Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə124/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   120   121   122   123   124   125   126   127   ...   131

 

387


həm bilavasitə, həm də  sətiraltı anlamlarda görünən Güney 

mövzusu, “Araz”, “Təbriz” obrazları ümummilli ədəbiyyatda 

olduğu kimi “Qatar gedər”, “Gedər”  şeirlərində  də şair kədərinin, 

şair məqsədinin ideya daşıyıcıları olmuşdur. 

İstiqlal məfkurəsi, ideologiyası X.R.Ulutürkün özünüdərkində 

fəlsəfi-estetik baxışdır (“Nifrətim var”, “Meyar”, “Böyük sənətkar” 

və başqaları). Mayası, cövhəri folklorda olan mənəvi azadlıq 

ideyasının rişələri 60-cı illərin  şeirlərindən gəlirdi. Vətənçilik 

ideyası da 60-cı illərin poetik nümunələrindən başlamışdır. 

80-ci illərin  əsərlərində X.Rza bir ideoloq, azadlıq mücahidi

istiqlal məfkurəsinin  əzabkeşi, Vətənçi, xalqçı kimi görünmüşdür. 

60-70-ci illərin  əsərlərində milli şüur və  məfkurənin təzahürü 

sətiraltı fikir qatlarında təcəssüm olunmuşdursa, 80 - 90-cı illərin 

yaradıcılığında bu, aşkar ideya keyfiyyətinə çevrilmişdir. Həmin 

ideya-məfkurənin canlı  təcəssümü,  əsasən, imperiyanın kəskin 

ifşası, Azərbaycan xalqının milli müstəqilliyi, suverenliyi, dövlət 

yeni istiqlalçılıq ideologiyası ilə bağlıdır. 

80-ci illərin  şeirləri milli məfkurənin qüdrətli çağırış ruhu ilə 

seçilmişdir. Bu mübarizə  şairin proqramına, həyat idealına 

çevrilmişdir.  Şairi mübarizəyə qaldıran mənəvi-daxili təkan geniş 

mənada müqəddəs milli kədərdir. 80-ci illərin  əsərlərində  şair 

“Mən”i mənəvi-psixoloji məqamlarını ilk əvvəl mövcud mühitə 

tənqidi, ifşaçı baxışdan almışdırsa, 80-ci illərin axırlarına doğru 

Azərbaycanın milli həyatında mürəkkəb tarixi-siyasi hadisələrin 

baş verməsi ilə  həmin milli “Mən” bilavasitə azərbaycançı, 

istiqlalçı, sovet imperiyasına qarşı  işfaçı  və azadlıq bahadırı kimi 

konkret xüsusiyyətlər kəsb etmişdir. Bu illərin həyatında və 

poeziyasında mövcud milli “Mən” təlatümlü, qaynar lirik 

polifoniyadan çıxaraq, onunla birlikdə üsyankar, patetik-publisistik 

səciyyəli üslubu da aşkarlamışdır. 

  

 

  



  


 

388


Şairin milli-estetik idealı Azərbaycanın taleyi ilə möhkəm 

bağlıdır. Vətənin, xalqın idealları ilə bağlı problemlərin poetik 

ifadəsi tarixlə, cəmiyyətin mürəkkəb, təzadlı  həyatı ilə müvazi 

inikas etdirilmişdir. 60-70-ci illərin poeziyasında lirik-romantik 

polifoniya, ideya-bədii mündəricə daha da zənginləşmişdir. Həmin 

tarixi-estetik anlayışlar 80-ci illərin poetik nümunələrində vüsətli 

siqləti ilə seçilmişdir. Dövrün axırlarından başlayaraq, lirik-estetik 

“Mən” milli “Mən”ə doğru istiqamətlənmiş, 80-90-cı illərin 

əsərlərində isə milli xarakter, tarixi-bədii  şəxsiyyət müəyyənliyi 

kəsb etmişdir. 

60-cı illərin  əsərlərində (1960-1964) xalq, vətən müəyyənliyi 

yalnız dünya gerçəkliyi ilə paralellərdə, müqayisələrdə, lirik-

romantik təsvir və  tərənnümdə  təzahür olunmuşdur. Həmin 

şeirlərdə xalqın aydın, müəyyən, birbaşa bədii doğuşu, həyat və 

mənəviyyat aləmi, estetik idealı demək olar ki, görünməmişdir. 

Estetik ideal, xalq və  vətən məfhumları bir çox şeirlərdə motiv, 

ideya və ya simvollar şəklində təzahür etmişdir. 

X.R.Ulutürk yaradıcılığında azərbaycançılıq: vətən və xalq 

taleyi eyni zamanda milli ideologiyanın daxili keyfiyyəti kimi 

özünü göstərmişdir. Azərbaycançılıq (vətənçilik) Xəlil Rza 

dünyabaxışında ardıcıl bədii sistem olub, milli ideal və xalq taleyi 

deməkdir. 

Şairin xalqçılığından danışmaq XIX əsrin rus inqilabçı 

xalqçılığından və ya Avropada mövcud olmuş xalqçılıq tipindən 

danışmaq demək deyildir. Ulutürkün xalqçılığı  əslində 

azərbaycançılığın, vətənçiliyin tərkib hissəsi olmuşdur. Yəni 

Azərbaycan yalnız azərbaycanlıların yox, həm də onlarla birgə 

qeyri-azərbaycanlılarının: lezgilərin, talışların və başqalarının 

vətənidir.  Şair bu səbəbdən də sadvalçılıq, talışçılıq (Ləzgistan, 

Talış-Muğan) kimi niyamçı siyasi təmayülləri ciddi surətdə 

pisləmişdir. Ulutürk separatizm, şovinizm və nihilizmin düşməni 

olmuşdur. Böyük sənətkar  əsərlərində etnik qruplara, milli 

azlıqlara, 

  



 

389


millətlərarası iqtisadi-mədəni birliyə, münasibətlərə, bəşəriliyə 

əsaslanan xalqçılığı, azərbaycançılıq və vətənçiliyi təbliğ etmişdir. 

X.R.Ulutürk yaradıcılığında vətənçilik, türkçülük və xalqçılıq-

məfkurəsi önəmli bədii-ideoloji keyfiyyətdir. Vətənin bütövlüyü

onun taleyi X.R.Ulutürkün şəxsiyyət və yaradıcılığında ciddiyyəti 

ilə görünən problemlərdəndir. Güney Azərbaycanı mövzusu 

Ulutürk yaradıcılığında aparıcı mövzularda n biri olmuşdur. 

“Sağlıq, yaxud vəsiyyət” (1962) şeiri Vətənin bütövlüyünə birbaşa 

münasibət  əsasında yazılmışdır. “Oğlum Təbrizə” (1964), 

“Təbrizim mənim” (1965 - 75), “Anam layla çalır” (1966), “Gözün 

aydın, Azərbaycan” (1969), “Xiyabani yurdunda” (1975), “Qatar 

gedər”, “Səsin gəlsin, Təbrizim” (1980), “Xudafərin körpüsü” 

(1980)  şeirlərində epik təsvirə meydan yoxdur; lirik mühakimə, 

məntiqi məna ilə  aşılanmış  təhkiyə  və intonasiya xasdır. Güney 

şeirləri milli ideallarla, Vətən taleyi ilə  aşılanmış siqlətli poetik 

nümunələrdir. Həmin  əsərlərin qanı, vicdanı, oyadış ruhu çox 

güclüdür. 

X.R.Ulutürkün poeziyasında xalqın həyat və  məişəti, 

psixologiya və  mənəviyyatı epik təsvir və  təhkiyə  əsasında deyil, 

psixoloji-mənəvi məqamların (hərçənd ki, bunlar da lirik 

“nüvədən” sərf-nəzər deyil) bədii ifadəsində daha çox aydınlıq və 

konkretlik tapmışdır. 

60-cı illərin  əsərlərində milli varlığa baxış üslub xüsusiyyəti 

kimi başlıca olaraq psixoloji-mənəvi məqamlarda: bədii təsdiq 

məzmununda, nəqli poetik sintaksisdə, adi intonasiya və lirik-

romantik mühakimələrdə qabarıq duyulmuşdur. Həmin onilliyin 

axırlarına doğru yazılmış  əsərlərdə intonasiya, ahəng dəyişir, 

həyatın, cəmiyyətin təzadları, demokratiya, azadlıq və  sərbəstlik 

meylləri güc-ləndikcə lirik intonasiya, lirik-romantik publisistika, 

müraciət, münasibət, etiraz, inkar yönündə dinamikliyini artırır; 

sənətkar mövqeyi, ideal və məram, köhnənin inkarı, yeninin təsdiqi 

pafosunda üzə çıxır. 

  

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə