, 

biçim səliqəsinə fikir verin. “Li” şəkilçisi fonetik maneəyə rast 

gələndə (Məs.  Əlili demək yaxşı  səslənmir), “bəyli”  şəklini 

işlətmək xalq zövqünə və xalq dilinə 

  



 

361


tam uyğundur” (Şairin arxivindən. Xəlil Rza Xəlilbəyli. 6 noyabr 

1968-ci il) [318]. 

60-cı illərin ikinci yarısında yazılmış  ədəbi-publisistik 

məqalələr böyük insanlar və tarixi şəxsiyyətlərlə bağlıdır. 

“Pofessor  Əkrəm Cəfər danışır” (5 dekabr 1969-cu il) məqaləsi 

Əkrəm Cəfər, “Qızıl gül düşür yada” (8 dekabr 1969-cu il) 

məqaləsi prof. Abbas Zamanov, “Yusif Ziya Şirvanlı” (20 dekabr 

1969-cu il) məqaləsi Y.Z.Şirvanlı, “Səidə-xoşbəxt deməkdir” (4 

dekabr 1969-cu il) məqaləsi M.Şeyxzadənin bacısı  Səidə xanım 

Şeyxzadə, “Saz və tüfəng ilə” (1967) məqaləsi Laçınlı şair Səyyah 

Məhəmməd, “Səngərdə doğulmuş  sətirlər” (1 may 1967-ci il) 

məqaləsi müharibə veteranı, Qafqaz, Ukrayna, Belarusiya və 

Polşada döyüşən  Əhməd  Əhmədov, “Öləndən sonra da yaşayır 

insan” (5 fevral 1969-cu il) məqaləsi  şair  İlyas  İbrahim, 

“Unudulmaz saatlar” (noyabr 1968-ci il) məqaləsi Hökumə Bülluri, 

Söhrab Tahir, “Əyyub Şirinzadə” (24 dekabr 1969-cu il) məqaləsi 

Ə.Şirinzadənin M.Şeyxzadə ilə dostluğu, “Şairin sevgilisi” (30 

dekabr 1969-cu il) məqaləsi M.Şeyxzadənin həyat yoldaşı  Səkinə 

xanım  Şeyxzadə, “Ənənə qol-budaq atır” (1968) məqaləsi 

M.İbrahitmov, “Vaqif sənətinə yaraşan fırça” (18 oktyabr 1968-ci 

il) məqaləsi  Əli Mina Təbrizli haqqındadır. Azərbaycan minüatür 

məktəbinin istedadlı nümayəndəsi olan Ə.M.Təbrizli sənətinə 

yüksək qiymət verən X.Rza milli rəssamlığımızın ulu 

keyfiyyətlərini bədii-publisistik axarda canlandırmışdır. Rəssamın 

milli fəxrimiz Babəkə, məşhur filosof-şair Cəlaləddin Rumiyə, 

dahi Xəyyama, Hafizə  və Cami kimi poetik nəhənglərə, qələmi 

qılıncından daha kəsərli  Ş.İ.Xətaiyə, həmçinin Səttarxan və 

Xiyabani kimi qəhrəman şəxiyyətlərə həsr etdiyi tablolar öz realist 

qüvvəsi, xəlqçiliyi və  bədii yetkinliyi və istedad işığı ilə 

unudulmaz təsir bağışlayır” (Şairin arxivindən.18 oktyabr 1968-ci 

il; XXI cild, oktyabr 1968 ci il, 13 yanvar 1969-cu il) [318]. 

  

 



  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə