Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə125/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   121   122   123   124   125   126   127   128   ...   131

 

390


 70-ci  illərin axırları  və 80-ci illərdə  qələmə alınmış  əsərlərdə 

prototipə qarşı  tənqid münasibəti, ifşa pafosu istiqamətlənmişdir. 

Belə əsərlərin ideya mərkəzində xalq obrazı, məfhumu, leytmotivi 

dayanır. 

80-ci illərin  şeirlərində  Xəlil Rza Ulutürk ifşaçı, cəmiyyətə 

müxalif  şair mövqeyi ilə daha çox fərdiləşməklə  bərabər, milli 

ideoloq, məfkurə carçısı kimi canlanır. Belə əsərlərin məfkurəsində 

“Xalqın, Haqqın vicdanı” olan milli “Mən” - İdeal durur. 

X.R.Ulutürkün poetik əsərləri təzadlar üzərində qurulmuşdur. 

Buna görə  də  həmin bədii keyfiyyət  əsas götürülərək, 60-cı illər 

poeziyası, poetizmin sonrakı davamı da olmaqla təzadların 

poeziyası kimi xarakterizə edilmişdir. Həmin poetik təzadlar belə 

qruplaşdırılmışdır: 

a) Obyektiv gerçəklikdə baş verən və bunun poetik inikası olan 

təzadlar; 

b) Obyektlə subyektin münasibəti və bunlar arasında asılılıq 

əsasında yaranan təzadlar

c) Milli tarixi gerçəkliyin subyektin daxili-mənəvi aləmində 

doğurduğu psixoloji təzadlar. 

60-cı illər X.K.Ulutürkün milli idealının mənbələrini 

aydınlaşdırmış, türkçülük, vətənçilik, istiqlalçılıq ideyaları, xalq, 

torpaq taleyi barədə fikirlər ifadə olunmağa başlamışdır. 

“Afrikanın səsi” isə Ulutürk poeziyası, onun azadlıq idealı üçün 

epiqraf olmuşdır. Həmin illərin poeziyasında başlıca mövzular 

siyasi, siyasi-ictimai, ictimai-psixoloji, fərdi-psixoloji, təbiət, 

məhəbbət, Vətən və  vətəndaşlıq, Cənubi Azərbaycan və 

müharibəyə aid olanlardır. 

X.R.Ulutürkün mövcud “Mən”i lirik qəhrəmana keçidlərini 60-

cı illərin əsərlərindən, “Mənim şerim”, “Əbədi məşəl”, “Ən böyük 

səadət” və başqalarından almışdır. Bu dövrdən başlayaraq,  şairin 

yaradıcılığında lirik-epik üslub lirik-romantik, əxlaqi-romantik 

müəyyənləşmiş və yetkinləşmişdir. 

  



 

391


Ulutürkün milli ideala, xalq taleyinə, milli azadlıq hərəkatına 

mənəvi gəlişi birbaşa olmamışdır. O, bəhanələr, vasitələr, 

priyomlar, üsullar araya-araya, mətnarxası, sətirlərarası 

məqamlardan istifadə edərək, milli ideala doğru yol gəlmişdir. 

Cənubi Azərbaycan mövzusunda yazdığı  əsərlərində (“Oğlum 

Təbrizə”, “Anam layla çalır”...) xalq taleyi və xalqın birliyi 

ideyasının rişələri də 60-cı illərin əsərlərində olmuşdur. 

70-ci illərdə  şair 60-cı illərin mövzu və  bədii mündəricəsini 

davam etdirsə  də, həmin illərdə onun yaradıcılığında fəlsəfə  və 

didaktika (fəlsəfi-romantik, didaktik-romantik), ictimai reallığın 

müşahidə  və  bədii dərkindən irəli gələn zəngin həyat təcrübəsi 

artmışdır. Bu baxımdan 70-ci illər poeziyası  bədii dərk və idrak 

poeziyası kimi təhlil edilmişdir. 70-ci illərin  əsərləri ideya-poetik 

tutumu ilə daha geniş və müdrik əsərlərdir. 60-cı illərin əsərlərində 

həyatın müxtəlifliyini obyektiv inikas (hərçənd bu da 

substansiyasız deyildi) əsas idisə, 70-ci illərin əsərlərində obyektiv 

hadisələri, subyektiv cəhətdən mənalandırma, onlara bədii qiymət 

və dəyər vermək xassəsi obyektə fəlsəfi, idraki və didaktik baxış və 

milli idealları önə çıxarmaq meylləri güclü olmuşdur. 

Ulutürkün ictimai etirazları konkret, dərin və aydın bədii 

dərkini 70-ci illərin  əsərlərində göstərmişdir. Həmin illərin 

nümunələrində ictimai etirazların ifadəsi mövcud mühit və şəraitə, 

cəmiyyətdə hökm sürən mənəvi-psixoloji, ictimai-siyasi 

haqsızlıqlara, beynəlxalq  şovinizmə, istismara, müstəmləkəçiliyə, 

imperiyaçılığa qarşı ciddi etirazdır. 

Ulutürkün ictimai etirazları ilk əvvəl özünə münasibətdən, 

etirafdan başlanğıc götürmüşdür. Həmin etirafda lirik qəhrəmanın 

dönməzliyi, qətiyyəti, mübarizliyi, andı-etiqadı, elanı aydın, kəskin 

ifadə olunmuşdur.  Şairin ictimai etirazlarının psixoloji 

mənbələrindən biri ictimai etinasızlıq,  ətalət və biganəliklə 

əlaqəlidir. 

  

 



  


 

392


 Şair ictimai etirazlarında həm də həyat adamına yol göstərmiş, 

nəticələrə  gəlmiş, mühakimələr etmişdir. Həm göstərmə-əks 

etdirmə, həm də müdaxilə  və münasibət üsulu ilə  həyat, ömür, 

yaşayış haqqında fikir və mühakimə yürütmüşdür. Ulutürkün 

ictimai etirazları gah lirik-romantik təhkiyə, gah lirik-patetik, gah 

da lirik-publisistik ifadə tərzinə əsaslanmışdır. 

Sənətkarın 70-ci illərdəki  əsərlərində seçilən ideya - mövzu 

istiqamətlərindən biri də üslubu üçün xarakterik olan mənəvi-

psixoloji məqamların obrazlara çevrilməsidir. O, həmin məqamları 

əxlaqi-fəlsəfi və etik-estetik məzmuna kökləmişdir. 

X.R.Ulutürk milli azadlıq idealını  nəinki həyatın təzadlarında 

görmüş, habelə, onu mənəvi-psixoloji dərkdə, fəlsəfi idrakda 

qavrayıb dəyərləndirmiş  və  gələcəyə doğru aparmışdır;  şair hər 

məqamda öz idealını, azadlığını  bəkləmiş, onun böyüyüb vüsət 

almasına  şərait və  məqam axtarmışdır. Buna görə  də 80-ci illər 

poeziyası bilavasitə  mənəvi-psixoloji olanın inikası ilə bağlı 

olduğundan onu məqam və  məramın poeziyası kimi 

səciyyələndirmişik. 

Xəlil Rza poeziyasının dövrləri arasına sədd qoymaq, onları 

ayrı-ayrı istiqamətlərdə xarakterizə etmək fikrindən uzağıq. Həmin 

dövrlər arasında ideya-bədii vəhdət,  əlaqə  və münasibət, ideya-

mövzu və məzmun bağları möhkəmdir. Lakin biz dövrlərə məxsus 

olan, qabarıq təzahür edən bədii xüsusiyyətləri nəzərə alıb həmin 

onillikləri məxsusi başlıqlarla fərdiləşdirmək cəhdində 

bulunmuşuq. 

80-ci illərin  əsərlərində vahid bədii üslubun inkişafı  aşkar 

görünür. Yəni X.R.Ulutürk 80-ci illərə qədərki əsərlərində, əsasən, 

lirik-epik üslub yönündən cəmiyyətə müdaxilə etmişdirsə, 80-ci 

illərin  əsərlərində  şairin cəmiyyətə qarşı etirazları onu üsyankar, 

inkarçı  şair mövqeyinə  çıxardığına görə tonuslu bədii publisistika 

və patetika imkanları da poeziyasına güclü surətdə daxil olmuş-



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə