Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə123/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   119   120   121   122   123   124   125   126   ...   131

 

384


olunmuşdur. 

Vətənçilik və azərbaycançılıq  şüuru X.R.Ulutürk poeziyasında 

böyük ümumtürk mənəviyyatından, dilindən və dinindən nəşət 

almışdır. Ümumtürk vəhdətində mövcud milli “Mən” özünü dərk 

etdikcə türkçülük, islamçılıq, ürfançılıq, baxışları da 

dərinləşmişdir. X.R.Ulutürk türkçü, azərbaycançı, xalqçı, vətənçi, 

istiqlalçı şair olmuşdur. Həmin məsələlərə xüsusi yanaşılmış, Xəlil 

Rzanı türkçülüklə, azərbaycançılıqla, xalqçılıqla bağlayan məfkurə 

xüsusi başlıqlar altında tədqiqata cəlb olunmuş, həmin baxışların, 

ictimai-siyasi və bədii keyfiyyətləri izahını tapmışdır. 

X.R.Ulutürkün milli özünüdərkində  İnsanın fəal heyat 

mövqeyinə xüsusi poetik nəzər vardır. Həmin fəallıq mənfiliklərlə 

üz-üzə  gələndə yenini göstərmək meyllərində, özünütəsdiqdə  və 

ictimai  ədalətsizliklərlə qarşılaşanda barışmazlıq mövqeyində 

müəyyənlik tapmışdır. Xəlil Rzanın fərdi fəallığı sadəcə  şair 

fəallığı olmamış, bu, milli-bəşəri səciyyə daşımışdır. Şair mövcud 

mühitə öz içindən baxmış, onlara ictimai-siyasi və milli “Mən”ini 

aşılatmaq istəmişdir. Buna görə  də X.Rza poeziyası polifonik 

cəhətləri ilə poetik üslublar sistemindən ayrılıb fərdiləşmişdir. 

Daxili fəallıq, narahatlıq X.R.Ulutürk poeziyası  və 

şəxsiyyətinin ruhu olmuşdur. Güclü ictimai fəallıq  şeirlərini 

adilikdən çıxarmış, onlara zəngin hiss və emosiya aşılamış, 

müdriklik, etik-estetik və ictimai-fəlsəfi məzmun gətirmişdir. 

X.R.Ulutürkün milli özünüdərkinin bədii məzmunu 60-cı illər 

yaradıcılığında  əksini tapmış, vaxt keçdikcə güclənmişdir. Xalqın 

bədii dünyagörüşünün ifadəsi daha qabarıq olan əsərlərdə  fəlsəfi 

düşüncələr mücərrəd, romantik xarakter daşımamış, güclü həyati 

zəminə, realizmə əsaslanmışdır. 

XIX əsrin 50-ci illərindən rüşeymlərini göstərən, 70- 

  



 

385


80-ci illərdə  mənəvi inkişafı sürətləndirən milli şüur həm də 

özündə milli məfkurə  və idealı yetişdirmişdir. X.R.Ulutürkün 

yaradıcılığında milli məfkurə 60-cı illərin poetik nümunələrindən 

əksini tapmışdır. Həmin  şeirlərin leytmotivində  əsasən 

Azərbaycanın ərazi bütövlüyü, onun imperiya istismarından xilası, 

dövlət müstəqilliyinin təmin olunması kimi ideyalar durmuşdur. 

Milli idealın, xalq taleyinin mərkəzində isə mövcud milli “Mən” – 

Xəlil Rza Ulutürk ömrü dayanmışdır. 

1980-ci ildə  və ondan sonra çap olunmuş kitablar: “Məndən 

başlanır Vətən”, “Uzun sürən gənclik”, “Davam edir 37” və 

başqaları  Xəlil Rza Ulutürkün istiqlalçılıq məfkurəsinin poetik 

təcəssümüdür. 60-cı illərin  şeirlərində  sənətkar erməni daşnakları, 

rus və fars şovinizminin siyasi düşmən olduğunu dərk etmiş  və 

bütün bunlara mətnarası etirazını bildirmişdir. Milli məfkurə şairin 

tarixi özünüdərkindən, fərdi poetik “Mən”indən başlamış, getdikcə 

vüsət alaraq dünyaya, bəşəri dərkə mənəvi keçid olmuşdur. 

Milli “Mən” ilk əvvəl şair varlığı, özünüifadəsi ilə obrazlaşmış 

və xalqı, Vətəni dərklə doğulmuşdur. Mövcud bədii “Mən” özünün 

böyüməsini, inkişafını, çəkişib-bərkiməsini Vətənə  mənən 

yaxınlaşmasında görmüşdür. 

X.R.Ulutürkün məslək və  əqidə yaşantıları 60-cı illərin 

şeirlərindən başlamışdır.  Şairə görə  məsləkə, məfkurəyə yetməklə 

Vətənin doğuşu, milli özünüdərki başlanır. Bu məqamda o, 

Z.Göyalp, 

Ə.Hüseynzadə, 

Ə.Ağaoğlu, M.F.Köprülüzadə, 

İ.Qasprinski, C.Əfqani,  ədəbi olaraq H.Cavid, M.Hadim, A.Şaiq, 

A.Səhhət, M.Ə.Sabir,  Ə.Cəfər, M.Yurdaqul, Y.Qədri, O.Seyfi, 

X.Ədib, Y.V.Çəmənzəminlini öyrənmiş  və başqalarının türkçülük 

məfkurəsinə yiyələnmişdir. 

Milli “Mən” yalnız Vətəni özünüdərklə hüdudlanmış, özünə 

geniş  mənada “Mən  Şərqəm” fəlsəfi bütövlüyündə yanaşmışdır; 

Qərbi də  özündə birləşdirməklə  dünyanı 

  

 



  


 

386


dərkə can atmışdır.  Şairin məfkurəsində gözəlliyi dərk etmək 

idraka doğru gedilən yol deməkdir.  Şairə görə gözəllik idealını 

dəyərləndirmək yalnız sevinc emosiyasına görə deyildir, həm də 

müqəddəs Vətən, millət kədərinə yiyələnmək, Vətən ruhunda 

tərbiyə olunmaqdır.  Şairin məsləkinin doğuşu da insanın azadlıq 

qüdrətindən, məfkurəsindən vüsət almışdır. 

X.Rzanın azadlıq haqqında fikirləri yalnız çağdaşlıq, 

müasirlikdən müəyyənlik tapmamış, qədim, mifik, tarixi, əfsanəvi 

hadisələrdən belə başlanğıc götürmüşdür. Spartak, Babək, Koroğlu 

cəngisi, Nəbi nərəsi, Misri qılınc Xəlil Rza idealının hərəkətverici 

qüvvəsi olmuşdur. “Məşəl silahlar”, “Babək”, “Gedər”, “Əbədi 

məşəl” və başqa  şeirlərdə azadlıq ideyası tarixi motivlər  əsasında 

simvol-laşdırılmışdır. Həmin  şeirlərdə milli şüuru, məfkurəni 

oyadan rəmzlər Cavanşir, Babək, Misri qılınc, Nəsimi, Sabir, Od, 

Dağ, Təbriz xalısı, Dədə Qorquddur. 

Şair müstəmləkə,  əsarətdən qurtuluş düşüncələrini 70-ci illərin 

şeirlərində milli məhdudluqla ifadə etməmişdir; o, beynəlxalq 

mövzuda yazdığı  şeirlərində belə özünün milli ruhunu əks 

etdirmişdir; bəşəridə milli, millidə bəşəri ideal axtarmışdır. 

60-70-ci illərin  şeirlərində milli məfkurə ilə bağlı düşüncələr, 

ideyalar sızmalar  şəklində özünü göstərmişdirsə, 70-ci illərin 

axırları, 80-ci illərin  əvvəllərində böyüyərək etirafa, elana 

çevrilmişdir.  Şair “Mən”i milli məramından söz açmış, onun 

miqyası  fərd, sonra məmləkət və millət hüdudlarına qədər 

genişlənmişdir. 

Ulutürkün dünyabaxışında dil əxlaqda, ruhda, mənəviyyatda 

özüldür. Milli dilə verilən qiymət yalnız milli düşüncənin 

səciyyəsini əks etdirmir, o, həm də məfkurə, millət aydınlığı, əzəli 

və əbədi bir varlıqdır. 

Milli məfkurənin tərkib hissəsi kimi Vətənin vəhdəti

xalqçılığın  ərazi-mənəvi bütövlüyü Xəlil Rza yaradıcılığında 

önəmli problem olmuşdur. 60-cı illər şeirlərində 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə