Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə117/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   113   114   115   116   117   118   119   120   ...   131

 

365


baxımından seçiləndir. “Qardaşlıq görüşü” (30 iyul 1980-ci il) 

Abbas Abdulla, “Misilsiz milli xəzinə” (16 dekabr 1984-cü il) 

Firudin  Şuşalı, “Zeynalımızla ilk görüş” (10 ocaq 1985-ci il) 

Zeynal Məmmədov, “Yeganə təsəllimiz” (12 mart 1985-ci il) Əlfi 

Qasımov, “Kürlə  Xəzər qovuşamda” (21 nisan 1986-cı il) Zabil 

Pərviz, “Qardaşım, qardaşım Azər İmam” (12 may 1985-ci il) Azər 

Turan, “Zindanda poeziya günəşi” (14 fevral 1986-cı il) Musa 

Cəlil, “Möcüzələr diyarında” (5 oktyabr 1986-cı il) Məstan Günər, 

“Poeziyaya çevrilmiş dostluq” (4 aralıq 1987-ci il) rus şairi 

Viadislav  Şoşin, “Günəş heç bir kəsdən mükafat ummaz” (23 

dekabr 1987-ci il) Firudin Şuşalı haqqındadır. Həmin məqalələrdə 

tanınmış elm, mədəniyyət adamları, onların tarixi xidmətlərindən 

bəhs edilir. “Zeynalımızla ilk görüş” məqaləsində X.Rzanın 

B.Vahabzadə  və Nurəddin Rzayevlə birlikdə  Ağdamda Zeynal 

Hüseynoğlu Məmmədovla görüşü təsvir olunur. Həmin görüşlərin 

təsvirində elmi söhbətlərə, elmi təhlillərə geniş yer verilir, ədəbi 

nümunələr zəminində milli-bəşəri dəyərlərimiz qiymətləndirilir. 

X.Rzanın Zeynal Məmmədli ilə söhbətləri zamanı alimin Füzuli 

haqqında təhlilləri ciddi maraq doğurur. Məqalədə oxuyuruq: 

“Arifliyə, mənəvi qəhrəmanlığa dair Füzulinin ayrıca düsturu var: 

Hikməti-dünyavü mafiha bilən arif deyil, Arifoldur bilməyə 

dünyavü mafiha nədir? “Dünyavü-mafiha” - dünya və onun içində 

olanlar deməkdir. Bu halda Füzuli beytini bu cür açıqlamalıyıq: 

Dünya hikmətini və dünyanın içində olanların hikmətini, mənasını 

bilənlər arif deyil. Arif o kəsdir ki, nə dünyanın nə olduğunu bilə, 

nə də dünyanın içindəkilərdən xəbər tuta. 

Dünyanı  dərk etməkdə xariqələr yaradan Füzuli nə üçün belə 

deyir? Nə üçün insanı idrak həvəsindən saqmdırır? Çünki dünya 

sonsuzdur və dünyada min-min işin, 

  

 



  

  



 

366


hadisənin ardınca qoşmaq mümkün deyil. Min-min iş içindən 

birini, ən vacibini seçib yalnız onun ardınca getməli, yalnız böyük 

bir idealın ardınca qaçmalısan! Bu yeganə  və  dəhşətli iş isə 

insandan fövqalədə iradə gücü, dözüm tələb edir. Bu yükü boynuna 

götürübsənsə  də, gərək hər qətrə  əziyyətə dözəsən, sənə sağ ol 

deyən tapılmasa belə, gərək haray-həşir salmayasan, qovğa 

qoparmayasan” (Şairin arxivindən. 10 ocaq 1985-ci il) [318]. 

Milli musiqimizin dəyərləri təbliğ olunan “Misilsiz milli 

xəzinə” məqaləsi də qiymətlidir. Orada deyilir: “İfaçılıq sənətinə 

dair 17 noyabr 1984-cü il tarixli verilişin mavi ekranda 

səslənməsindən xeyli müddət keçməsinə baxmayaraq, mən hələ də 

o musiqi axşamının təsiri altındayam. Hələ də misilsiz tarzən Hacı 

Məmmədovun ifasında dinlədiyim orta mahur, dahi xanəndə 

Cabbar Qaryağdı  oğlunun,  şəlalə qüdrətli müğənninin harayları, 

maraq zəngulələri yaddaşımda yenidən səslənir, qanımı coşdurur. 

Hələ  də ürəyimə  sığışmayan iftixarla xatırlayıram ki, Azərbaycan 

milli mədəniyyətinin beşiyi başında dayanan Səfiyəddin 

Urməvidən,  Əbdül Qədir Marağalıdan tutmuş dahi Üzeyirə, Qara 

Qarayevə, Fikrət Əmirova və onların ardıcıllarına qədər keçdiyimiz 

yolda Şərqin ən böyük incəsənət və elm məktəbindən ilham alan və 

öz növbəsində onun inkişafına təkan vermiş Hacı Hüsü Səttar, 

Əbdülhəsən xan, İqbal,  Əbdülbaği Zülalov, Keçəçioğlu 

Məhəmməd,  Şəkili  Ələsgər, Zabul Qasım, Segah İslam, Məşədi 

Məmməd Fərzəliyev, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Bülbül, 

Xan  Şuşinski kimi xanəndələrimizin tar kaman, ud, ərğənun, 

balaban, tütək, skripka, nağara kimi alətlərə yeni nəfəs və can 

gətirən sənətkarın adı  və yaradıcılığı bizim milli sərvətlər 

xəzinəsini nə  qədər zənginləşdirmişdir, bu gün onların 

araşdırılmasına, düzgün qiymətləndirilməsinə  və geniş dinləyici 

kütləsinə çatdırılmasına, musiqi tərbiyəmizin, zövqümüzün yeni və 

yüksək mərhələyə qaldırılmasına nə qədər böyük ehti- 



 

367


yac var...” (Şairin arxivindən. 16 dekabr 1984-cü il) [318].. 

X.Rza “QaIib gələcəkdir cahanda kamal” məqaləsində, 

ümumən, insanın “azad və kamil cəmiyyət qurmaq uğrunda 

düşüncələrindən, mübarizəsindən, silahsız, qırğınsız, zülmsüz, 

istismarsız cahan yaratmaq üçün beyinlərini və ürəklərini yanar 

məşələ döndərmək” istəklərindən, “Türkan dəftəri” məqaləsində 

Türkanın nabatat aləmindən, onun maddi nemətlərindən, “Günəş 

heç bir kəsdən mükafat ummaz” məqaləsində isə Fürudin Şuşalının 

musiqi mədəniyyətimizə olan himayəsindən bəhs olunur. 

80-ci illərin publisistik məqalələri içərisində “Tofiq Bayram 

səadəti” (27 aralıq 1985-ci il) məqaləsi istedadlı  şair, tərcüməçi 

T.Bayramın Akademiyanın Nizami adına  Ədəbiyyat  İnstitutunda 

keçirilmiş  yığıncağından, R.Həmzətovdan etdiyi tərcümələrdən, 

“Böyük poeziya vətəndaşlıqdan başlanır” (12 dekabr 1986-cı il) 

məqaləsində teleradio əməkdaşı Eldar Baxışla  şairin vətəndaşlıq, 

çağdaş 


ədəbi dilin yabançı 

kəlmələrdən təmizlənməsi 

məsələlərindən söz açır. 

X.Rzanın bədii publisistikasının nəzəri problemləri ilə bağlı 

məqalələri də arxivdə saxlanılmaqdadır. Bu baxımdan “Bədii 

publisistika və yenidənqurma” (10 aralıq 1987-ci il), “Getdikcə 

fəallaşan janr” (10 dekabr 1987-ci il) məqalələri səciyyəvidir. 

Həmin məqalələr publisistika janrı ilə  əlaqədar olaraq keçirilmiş 

müşavirələr, dəyirmi stollarla, yığıncaqlarla bağlıdır. X.Rzanın 

“Şəxsiyyət yet-kinliyi və  mənəvi güc” (17 şubat 1986-cı il) 

məqaləsində isə xalq artisti Mikayıl Mirzənin  ədəbiyyat və 

incəsənətlə bağlı sorğuları cavablandırılır. 

X.Rzanın “Poeziyanın hücumçu rolu” (17 aralıq 1987-ci il) 

məqaləsi milli nihilizm, fövqəlbeynəlmiləlçilik fikirlərinin 

pislənməsi, “Xalqın məhəbbəti” (may 1988-ci il) məqaləsi Məqsud 

Şeyxzadə, “Poeziya meydanı yalnız 

  

 

  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə