Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə120/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   116   117   118   119   120   121   122   123   ...   131

 

374


birliyi elmi, bədii və publisistik vəhdətdə təcəssüm etdirmişdir. Bu 

baxımdan  şairin tarixi, elmi-tarixi memuarlarında ibrətli 

məqamlarla üzləşirik. Onlardan bəzilərinə diqqət yetirməyi 

əhəmiyyətli hesab edirik. 

“Ənkə”, yaxud “anka” - böyük, ulu deməkdir. Hecalara 

ayırmalıyıq. “an-ka” birinci heca göy, ikinci heca yer deməkdir. 

“Yer” – “ata”. Deməli, “ənkə” ata-ana birliyidir, ulu və  əcdaddır, 

kişinin yeddi arxa dönənidir. 

...Sibirin  ən böyük çaylarından biri olan “Ankara” da 

ənkə//anka anlayışı ilə ilgilidir. Həmin çaya bu adı Sibir türkləri 

verib. Qara//kara sözünün türkcə ikinci mənası böyük, ulu 

deməkdir. Ankara ulu, böyük çaydır... “Ana” sözü də anka 

anlayışından törəmişdir. Çünki “ana” sözü də göyün, yerin gücünü 

birləşdirir, atanın da qüvvəsini qəbul edir, bətninə köçürür. Türk 

anlayışına görə həyatda hər şey cütdür, hər xilqətin əkiz tayı vardır: 

göy - yer, ata - ana, gecə - gündüz, Ay - günəş, su - od, şər -xeyir, 

Qaraqoyunlu - Ağqoyunlu, Kür - Araz, uçuran - quran...” (4 avqust 

1984-cü il tarixli gündəliyindən) [318]. 

X.Rza gündəliyində davam etdirir ki, Kür ilə Araz birliyində 

türk təfəkkürü, türk düşüncəsi qərarlıdır. “Türk təfəkkürünə görə 

Kür ilə Araz iki qardaşdır. Birincisi dağıdan, yığan, quran 

qüvvədir, buna görə  də ona Dəli Kür deyilir. İkincisi ağıllı 

qardaşdır. Araz adlı bu qardaş quran, ucaldan, yaradan qüvvənin 

timsalıdır. “Su” pozur, işıq qurur, yaradır. Su ilkindir, işıq 

ikincidir. Araz işıq, nur timsalıdır. Su dağıdan qüvvə olduğuna 

görə enir, hopur yerə, işıq isə quran qüvvə olduğuna görə qalxır 

ucalığa, göyə. Həyat bunların ikisinin vəhdətidir, göylə yerin, işıqla 

suyun birliyi! Buna görə  də  qədim türklər həm suyu müqəddəs 

sayıblar, həm də odu, işığı. Firdövsinin “Şahnamə”sinə Əfrasiyab 

adı ilə düşmüş Alp Ər Tonqa əslində “su” tanrısıdır (4 avqust 

1984-cü il tarixli gündəliyindən) [318]. 

 

  




 

375


X.Rzanın “başının ağrıdığı” çağlar daha çox ana dili məsələləri 

ilə bağlı olmuşdur. Təkcə “Ana dili” şeirinə görə şair 8 aydan artıq 

“dindirilmiş”, MK səviyyəsində gedən müzakirə  və mübahisələrə 

çəkilmişdir. Bu barədə yuxarıda  ətraflı  bəhs etdiyimizdən təfsilat 

vermirik (Bax: dissertasiya, s.163-168.) 

Xəlil Rza vicdanlı  ağılla doğma dilinin keşiyini çəkmiş, dilin 

qüruru, təmizliyi, varlığı harada yaşayırsa, oraya yeni nəfəs 

ötürmüşdür. O, Şəhriyarın “Heydərbabaya salam” poemasının 

yazılma səbəbləri və milli məziyyətlərini Ana dilinə münasibət 

baxımından dəyərləndirmişdir. Şəhriyar xəstə olanda anası ona baş 

çəkməyə  gəlmiş, farsca yazılarından heç nə başa düşülmədiyini 

söyləmiş  və doğma kənd, təbiət və insanlarla bağlı xatiratlar 

danışmışdır. Bunlar Şəhriyarın ürəyində gizli-gizli qaynayan vətən 

çeşmələrinin gözünü açmış  və belə bir misilsiz səmimiyyət 

nümunəsi olan bir əsərin yaranmasına gətirib çıxarmışdır (1964-cü 

il tarixli gündəliyindən) [318]. 

X.R.Ulutürk ardıcıl olaraq milli ideallarla, xalq taleyi 

problemləri ilə yaşamışdır. Yaradıcılığının bütün istiqamətlərində 

bunu təzahür etdirmişdir. X.Rza dil və  mədəniyyət birliyi kimi, 

coğrafi-ərazi birliyinin yorulmaz təbliğatçısı olmuşdur. Cənubi 

Azərbaycan məsələsi onun bütün yaradıcılığından qırmızı  xətlə 

keçmişdir. Sənətkarın çoxsaylı  şərqşünas və türkoloqların iştirak 

etdiyi məclisdə Yusif Ziya Şirvanlı demişdir: “Bu qədəhi içirəm 

vahid Azərbaycanın sağlığına! Mən inanıram ki, bütün dünyada 

demokratiyanın, xalq səadətinin dayağı sayılan Sovetlər birliyi 

bizim Arazın o tayındakı  Vətən torpağına nicat verəcək. Ancaq 

anlamıram ki, Qərbi Ukraynam, Qərbi Belorusiyanı xilas edən əllər 

niyə  qısaldı?... Mən inanıram ki, Azərbaycan xalqının günahsız 

tökülən qanı yerdə qalmayacaq. 137 ildən bəri davam edən tarixi 

ədalətsizlik aradan qaldırılacaq, dili, qanı, ürfam bir olan xalq milli 

birliyə 

 



 

376


qovuşacaqdır!” (20 dekabr 1969-cu il tarixli gündəliyindən)[318]. 

Həmin sağlıq üstündə Y.Z.Şirvanlı  həbs edilmişdir. Onu 

“panazərbaycanizm” üstündə ittiham etmişlər. Y.Z.Şirvanlı. 

“Dedim ki, Ukraynanın birləşməsini diləy-ən adamı panukraynaçı 

sayırsınızsa, onda mən də bu damğanı üstümə götürürəm: mən 

panazərəm!  Əlbəttə, sonralar bu ittiham ləğv edildi” (20 dekabr 

1969-cu il tarixli gündəliyindən) [318]. Göründüyü kimi, 

X.R.Ulutürk 60-cı illərdən başlayaraq, poeziya, publisistika və 

tənqiddə  də xalq taleyini, Azərbaycan bütövlüyünü inikas 

etdirmişdir. 

X.R.Ulutürk “Millilik - sənətkarın  şüurlu fəaliyyətindən 

doğmalıdır” (1971), “Milli özəlliklər” (1971) məqalələrində 

Azərbaycan birliyi ideyasına geniş yer vermiş, B.Azəroğlu, 

H.Bülluri, S.Tahir, Ə.Tudə, M.Gülgün və başqaları ilə bağlı elmi-

tarixi memuarlarında Güney və Quzey Azərbaycanın birliyi ideyası 

olmaq etibarilə  Şəhriyar, Q.Beqdeli, onların tarixi, iqtisadi və 

sosial-siyasi fikirlərini ümumiləşdirmişdir. 90-cı illərə aid olan 

memuarlarında Güney mövzusu xüsusi yer tutmuşdur. 

Milli özünüdərk, milli şüur və  məfkurə, humanizm və 

vətənpərvərlik, azadlıq, sülh, müstəqillik məsələlərini  əhatə edən 

mental fikir və düşüncələr S.Vurğun, M.Müşfiq, R.Rza, Şəhriyar. 

Ə.Cəfər,  İ.Şıxlı, B.Vahabzadə, S.Tahir, Qabil, H.Arif, C.Novruz, 

M.Araz, Ə.Kürçaylı, S.Rüstəmxanlı, Mirzə Cavad və başqaları ilə 

bağlı gündəliklərdə (memuarlarda) konkret ifadə olunmuşdur. 

Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi, azadlıq, 

müstəqillik idealları ilə bağlı olan ideya qaynaqları 80-ci illərin 

ikinci yarısı və 90-cı illərin memuar yazıları üçün səciyyəvidir. 

1988-ci ilin qovluğunda “Tələblərim” başlıqlı gündəlikdə 

deyilirdi: 

1. Müsəlmanların ermənilərin  əcdadlarına tarixi düşmən 

olduğunu unutmamaq üçün gələcək nəsillərə yazılıb 

  



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə