Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   117   118   119   120   121   122   123   124   ...   131

 

377


əmanət qoyulmuş kitabı (erməni  şairi tərəfindən) erməni ailələri 

hazırda öz qızlarına cehiz verirlər. Bu nə deməkdir? Bunu 

yazanlarla, buraxanlarla və əzizləyib saxlayanlarla dövlət orqanları 

nə üçün məşğul olmurlar? 

2. 1918-ci ildə türklərin ermənilərə vurduğu tələfatı 1988-ci ilin 

fevral ayında lentə köçürüb Yerevanda nümayiş etdirməkdə 

məqsədin nədən ibarət olduğunu dövlət orqanları  nə üçün 

soruşmurlar? Bu, ədavət qaldırmaq deyilmi? Millət qırğınına səbəb 

olmazmı? 

3. 1949-50-ci illərdə Ermənistandan Azərbaycana köçüb gələn 

neçə minlərlə müsəlman ailəsi nə  səbəbə köçürüldülər? Həmin 

zamanda Azerbaycandan Ermənistana heç erməni ailəsi 

köçürüldümü, köçüb getdimi? Köçməyin və ya köçməməyin 

səbəblərini bilirsinizmi? 

80-ci illərdə X.Rzaya müraciət olunan və onun da yuxarı 

orqanlara çatdırdığı  tələblərin mahiyyəti daha dərin və  kəsərlidir. 

1988-ci ilin 16 və 18 mayıs tarixli gündəliklərində deyilirdi: 

“Azərbaycan xalqının milli və  mənəvi birliyini təmin etmək üçün 

Cənubi Azərbaycan Komitəsi yaradılsın”, “Azərbaycan dövlət 

dilinin hüquqları yerinə yetirilsin!”, “Bakıda yaşayan ruslar və 

başqa millətlər Qarabağ  məsələsi ilə  əlaqədar konkret fikirlərini 

söyləsinlər”, “Qarabağdakı abidələrdə tariximizin yaddaşı yatır. 

Onun bərpasında işləyən erməni ustaları  rədd olsun!”, “Erməni 

dilində Azərbaycan televiziyası və radiosunda gedən verilişlər ləğv 

edilsin”, “Naxçıvanla Təbriz arasında  əlaqə yaradılsın”, “Rədd 

olsun televiziyanın erməni dilində proqramı”, “Xudafərin 

körpüsünə toxunulmasın! Onlar bizim cənublu qardaşlarımızla 

birləşməyə olan ümidimizdir! [318]. 

1988-ci il qovluğunun 129-130-cu səhifələrində X.Rza 

Z.Balayanın “Ocaq” və  “İstoriya armyanskoqo naroda” 

kitablarından sitatlar gətirərək, onların azərbaycanlılara olan mənfi 

münasibətini göstərir. “Ocaq” kitabında  İrəvan xanlığı  və onun 

tarixi, Azərbaycan, o cümlədən, sovet 

  



 

378


Azərbaycanının indiki ərazisi  Şərqi Ermənistan, başqa sözlə, 

“Böyük Ermənistan” kimi təqdim edilir. X.Rza tələb edir ki, 

erməni müəlliflərinin kitablarındakı tarixin saxtalaşdırılması 

faktlarını öyrənən xüsusi komissiya yaradılsın. Həmin 

komissiyanın topladığı materiallar şərhləri ilə birlikdə Azərbaycan, 

erməni və rus dillərində  nəşr edilsin. Qarabağın tarixinə aid olan 

ədəbiyyat yenidən çap olunsun. Qarabağın tarixi ləngidilmədən 

öyrənilsin. Və tarixi materiallar geniş xalq kütlələrinə çatdırılsın. 

X.Rza Qarabağ hadisələri törəyəndə bir ideoloq, mücahid və 

azadxah kimi fəaliyyətə başlamışdır. Onun siyasi-ideoloji 

fəaliyyətinin  əsasları 1998-ci ildə Firəngiz xanım Ulutürkün 

tərtibatı,  İmran Xəlilovun redaktorluğu ilə çap olunuş “XəliI Rza 

Ulutürk Lefortovo zindanında” elmi-tarixi memuarında ifadə 

edilmişdir. Kitab X.R.Ulutürkün 1988-93-cü illər həyatının tarixi 

əksidir. Xəlil Rza mitinqlərə  çıxanda irəlicədən çıxışlarının baş 

cizgilərini müəyyənləşdirmiş, elmi və siyasi səbatla  əzəmətli 

nitqlər etmişdir.  İndiyədək çap edilməmiş  həmin tezislərin bir 

neçəsini təqdim edirik. 

1. Azərbaycan hüquqçularının cəmiyyəti təşkil olunsun. Bu 

cəmiyyət SSR-nin ədliyyə orqanlarına, BMT-yə, İnsan hüquqlarını 

qoruyan təşkilata, beynəlxalq məhkəməyə üz tutsun. 

Ermənistandan öz dədə-baba torpaqlarından qoparılmış 300 min 

türk azərin tapdanmış hüquqları barədə  məsələ  və cinayət işi 

qaldırılsın. Daşnaklərin türkazər millətinə qarşı əsrin əvvəllərindən 

başlamış soyqırımları ifşa olunsun. 

2. Qafan rayon mərkəzini və  kəndlərini, Basarkeçər mahalını, 

Zəngibasar elatını, Göyçə mahalını, Arpaçay vadisini, Dilican 

dərəsini və Dilican rayonunu, Ararat ovdanını,  İrəvan xanlığı 

torpaqlarını 

və klassik Azərbaycanın digər 

ərazilərini 

Azərbaycandan qoparmış velikorus şovinizmi, çar hökuməti və 

onun sovet dövründəki varisləri ifşa edilsin. Həmin torpaqların 

Azərbaycana qaytarıl- 

  



 

379


ması  tələbi Azərbaycan SSR Ali Sovetinin diqqət mərkəzində 

dayansın! 

3. Doğma Qarabağı  və yuxarıda adlarını  çəkdiyim Türkazər 

torpaqlarını erməni daşnaklarından tamamilə  təmizləmək üçün 

bütün bəşəriyyətə, Sovet İttifaqı xalqlarına, Qərbə və Şərqə, islam 

türk dünyasına və bu sırada  İrana, Güney Azərbaycanına xitab 

ediriz, onlardan maddi və  mənəvi yardım istəyiriz! Cənubi 

Azərbaycan xalqı öz klassik xəritəsini, dədə-baba torpaqlarını 

silahı  və qanı ilə qorumağa borcludur. Qardaşlarımızı, 

həmvətənlərimizi öz müqəddəs borclarını yerinə yetirmeyə 

çağırırız. 

4. Bir nömrəli düşmənimiz biganəlikdir, daşnak təbliğatına 

uyanlardır. 

5. DTK sisteminə soxulmuş 12 erməni zərərsizləşdirilsin. 

6. DİN sisteminə soxulmuş velikorus şovinistləri ifşa olunsun. 

X.R.Ulutürk 24 sentyabr 1989-cu il tarixli mitinqdəki nitqinin 

baş cizgiləri Azərbaycan türklərinin dini, əxlaqi, ideoloji, cismani 

soyqırımı  əlifba siyasəti, “yenlənən” ziyalı  məsələləri ilə bağlı 

olmuşdur. 

23 oktyabr 1989-cu il tarixli mitinqdə  çıxışının baş cizgiləri 

daha ciddi məramları işıqlandırmışdır. Proqramda deyilirdi: 

1. Aşkarlama və demokratikləşdirmə yalnız görkəmli 

şəxsiyyətlərin işi deyil, tarixin hərəkətidir. Qaragüruhun, irqçiliyin, 

milli  ədavət salanların bütün cəhdlərinə baxmayaraq, bəşəri 

tərəqqinin qarşısını almaq mümkün deyil. Sivilizasiya irəliləyir, 

bizim milli mübarizəmiz bəşəriyyətin azadlığı, səadəti uğrunda 

gedən mübarizənin tərkib hissəsidir. Buna görə biz sionizm, 

velikorus  şovinizmi, erməni daşnakçılığı ilə vuruşa-vuruşa 

bəşəriyyətin vicdanına üz tuturuq, ruslan, ingilisləri, almanları, 

yaponları, çinliləri, farsları, ümumən, bütün millətləri, öz xalqını 

təmsil etməyə qadir olanları bu mübarizəyə qovuşmağa 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə