Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə126/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   123   124   125   126   127   128   129   130   131

 

393


dur. Şairin ictimai etirazları 80-ci illərin poeziyasında bir məqama, 

bir mərama tuşlanmışdır: bəşəri humanizmin ifadəsi, beynəlxalq 

imperializmin, rus sovet imperiyasının ifşası, bəşəriyyətin, millətin 

azadlıq uğrunda mübarizəsi, milli hərəkatların təsviri və 

tərənnümü. 

Humanizm və  vətənpərvərlik X.R.Ulutürk idealının tərkib 

hissəsi club xəlqi-bəşəri məzmundadır. 80-ci illərin  şeirlərindəki 

humanizm, vətənpərvərlik və  vətəndaşlığın ideya daşıyıcılarından 

biri - şəxsiyyət və tale müəyyənliyidir. 

80-ci illər poeziyasının bədii keyfiyyətlərindən biri başlıca 

olaraq iki cür ideya xəttinin davam və inkişaf etdirilməsidir: 

ictimai-siyasi haqsızlıqların, imperiyanın tənqidi və milli azadlıq 

hərəkatının yetişməsi. Bu iki xətt sənətkarın humanizm və 

vətənpərvərliyində daha qabarıq təzahürünü tapmışdır. X.Rza 

Vətən - Xalq - Azərbaycan bütövlüyünü bütün bədii məqamlarda 

gözləmişdir.  Şairin humanizminin mənbə  və axarları bu ülvi 

qüdrətdən başlanğıc götürmüşdür. 

1988-ci ildən X.R.Ulutürk tarixi şəxsiyyət, gerçəklikdə milli 

xarakter müəyyənliyinə daxil olmuşdur. Həmin tarixdən başlayan 

milli azadlıq hərəkatı şairi Vətən səngərinə çəkmişdir. 

X.R.Ulutürkün milli idealı: Azərbaycanın müstəqil dövlət 

müəyyənliyi və turançılıq ideyası birbaşa, açıq-aşkar ifadəsini 80-

90-cı illərin poeziyasında göstərmişdir. 

X.R.Ulutürk 70-ə  qədər poemanın müəllifidir.  Şairin 

poemalarına baxış onun yaradıcılığını bütövlükdə tədqiq etmək və 

milli ideallarını  həm də bu janrda izləməkdən irəli gəlmişdir. Bu 

bölmədə  həm də X.R.Ulutürkün lirik, lirik-epik poema, poema-

pamflet, poema-monoloqlarından danışılmışdır. “Gələcəksən 

baharda” (1970), “Təbrizli  şairin düşüncələri” (1970), “Həsrət” 

(1971)  əsərlərində azadlıq, mübarizə “Dədə  sərvəti” kimi 

qiymətləndirilir. 80-ci illərin “Hara gedir bu dünya”, “İki qardaşın 

söhbə- 


  

 



 

394


ti”, “Ağ günlərin qaraldımı”, “Çinar sınar,  əyilməz”, “Məni bir 

dərd yandırır”, “Qalx ayağa, Vətənim”, “Məktublar gedər-gələr”, 

“O gün gələcək”, “Vətən oğlu” poemalarında lirik təhkiyədə İnsan 

obrazı psixoloji-hissi məntiqdə, analitik-didaktik, patetik-

publisistik təsvirlərdə  təqdim edilmişdir. Bu, insanın tarixə siyasi 

etirazları, xalqın taleyinə  vətəndaş yanğısının ifadəsi üçün əsas 

olmuşdur. 

“Ağ günlərin qaraldımı”, “Məktublar gedər-gələr”, “O gün 

gələcək”, “Qalx ayağa, Vətənim”, “İki qardaşın söhbəti”, “Vətən 

oğlu”, “Məni bir dərd yandırır” poemalarında azadlıq mübarizəsi 

Təbrizin, Güneyin obrazı canlandırılmışdır. Bunlar vətənçilik 

məfkurəsi ilə sıx bağlıdır. 

“Şuşa səfəri poemasında Qarabağla,  Şuşa ilə  əlaqədar olaraq 

tarixə, tarixi keçmişə epik təsvir görümü vermək yox, məntiqi 

hökm və qənaətlərdə yanaşmaq ustalığı diqqəti cəlb edir. “Adımız, 

soyadımız” (1965), “Yadındamı, Səmirə” (1986) poemalarında dil 

dövlətçilik, türkçülük səviyyəsində dəyərləndirilmişdir. 

“Məftillə sarınmış yaralar” və “Qanım bayrağıındadır” 

poemaları 90-cı illərdə yazılmış, Azadlıq hərəkatı ideyasını, milli 

ideal, xalq taleyi ilə bağlı poetik məramı canlı  əks etdirmişdir. 

“Qanım bayrağımdadır” (1991 - 1994) poeması 20 yanvar 

şəhidlərinə  həsr olunmuş, turançılıq tarixi ideya kimi bütöv 

qavranılıb dəyərləndirilmişdir. X.R.Ulutürkün istiqlal mübarizəsi 

yalnız milli hadisə ol-mayıb dünya azadlıq hərəkatının tərkib 

hissəsidir. X.R.Ulutürkün adı  gələndə Azərbaycanın  şərəfli 

mübarizə tarixi göz önündə canlanır. Xəlil Rzanın milli azadlıq 

hərəkatının öndərlərindən olmaq missiyasının müqəddəm  şərtləri 

vardır. O, özünü siyasətçi, siyasi xadim kimi tanıtmaq istəyindən 

uzaq olsa da, tarixi gerçəklik özü onu bu yola çəkib gətirmiş, Xəlil 

Rza varlığında “tarix və şəxsiyyət”, “xalq və ziyalı”, “siyasətçi və 

ziyalı”, “xalq 

  



 

395


və şəxsiyyət” birliyini təcəssüm etdirmişdir. 

X.R.Ulutürk Azərbaycan SSR Cinayət Prosessual Məcəlləsinin 

67-ci maddəsi ilə milli ədavəti qızışdırmağa görə 6 yanvar 1990-cı 

ildə  həbs edilmişdir. SSRİ DTK-nm Lefortovo zindanına 

salınmışdır. O, 26 yanvar 1990-cı il tarixdən 9 oktyabr 1990-cı 

ilədək, 8 ay 13 gün Lefortovo zindanının izolyatorunda 

saxlanılmışdır.  Şair zindanda 2000 səhifədən artıq cildlər 

yaratmışdır ki, bunun 196 şeirini azadlığa buraxıldıqdan sonra çap 

etdirmişdir. Həmin şeirləri “Qıfılı o üzdən olan qapılar” adı altında 

ümumiləşdirmişdir. 

Zindan həyatı azadxalının özünüdərkinə bir daha baxışdır. 

Azadlıq bahadırı belə  həyatdan  əsla darılmamış, sarsılmamış, 

bədbin olmamışdır. X.Rzanın  əsərləri müqəddəs kədərin ifadəsi 

olan nikbin, ehtiraslı poeziyanın nümunələridir. 

Ulutürk zindan şeirlərini yalnız siyasi motivlər, ideyalar 

üzərində qurmuşdur. Zindan şeirlərində mübaliğə, təşbeh güclü

romantik təsvir-təfərrüat artıqdır. 

Tarixi həqiqətlər milli xarakterin varlığını, mənəvi-psixoloji 

vəziyyətini müəyyənləşdirmişdir. X.R.Ulutürkün Lefortovo 

şeirlərində mübarizə, qəhrəmanın fərdi aləmi, psixologiya və 

mənəviyyatı  şeirləşmişdir - xalq taleyi qəhrəmanlıq,  şəxsiyyət, 

xarakter mənasında bir fərdin üzərində müəyyənlik tapmışdır. Milli 

ideal da həmin fərdin xarakterindən doğulmuşdur.  Şair - milli 

xarakter mənliyindən, dostlarından,  Əşrəf  Şəfidən aldığı  şeirdən, 

həyat yoldaşı Firəngiz xanım Ulutürkün ilahi məhəbbətindən

məhəbbətin qadir gücündən qüvvət almışdır.  Şair Firəngiz xanımı 

dustaq qadını yox, Azadlığın gəlini kimi dəyərləndirmişdir. 

Firəngiz məhəbbəti möhnətkeşlik və əzabkeşlik nümunəsidir! 

Xəlil Rzanın Lefortovo şeirləri,  əsasən lirik-ictimai, patetik, 

lirik-poetik - etiraf, lirik - tonik, lirik - siyasi, lirik, lirik - epik 

şeirlərdir. X.R.Ulutürk mürəkkəb tarixi 

  

 



  


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə